Şokoladlı rulet
Ərzaqlar:
1 st un
3/4 st şəkər tozu
7 yumurta
1 ç.q kakao
Krem üçün:
1,5 st süd
1 ç.q kakao
1 x.q kraxmal
3 x.q şəkər tozu
200 q kərə yağı
Üstü üçün:
50 q şokolad
Hazırlanması:
Kremi hazırlamaq üçün baxın: Kakaolu krem
Xəmiri hazırlayaq. Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq.
Yumurtanın ağını köpüklənənə qədər çalırıq.
Şəkər tozunun 3/4 hissəsini çaldığımız yumurtanın üstünə az-az əlavə edib yenə mikserlə çalırıq.
Yumurtanın sarısını ağaranadək mikserlə çalırıq.
Şəkər tozunun 1/4 hissəsini çaldığımız yumurta sarısına az-az əlavə edib çalırıq.
Çaldığımız yumurta sarısını yumurta ağına az-az əlavə edib yenə mikserlə çalırıq.
Ələnmiş unu və kakaonu da əlavə edib taxta qaşıqla yavaş-yavaş qarışdırırıq.
Qarışığı qaba kağız qoyub töküb bərabər yayırıq.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.
Bişib hazır olan kimi isti-isti kağızla bərabər bükürük.
Soyuduqdan sonra açıb kağızı çıxardırıq.
Üstünə krem çəkirik.
Yenidən rulet kimi bükürük.
Üz hissələrini də kremləyirik. Baş hissələrini kəsib düzləşdiririk.
Şokoladı ya vam odda ya da su hamamında əridirik.
Əridilmiş şokladı ruletin üstünə tökürük.
Nuş olsun!









Keçməyən öskürəyin səbəbi nədir?
"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ
İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
İnsultdan əvvəl görünən təhlükəli əlamətlər
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır