Sirroz müalicə olunurmu?

Sirroz müalicə olunurmu?Qara ciyər sirrozu zamanı müxtəlif səbəblərə görə (spirtli içkilərin qəbulu, B və C virus hepatitlərin təsiri, dərmanların təsiri, autoimmun xəstəliklər və s.) qara ciyər toxuması tədricən çapıq toxuması ilə əvəz olunmağa başlayır.
Çapıq toxuması, təbii ki, qara ciyər toxumasının funksiyalarını yerinə yetirə bilmir və bu səbəbdən xəstədə qara ciyər çatışmazlığı kimi ağır pozulma inkişaf edir. Gecikmiş mərhələlərdə qara ciyər sirrozu xəstənin az bir müddət ərzində ölümünə səbəb olur.
Gördüyümüz kimi, qara ciyər sirrozu çox ağır xəstəlikdir. İnsanların əksər hissəsi bu xəstəliyi "ölüm hökmü" kimi qəbul edir. Bəli, sirroz tam müalicə olunmur. Lakin xəstəliyin ilkin mərhələlərində sirrozun qara ciyərə olan dağıdıcı təsirini xeyli ləngitmək və xəstəni xilas etmək mümkündür. Burada ən əsas şərt xəstəliyi vaxtında aşkar etməkdir. Təəssüf ki, xəstəliyin ilk mərhələlərində sirroz özünü heş bir ciddi simptomla büruzə vermir. Xəstəlik hətta illər ərzində, demək olar, simptomsuz inkişaf edə bilər. Xəstəni halsızlıq, tez yorulma, qara ciyər nahiyəsində dartıcı ağrılar kimi simptomlar narahat edə bilər. Bu simptomlarda mütləq hepatoloqa müraciət etmək lazımdır.
Sirrozun müalicəsi müəyyən rejim, qidalanma, fiziki və psixoloji gərginliklərin məhdudlaşdırılması, müəyyən dərmanların qəbulu, ağırlaşmaların profilaktikası və müalicəsindən ibarətdir.
Yuxarıda qeyd etdiyimiz kimi, müalicənin nəticəsi və proqnozu xəstəliyin ağırlığından asılıdır.
Xəstəliyin səbəbi B və ya C virus hepatitləri olduqda, xəstəyə xüsusi virusəleyhinə müalicə təyin olunur. Virusəleyhinə preparatlar virusun aktivliyini yatırdır və həmçinin sirros və fibroz əleyhinə təsir edir.
Xəstəliyin səbəbi spirtli içkilərin qəbulu olduqda xəstə spirtli içkilərdən tam imtina etməli və həkim tərəfindən təyin olunan hepaprotektorları (qara ciyərin bərpasını stimullaşdıran preparatlar) qəbul etməlidir.
Pəhrz də sirroz zamanı böyük müalicəvi rol oynayır - çox yağlı, qızardılmış, duzlu qidalar, spirtli içkilər əks göstərişdir.
Xəstəliyin gecikmiş mərhələlərində ağır pozulmalar inkişaf edir - qida borusu və mədə damarlarında varikoz genişlənməsi inkişaf edir, qarın boşluğunda qanaxma yaranır, burada maye yığılır (buna "assit" deyilir). Assitin müalicə üçün duzsuz pəhriz və diuretiklər (sidikqovucu) preparatlar istifadə olunur, ağır vəziyyətlərdə parasentez aparılır (qarın boşluğu deşilir və maye xaric olunur). Assit inkişaf etdikdən sonra xəstələrin 50%-i 2 ilə kimi, qalan 25-50%-i isə 6 ay yaşayır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1978   Tarix: 12 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

yay kolleksiyasi aksessuarlar sade makiyaj sekilleri kicik biznes qurmagin yollari dermanlar aysel əlizadənin toyu dəri və saç kosmetika usaq seirleri azerbaycan arxadan olmag aybawi oyunlar