Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə...

Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə...Sizcə su pərisinin qızartması daha dadlı olar, yoxsa şorbası? Maraqlıdır, görəsən bu iki tamamilə fərqli canlını birləşdirmək fikri ilk dəfə kimin ağlına gəlib? Həqiqətənmi tarixdə su pəriləri adlı canlı yaşayıb, yoxsa bu xalq nağıllarının xəyali personajıdır?

Publika.az bütün bu sualların cavabını araşdırmağa çalışacaq.

Yer kürəsinin böyük hissəsinin səthi su ilə örtülü olduğu üçün qədim əfasənər və nağılların baş qəhrəmanları sudan peyda olurlar. Bu siyahının başında gözəllik ilahəsi Afrodita durur.

Əfsanələrə görə, Afrodita dəniz köpüyündən yaranmışdı. Antik ədəbiyyatda dəniz gözəlləri haqda sonsuz sayda əsərlər yazılırdı. Bəzi ədəbiyyatlarda onların adları tritonlar, undinalar, meluzinalar və s. kimi qeyd olunsa da, daha çox su pərisi adlandırılırlar.
Bəs real həyatda belə canlılar mövcüd olublarmı?

Xristofor Kolumb öz yazılarında Cənubi Afrika və Qvineya sahillərində buna bənzər heyvanlara rast gəldiyini qeyd edirdi. Bəlkə də elə bu heyvanlar su pərisi adlı əfsanəvi personajın yaranmasına səbəb olub. Lamantin və dyüqon adlanan bu canlılar zoologiyada su pəriləri sinifinə aid edilir. Onlar əllərinin olması və üz cizgilərinə görə insanı xatırladadırlar. Lakin böyük ehtimalla bu yanaşma tərzi də yanlışdır. Çünki bu əfsanələrin yarandığı ərazilər olan Britaniya adaları və Skandinaviyada həmin heyvanlar yaşamayıb.

Bir çox slavyan miflərində isə ölmüş insanların ruhlarının su pərilərinə keçdiyi iddia olunur.
Su pəriləri ilə bağlı ən qəribə hadisə 1830-cu ilə Şotlandiya sahillərinin birində baş verib.

İngilis folklorşünası Aleksandr Karmaykl bu hadisənin canlı şahidi olan, yerli əhalidən belə bir əhvalat eşitmişdi. Belə ki, kəndin kişiləri dəniz yosunları kəsərkən qadınabənzər bir canlının onlara baxdığını sezirlər. Nə qədər çalışsalar da, onu yaxalaya bilmirlər. Uşaqların atdığı daş həmin canlının belinə dəyir və üzüb suyun altında gizlənir. Bir neçə gündən sonra sahildən həmin pərinin cəsədi tapılır. Karmaykl qeydlərində bu canlının vücudunu belə xarakterizə edir: "Onun yuxarı hissəsi 3 yaşında uşağı xatırladan qeyri-adi döşlü qadın bədəni idi. Saçları uzun, ağ dərisi isə zərif və yumşaq idi. Bədəninin aşağı hissəsi pulcuqsuz balıq idi. Deyilənə görə bu pərinin qəbri hələ də, həmin ərazidə qorunub-saxlanılır.

Digər bir rəvayətə görə isə, 1600-cü ildə Hollandiya sahillərindən birində Su pərisi tapılır. Hətta ona holland dili də öyrədilir. O, məişət işlərində öz sahiblərinə kömək etməyə başlayır. Bir müddət sonra isə ölür.

Bənzər hadisə Hindistan da, baş vermişdi. Sahildən 2 yaşlı uşağı xatırladan su pərisi tapılmışdı. İnsanabənzər gözü, qulağı var idi. Daha sonra hindlilər bu pəriyə oxşayan müqəvvalar düzəldib, ona sitayış edirdilər.

Ən son su pərisi isə 2009-cu ildə İsraildə peyda olmuşdu. Balıq quyruqlu bu canlı insan siması ilə onu görənləri şoka salmışdı. Dənizin səthində bir neçə maraqlı hərəkətlər edib, suya qərq omuşdu.

Maraqlı     Baxılıb: 2776   Tarix: 17 iyun 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

turlar.az

donlar 2026 qis geyimləri 2026 yay geyimləri 2026 manqal salati dil haqqinda atalar sözləri qadinda cinsi isteksizlik bizim məşhurlar kosmetika toy gecesi atalar sozleri hekaye janri vətən haqqında bayatı efsaneler