Sudan xlor iyi gələrsə...

Sudan xlor iyi gələrsə...Bakıda mənzillərə verilən suyun tərkibinə xlorun normadan artıq vurulması barədə paytaxt sakinlərindən müraciətlər var. Paytaxtın Xətai rayonu General Əliağa Şıxlinski küçəsində və Suraxanı rayonu, Bülbülə qəsəbəsində, Sabunçu rayonunun qəsəbələrində və digər yerlərdə yaşayanlar deyirlər ki, sudan tez-tez kəskin xlor iyi gəldiyinə görə ondan yemək bişirmək və içmək, çay qaynatmaq üçün istifadə edə bilmirlər.

Milli.Az xəbər verir ki, şikayətlərlə bağlı "Azərsu" ASC ilə əlaqə saxladıq. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a açıqlamasında bildirdi ki, suyu təmizləmək üçün tərkibinə vurulan xlor yol verilən miqdardan çox deyil: "Suyun xlorlanması standartlara uyğun olaraq həyata keçirilir. Bu proseslər avtomatlaşıb və burada insan amili yoxdur. Suyun tərkibinə vurulan xlorun yol verilən miqdarı 0,3-0,5 mq/l-dir. Ola bilər ki, bir gün 0,2 mq/l vurulsun, o biri gün 0,3 mq/l və bu baxımdan həssas olan insanlar suda xloru hiss edə bilərlər. Amma heç vaxt suyun xlorlanması yol verilən miqdardan kənara çıxılmır", - A.Cəbrayıllı bildirib.
ASC rəsmisi, həmçinin qeyd etdi ki, suya xlorun normadan artıq vurulması ilə bağlı məsələyə xüsusi nəzarət olunacaq və lazımi şöbələrə tapşırıq veriləcək.

Qeyd edək ki, su vasitəsilə yüksək dozada xloridin qəbulundan, ilk növbədə, insanın tənəffüs orqanları əziyyət çəkir, bronxitə səbəb ola bilir. Mütəxəssislərə görə qaraciyər xərçəngi və böyrək şişlərinin 2%-i içməli suyun həddindən artıq xlorlanması səbəbindən baş verir.

Bəzi mütəxəssislər suyu xlorla təmizləməyi məsləhət görmürlər. Çünki bu kimyəvi maddə heç də bütün zərərli mikroorqanizmləri məhv etmir, onların çoxu sağ qalır, bədənimizi zəhərləməyə davam edir. Bu toksinlər xlorla əlaqəyə girib genetik səviyyədə pozuntulara səbəb olmaq gücündədir. Hətta tez-tez xlorlu su ilə duş qəbul etdiyiniz zaman xlorun böyük dozası dəri vasitəsilə orqanizmə daxil olur. Bu vaxt toksinlərin qana düşməsi 20-30% artır. Bəzi inkişaf etmiş ölkələr xlordan imtina ediblər, suyu ultrabənövşəyi şüalar, ozon vasitəsilə zərərsizləşdirirlər.

Xəbərlər     Baxılıb: 2552   Tarix: 21 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

kosmetoloq maskalar geyim və ayaqqabılar şirniyyatlar arıqlama vasitələri qadın haqqinda kesmikli blincik kosmetika qız bürcü bir arzum var novruz bayrami hakisda bayatı mekteb