Soyuq havalarda araq içənlərin NƏZƏRİNƏ: lomin yeməyin, içməzdən əvvəl isə...- Mütəxəssis məsləhəti

Soyuq havalarda araq içənlərin NƏZƏRİNƏ: lomin yeməyin, içməzdən əvvəl isə...- Mütəxəssis məsləhətiHava soyuq, yağışlı və küləklidir. Bu o deməkdir ki, bəzi kişiləri araq içməkdən heç nə çəkindirə bilməz. Lakin bəziləri keyfiyyətli və normal miqdarda içsə belə, yenə də başağrısından əziyyət çəkir.
Publika.az xəbər verir ki, bunu tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.
Soyuq havalarda araq içənlərin NƏZƏRİNƏ: lomin yeməyin, içməzdən əvvəl isə...- Mütəxəssis məsləhətiMütəxəssisin sözlərinə görə araq içən şəxslər bir çox səhvlərə yol verirlər: "Ət yeməkləri, xüsusilə, kababla araq içilir. Bütün spirtli içkilər bədəndə güclü turşuluq yaradır. Ət yeməkləri isə turşuluğu daha da artırır. Çünki ət əzələ toxumasıdır. Hər hüceyrə kimi nüvələri var. Nüvələrin içində isə nüklein turşuları - DNT və RNT yerləşir. Bunların parçalanma məhsulu sidik turşusudur. Yəni bu zaman turşuluq daha da artır.
Bundan başqa, arağa və ya içiləcək suya limon sıxılır. Saçaqlı pendirə də həmçinin. Limon turşusu da ümumi turşuluğun daha da artmasında öz sözünü deyir. Xiyar və ya bu kimi duza qoyulmuş əlavələr isə həm turşuluğu artırır, həm də hipernatremiya törədirlər. Onsuz da, spirtli içkilər sidikqovucu xüsusiyyətə malikdir və bədəndə susuzlaşma, yəni hipernatremiya yaradır. Hələ araqdan sonra kofe və ya çay da sifariş verilir. Kofein arağın sidikqovucu xüsusiyyətini da da gücləndirir".
Şahin Məmmədov qeyd edib ki, bütün spirtli içkilər qlukoneogenezi tormozladığı üçün hipoqlikemiya da ortaya çıxır: "Yəni nə qədər yeyirsiniz-yeyin, 1-2 saat sonra qanda qlükoza səviyyəsi aşağı düşəcək.
Beləliklə, 3 böyük problem yaranır:
1. Kəskin asidoz
2. Hipernatremiya
3. Hipoqlikemiya.
Səhər yuxudan oyananda ürəyiniz bulanacaq, başını ağrıyacaq".
Bəs profilaktika necə aparılmalıdır?
1.İçməyə başlamazdan əvvəl 1 litr qələvi (qazlı,müalicəvi) su qəbul etmək. Bu, həm turşuluğu neytrallaşdıracaq, həm də susuzlaşmanı aradan qaldıracaq.
2.Limondan istifadə etməyin. Saçaqlı pendirə, arağa limon sıxmayın.
3.Hipoglikemiyani aradan qaldırmaq üçün yeməyin sonunda külləmə kartof yeyin. Nişasta qlükozanın polimeridir. Tədricən parçalanaraq sizi hipoqlikemiyadan qoruyacaq.
4.Hər rumkadan sonra 1 stəkan qələvi su için.
5.Bütün bunlaraq riayət etsəniz belə, səhər başınız ağrımayacaq, partlayacaq. Çünki əsas şərt qalıb: öz miqdarınızı bilin! Çünki hər kəsin orqanizmi fərqlidir. Hər kəsin qara ciyərində spirit parçalayan ferment - alkoqol dehidroqenazanın miqdarı fərqlidir.
Zümrüd

Sağlamlıq     Baxılıb: 1680   Tarix: 03 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

yay geyimləri 2026 gozel gorunmek yemek reseptleri geyim seçimi elm aid atalar sozleri estetik gözəllik nermin ibrahimova kosmetika big.az maya maskasi zehmet ve zinet sac duzumleri aslan