Süd vəzi xərçənginin qarşısı belə alınır

Süd vəzi xərçənginin qarşısı belə alınır"Xərçəng dünyanın bəlasına çevrilmiş, dünyanın, eləcə də Azərbaycanın mübarizə apardığı, çarəsi üçün davamlı axtarışlar gedən bir xəstəlikdir. Bu gün müasir müayinə, müalicə metodları ilə əldə olunan nəticələr artıq xərçəngin sağalmaz deyil, sağalan xəstəliklər siyahısında olduğunu deməyə əsas verir. Bu gün biz də xərçəngin müalicəsində dünya ilə ayaqlaşmaqdayıq".

Bunu APA TV-nin "Öncə sağlıq" proqramında onkoloq, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı Zeynəb Allahverdiyeva deyib.

Mütəxəssis süd vəzi xərçənginin müalicəsində müsbət nəticələrin əldə olunmasında erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayıb və təəssüflə bildirib ki, bir çox hallarda qadınlar xəstəliyin kəskinləşdiyi hallarda həkimə müraciət edirlər: "Bu gün internet dövründə xanımlarımız o qədər də maarifsiz deyillər. Onlarda süd vəzi ilə bağlı hər hansı şübhə yaranan kimi internetdə araşdırma aparırlar. Təəssüf ki, çox zaman da elə internetdə olan məlumatlarla kifayətlənirlər, yəni həkimə müraciət etmirlər. Bir xanım süd vəzində düyün, ağrı hiss edirsə, hökmən həkimə müraciət etməlidir. Çox zaman xəstəliyin ilk anlarında ağrı soyuqdəymə ilə əlaqələndirir. Biz bu hallarla tez-tez qarşılaşırıq. İstənilən halda süd vəzlərində hər hansı bir kütlə, hər hansı bərk törəmə hiss etdikdə həkimə müraciət olunmalıdır. Amma onu da deyim ki, öncəki illərlə müqayisədə xanımların həkimə müraciəti çoxalıb".

Süd vəzi xərçənginin səbəbi dəqiq məlum olmayan xəstəliklər siyahısında olduğunu deyən həkim buna baxmayaraq, bir çox faktorların səbəb kimi qəbul edildiyini bildirib:
"Erkən ailə qurma, gec ailə qurma, erkən doğuşlar, ilkin doğuşun gec olması, aybaşı tsiklinin daha erkən, yaxud daha gec yaşlarda baş verməsi, metabolizm prosesində pozğunluqların yaranması və genetik faktor xüsusilə rol oynayır".

Z. Allahverdiyeva səbəb olan əsas amillərdən biri kimi stress faktorunu vurğulayıb.
Problemin yaranmasında genetik amilin rolu haqda danışan həkim bildirib ki, süd vəzi xərçənginin əmələ gəlməsi əsasən ana xətti ilə bağlı olur. Yəni ana, bacı, nənə və digər yaxınlarda, qohumlarda bu problem varsa, nəsildə olan qadınlar risk qrupuna daxildirlər.

Onkoloq qeyd edib ki, süd vəzi xərçəngi erkən – birinci mərhələdə aşkarlandıqda, xəstənin yüz faiz sağalma şansı var: "Süd vəzində hər hansı ağrı, kütlə hiss edən qadınlarda ilk anda xof, qorxu yaranır. O anda "məndə xərçəng xəstəliyi varmı" deyə sual edirlər. Amma həmən təlaş keçirməyə dəyməz. Ağrı daha çox süd vəzinin xoşxassəli düyünlərinin xarakteristikasına aiddir. Bundan qorxmaq lazım deyil".
Onun sözlərinə görə, bu düyünlərin çox az hallarda gələcəkdə bədxassəli şişə çevrilmə ehtimalı var.

Həkim deyib ki, süd vəzisində xərçəng ilkin mərhələdə aşkarlandıqda cərrahiyə əməliyyatı lokal olaraq icra edilir və xəstə illərlə kontrolda saxlanılır.

Onkoloq onu da deyib ki, xanımlar özləri-özlərini müayinə etməyi bacarmalıdırlar. Hər iki qolu yuxarı qaldırmaqla, süd vəzini basmaqla, düyünü yoxlamalıdırlar. Həkim qeyd edib ki, bədxassəli düyünlər ilkin dövrdə bərk, ağrısız və hərəkətsiz olur: "Süd vəzi dərisində portağal qabığına bənzər dərinin olması, qızartı kimi simptomlar, gilənin içəriyə dartılması 90% süd vəzi xərçənginin əlamətləridir. Amma bəzi hallarda süd vəzi giləsinin içəriyə dartılması genetik, yəni fizioloji olur".

Mütəxəssis onu da bildirib ki, süd vəzi xərçənginə xüsusilə 50-74 yaş arasında daha çox rast gəlinir. Amma inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə artıq bu yaş cavanlaşmağa doğru gedir. Onun sözlərinə görə, son dövrlərdə 25 yaşlı qadınlarda da süd vəzi xərçənginə rast gəlinir

Z. Allahverdiyeva qeyd edib ki, hamiləliyi yarımçıq bitən, abort olunan qadınlar süd vəzi xərçəngi ilə bağlı risk qrupuna daxildirlər.
Mütəxəssis bildirib ki, süd vəzisi xərçəngi cavan qadınlarda daha tez inkişaf edir: "Cavan orqanizmdə metabolizm, maddələr mübadiləsinin daha sürətli olduğunu nəzərə alsaq, xəstəliyin də sürətli inkişaf etdiyini deyə bilərik. Yaşlı şəxslərdə bu inkişaf nisbətən zəif gedir".

Onkoloq deyib ki, süd vəzi dərisində qızartı, yaralar varsa, bu, artıq süd vəzi xərçənginin ağırlaşmış, dördüncü mərhələdə olduğunu göstərir: "Amma portağal qabığı simptomunun olması dördüncü mərhələ demək deyil. Gecikmiş mərhələlərdə xəstələr sümüklərdə ağrı, baş gicəllənməsi əlamətləri ilə müraciət edirlər. Bu isə artıq sümük, beyin metastazının əlamətləri sayılır. Çox təəssüf ki, gecikmiş mərhələdə bu əlamətlərlə müraciət edən xanımlarımız var".

Həkim profilaktiki olaraq 25-30 yaşlardan sonra hər bir xanımın süd vəzi müayinələrindən keçməsinin vacib olduğunu deyib. O, ilkin olaraq ultrasəs müayinəsi aparılmasının, 30-35 yaşdan sonra isə mammoqrafiya müayinəsi etməyin vacib olduğunu deyib.

Süd vəzi problemlərindən biri - mastopatiyalar haqda danışan Z. Allahverdiyeva deyib ki, bu, xoşxassəli haldır: "Mastopatiya süd vəzində hərəkətli düyünlərlə özünü büruzə verir və bundan qorxmaq lazım deyil. Bu düyünlər 0,1 faiz hallarda gələcəkdə ağır xəstəliyə çevrilə bilər. Fibrokistik xəstəliklər xərçəng önü xəstəlik sayılmır. Bu hallara gənc xanımlarda daha çox rast gəlinir".
Mütəxəssis risk qrupuna daxil olan qadınları, ümumiyyətlə, hər kəsi xərçəng hüceyrələrinin inkişafında rolu olan qidalardan mümkün qədər uzaq olmağa çağırıb.
Həkim bur sırada konservləşdirilmiş, hisə verilmiş, konservantlarla zəngin olan, qızardılmış, "fast food" qidaları vurğulayıb: "Daha çox maye qəbul etmək, heyvani yağlardan az istifadə etmək, siqaret və alkoqoldan uzaq olmaq, meyvə-tərəvəzlər, göyərtilərdən daha çox faydalanmaq lazımdır".
O, həmçinin artıq çəkili insanlarda xərçəng riskinin daha çox olduğunu vurğulayaraq artıq çəkili qadınların yemək və hərəkət rejiminə ciddi əməl etmələrinin əhəmiyyəti barədə də danışıb.

Sağlamlıq     Baxılıb: 2090   Tarix: 19 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

qis geyimləri 2026 donlar 2026 yaz geyimleri 2026 qadın xəstəlikləri manqal salati şorba reseptləri toyuqlar haqqinda kosmetika novruz bayramına aid hakışta faydalı məsləhətlər cantalar ginekoloq burclerin uyumu