SOS - Uşaq qidalarının 95%-də zəhərli metallar var - ARAŞDIRMA

SOS - Uşaq qidalarının 95%-də zəhərli metallar var - ARAŞDIRMAUşaq qidaları təhlükəsizdirmi? Təəssüf ki, xeyr.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda ABŞ-da alimlər məşhur uşaq qidalarının tərkibini araşdırıb. "Healthy Babies Bright Futures" (Sağlam Körpə Parlaq Gələcək) qeyri-kommersiya təşkilatı qidalarda neyrotoksik kimyəvi maddələri azaltmağa cəhd edib. Araşdırmaya başlayan tədqiqat qrupu gözlənilməz nəticələrlə qarşılaşıb. Uşaq qidalarında zəhərli ağır metalların olduğu ortaya çıxıb. Hansı ki, bu maddələr körpənin beyin inkişafını pisləşdirə bilər.
168 araşdırılmış qidada dörd ağır metal aşkar olunub: 95% qurğuşun, 73% arsen, 75% kadmium, 32% civə. Təcrübədən keçirilən hər beşinci uşaq qidasında qurğuşunun həddindən artıq çox olduğu üzə çıxıb.
Hansı qidalar ən təhlükəlidir?
Təhlillər göstərib ki, neyrotoksik zərərin ən yüksək riski düyü və meyvə şirələrindədir. Alimlər tapılan zərərli maddələrin uşağın koqnitiv funksiyalarını poza və beyninin inkişafına mane ola biləcəyini iddia edir.
Düyü məhsulları
Düyü əsaslı məhsullar uşaqlar üçün ən zəhərli qidalar siyahısına başçılıq edir. Araşdırmanın nəticəsinə görə, onların tərkibində dörd ağır metal və qeyri-üzvi arsen (onun ən zəhərli forması) var.
Əvvəlki tədqiqatlar göstərib ki, arsenin hətta aşağı səviyyəsi uşağın sinir sisteminin inkişafına təsir göstərə bilər. Bu mövzuda aparılan başqa araşdırmalarda o da məlum olub ki, sidik arseninin 50% artması 5-15 yaşlı uşaqlarda İQ-nin 0,4 bal azalması ilə nəticələnir.
Düyü suda həll olunduğu üçün qeyri-üzvi arseni xüsusilə yaxşı mənimsəyir. Qəhvəyi və cır düyü uşaq üçün ən pis seçim olacaq. 2012-ci ildə aparılan tədqiqatların nəticələrinə əsasən, qəhvəyi düyü siropu eyni zamanda əhəmiyyətli miqdarda arsen mənbəyidir.
Tədqiqat müəllifləri Qida və Dərman İdarəsinin bu mövzuda tədbirlər görəcəyinə ümid edirlər. Əlbəttə ki, dövrümüzdə arsen və digər maddələrin səviyyəsi 10 il əvvəlkindən daha aşağıdır. Lakin onların sayı hələ də çoxdur.
Düyü lopası
Düyü lopası, partladılmış düyü və digər düyü unu məhsulları özündə yüksək miqdarda arsen ehtiva edir. Onlardan imtina edin. Yulaf və tam taxıl məhsulları alın. Mütəxəssislər taxıl məhsullarının (yulaf, arpa və buğda ) istifadəsinin artırılmasını məsləhət görür. Körpələr üçün ən yaxşı qidalar avokado, tərəvəz püresi, somon və yulaf əzməsidir. Bu qidalar uşaqları vacib maddələrlə təmin edir, inkişafına kömək edir və qida allergiyasını azaldır. Ət uşaqlar üçün düyü lopalarından daha yaxşı dəmir və sink mənbəyidir. Odur ki, həkimlər düyü yeməklərini uşağa bir neçə il verməyi tövsiyə etmirlər.
Bir yaşdan üç yaşa qədər olan uşaq üçün düyü bişirmək qərarına gəlmisinizsə, Kaliforniya, Hindistan və Pakistanda yetişdirilən basmati düyüsünü alın. Ağ düyü qəhvəyi düyüdən daha az arsen ehtiva edir. Bu məhsulu suda çox bişirin. İstifadə etməzdən əvvəl süzün. Bəziləri hətta bir gecə əvvəldən düyünü suya qoyur. Bu da arsenin azalmasına kömək edəcək.
İçkilər
Yüksək şəkərli şirələr lifsizdir, bu, diş çürüməsinə və sonrakı piylənməyə səbəb ola bilər. Alma, armud, üzüm və digər meyvə sularının tərkibində qurğuşun və arsen də ola bilər.
Su və süd ən yaxşı seçimdir. Altı aylıq uşaqlara yalnız ana südü və süd formulu lazımdır. Uşağın həyatının ikinci ili üçün üstünlük verilən içkilər su və süddən ibarət olmalıdır. 2- 5 yaşlı uşaqlar su, yağsız və az yağlı süddən maksimum istifadə edə bilər. Şirələri isə hər yaşda bacardıqca az miqdarda içmək lazımdır.
İpucu: İçkinin 100% şirə olduğundan əmin olun, həmçinin su ilə qarışdırın.
Meyvə- tərəvəz
Şirin kartof və yerkökü A vitamini və digər əsas qida maddələrinin mənbəyi sayılır. Lakin bunların tərkibinə qurğuşun və kadmium daxildir. Körpənizə bu tərəvəzləri verməyə davam edin. Ancaq rasiona digər rəngli meyvə və tərəvəzlər də əlavə etməyi unutmayın.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1878   Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

kosmetik vasiteler yaz geyimleri 2026 həkim məsləhəti müsabiqələr hikmətli hekayələr kısa saç hörükləri şeirlər kosmetika xərçəng bürcü novruz bayramına aid vətən qizlar ariqla