Sistem sklerodermiya

Sistem sklerodermiyaSistem sklerodermiya birləşdirici toxumanın və kiçik damarların sistem xəstəliyidir. Bu xəstəlik dərinin və daxili orqanların stromasının fibroz -skleroz dəyişiklikləri ilə təzahür edən xəstəlikdir. Xəstəlik daxıli orqanların tərkib hissəsi olan birləşdirici toxumanın, dəri və damarlarda fibrozun qarşısıalınmaz tərzdə inkişaf etməsi,  fibroblastların fəaliyyətinin pozulması nəticəsində çoxlu miqdarda kallogen əmələ gətirməsi ilə əlaqədardır.
Müasir dövrdə sistem sklerodermiya xəstəliyinin əmələ gəlməsində virusların böyük əhəmiyyətinin olduğu vurğulanır. Zədələmiş toxumalarda virusabənzər əlavələrin tapılması, antivirus antitellərinin yüksəlməsi, zülal mübadiləsinin pozulması, Reyno sindromu buna sübutdur. Xəstəliyin əmələ gəlməsində ailə - genetik faktorun da rolunun böyük olduğu qeyd olunur.
Xəstəliyin əmələ gəlməsində qeyri-əlverişli amillərin də rolu var (bədənin soyuması, travmalar, neyro -endokrin funksiyaların pozulması və s,)
PATOGENEZ:
Virus və genetik faktorların təsirindən fibroblastların RNT və DNT-sində zədələnmə baş verir. Bu neofibrillogenezi fəallaşdırır və birləşdirici toxumanım əsas maddəsində qlikoproteidlərin dəyişilməsini sürətləndirir. Sonra, immun komplekslər yaranaraq mikrosirkulyator hövzədə və daxili orqanlarda çökür ki, bu da immun iltihaba səbəb olur.
TƏSNİFAT:
Təsnifatı xəstəliyin gediş xarakterindən, inkişaf mərhələsindən, orqan və sistemlərə vurduğu zədələnmələrin xarakteristikasından asılıdır.
PATOGENEZ:
Xəstəliyi fibroblastlarda DNT və RNT -ni zədəliyə biləcək viruslar törədir. Sklerodermiyanın aşağıdakı növləri vardır:
1.Presklerodermiya
2.Diffuz dəri sklerodermiyası
3.Diffuz dəri sklerodermiyası
4.Sklerodermiyasız sklerodermiya
Xəstəlik gedişinə görə 3 mərhələyə ayırd edilir:
Birinci mərhələ yarımkəskin gedişdə olub oynaq əlamətlərinin üstünlüyü ilə gedir
İkinci mərhələdə bir cox orqan və sistemin zədələnməsi meydana çıxır.
Üçüncü mərhələdə xəstədə ağır sklerotik, distrofik və ya damar nekrotik proseslərin üstünlüyü ilə bir neçə orqanın funksiyasının pozulması müşahidə edilir.
KLİNİKASI:
Xəstəlik polimorfizmi və polisindromluğu ilə fərqlənir ki,bu da xəstəliyin xarakterini əks etdirir.
Xəstəlik , adətən dərinin zədələnməsi ilə başlanır,sonra tədricən orqanların zədələnməsi prosesə qoşulur. Xəstəlik davam etdikcə onun gedişi də kəskin, yarımkəskin, və xroniki hala çevrilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1039   Tarix: 25 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma toy makiyaji sekilleri xolesterini azaldan qidalar maraqli el islerinin hazirlanmasi kartof maskasi uz ucun meyvələrin faydası kosmetika novruza aid salam webnem tovuzlu dolca tərəzi