Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?

Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?Hər fəsil kimi qışda da saç və üz dərisinə qulluq etmək önəmlidir. Soyuq havalarda mənfi təsirlər daha çox ola bildiyi üçün bu havalarda diqqət daha çox olunmalıdır.
Kosmetoloq İlhamə Abbasova Oxu.Az-a qışda dəriyə necə qulluq etməli olduğumuzdan danışıb:
"Soyuq havalar dəriyə mənfi təsir edir, dəri quruyub qabıq verir. Buna görə də qışda qidalandırıcı kremlərdən istifadə etmək, havaya çıxmazdan bir saat öncə krem çəkmək mütləqdir.
Dərini qurutduğu üçün toz pudradan istifadə etmək məsləhət deyil. Skrabları tez-tez istifadə etmək olmaz. Yağlı dəriyə sahib insanlar həftədə bir dəfə, quru dərililər iki həftədə bir dəfə istifadə edə bilərlər. Quru dərili xanımların üzlərini su ilə yox, xüsusi təmizləyici südlə təmizləmələri məsləhətdir.
Dodaqlara da qulluq lazımdır, balzam və ya yağlı dodaq boyası istifadə olunmalıdır. Əllərə qidalandırıcı krem vurmaq zəruridir".
Kosmetoloq qışda saçlara qulluğun, papaq taxmağın önəmindən söz açıb:
"Soyuq havalarda saçlar daha çox baxıma ehtiyac duyur. Saçları və başı isti tutmaq, beret kimi qoruyuculardan istifadə etmək lazımdır. Ancaq bunlar çox möhkəm və qapalı olmamalıdır.
Əks halda saçlarınızın nəfəs alması çətinləşər və qan dövranınızda problemlər ortaya çıxa bilər. Saçlarınızı külək və soyuq havadan qoruyarkən oksigensiz buraxsanız, yenə tökülmə, zəifləmə kimi problemlərlə qarşılaşmalı olacaqsınız".
Kosmetoloq saçları qaynar su ilə yumağın ziyanlı olduğunu bildirib:
"Soyuq havalarda bədən nə qədər istilik, isti su tələb etsə də, böyük istilik saçlarınızı köhnəldəcək, saç dərinizin qurumasına və saçlarınızın tökülməsinə səbəb olacaq. Onları ilıq su ilə yumaq məsləhətdir.
Saçları tez-tez yumaqdan da qaçmaq lazımdır. Həftədə 2-3 dəfə yumaq sağlam və baxımlı olmaları üçün kifayətdir".

Gözəllik və Moda     Baxılıb: 2378   Tarix: 25 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

qadin dunyasi sac duzumleri reseptler soyuqdəymədən necə qorunmalı plastik əməliyyat kişi xəyanət duru yeməklər kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz hakista sozler xərçəng bürcü tut ağacı tutdudu burclerin uyumu