SON DƏQİQƏ: Kommunal xidmətlərlə bağlı mühüm qərar QƏBUL EDİLDİ

SON DƏQİQƏ: Kommunal xidmətlərlə bağlı mühüm qərar QƏBUL EDİLDİAzərbaycanda kommunal xidmətlər sektorunda vahid tənzimləyici orqan yaradıla bilər.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, 2018-ci ildə kommunal xidmətlər sektorunda fəaliyyət səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin işə salınması istiqamətində sistemli yanaşmaya, o cümlədən sahəyə investorların cəlb edilməsi üçün effektiv mexanizmlərdən istifadəyə təkan verən tənzimləyici orqanın yaradılması məsələsi nəzərdən keçiriləcək. Bu zaman aşağıdakı 3 mühüm amil nəzərə alınacaq:

● müstəqil tənzimləyici orqanın təşkilati-hüquqi forması və fəaliyyət istiqamətləri;

● aidiyyəti orqanlara münasibətdə vəzifə və səlahiyyətlərin dəqiq müəyyən edilməsi;

● kadr təminatının formalaşdırılması.

Həmçinin, kommunal xidmətlər sektorunda, xüsusilə elektrik enerjisinin verilişi ilə istehsalının bir-birindən ayrılması, satış üçün topdansatış bazarlarının yaradılması, alternativ və bərpa olunan enerji mənbələri üzrə təqdim olunmuş layihələr əsasında tariflərin müəyyənləşdirilməsi, mövcud tariflərin (külək və kiçik su elektrik stansiyalarında istehsal edilən elektrik enerjisi tariflərinin) təkmilləşdirilməsi, digər mənbələr üzrə tariflərin formalaşdırılması, seçmə qaydada özəlləşdirmə üçün istehsal aktivlərinin prioritetləşdirilməsi (bəzi istehsal aktivlərinin səmərəliliyini yüksəltmək üçün özəl müəssisələrə diqqət yetirilməsi), paylama ilə pərakəndə satışın bir-birindən ayrılması və pərakəndə satış sektorunun liberallaşdırılması məsələləri nəzərdən keçiriləcək və müvafiq islahatlar aparılacaq. Bu sahədə uzunmüddətli qiymət zəmanətlərinin və rəqabətli tender təkliflərinin müəyyənləşdirilməsi müqavilələrin bağlanmasına, investorların cəlb edilməsinə və uzunmüddətli dövrdə tələbatın ödənilməsinə imkan verə bilər.

Bundan başqa, 2017-ci ildə kommunal xidmətlər üzrə infrastrukturun təkmilləşdirilməsi və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsi məqsədilə bu xidmətlər üzrə tariflərdə, əlavə olaraq, müəyyən həcmdə vəsaitin nəzərdə tutulması və həmin vəsaitin məqsədli fondda toplanması məsələsi nəzərdən keçiriləcək.

2017-2020-ci illərdə əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, "ASAN xidmət" təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi məqsədilə yaradılmış "ASAN kommunal" mərkəzlərinin fəaliyyəti genişləndiriləcək.

Bu prioriteti həyata keçirmək üçün əlavə investisiya qoyuluşu tələb olunmur.

Xəbərlər     Baxılıb: 2463   Tarix: 03 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qaşların formalari yemek reseptleri qadin sayti siqaret tergitmeyin asan yolu hiperaktiv usaqlarin mualicesi otaq dizaynlari fitness kosmetika veten haqqinda bayati zencefil qaynana narin faydasi hakisda