Suxari yemək arıqladır, ya yox? – DİETOLOQ RƏYİ

Suxari yemək arıqladır, ya yox? – DİETOLOQ RƏYİPəhriz saxladıqda imtina edilən ilk qida çörəkdir. Lakin çörəkdən tamamilə imtina etmək bəzən çoxlarına çətin olur. Bu halda isə onlar suxariyə müraciət edirlər. Suxari sevməyənlər isə lavaş və ya qara çörəyə üz tuturlar. Bəs onların kökəltmədiyi doğrudurmu? Bu haqda Aile.lent.az-ın suallarını cavablandıran dietoloq Leyla Zülfüqarlı deyir ki, ümumiyyətlə, çörək qrupuna qarşı fikirlər birmənalı deyil. Mütəxəssis çörəkdən imtina edərək suxari, lavaş, qara çörəklə qidalananların məqsədinin əslində nisbətən az kalorili çörək məhsulları qəbul etmək olduğunu bildirir. Lakin bu halda çörəyə alternativ kimi suxari yemək uğurlu seçim sayılmır: "İnsanların məqsədi hər hansı bir formada ağır karbohidratdan imtina etməkdir. Amma rasional qidalanma mexanizmi ilə müqayisə etsək, burada çox ciddi yanlışlıqlar var. İlk növbədə "suxari kökəltmir" fikrinə aydınlıq gətirək. Əgər suxari yenə də ağ undan bişirilmiş çörək növündəndirsə, onun sadəcə qurudulması nəticəsində tərkibi quruyur və bir az kalorisi azalır. Amma orqanizmə ötürülən tərkibi mürəkkəb karbohidrat olaraq qalır. Bu halda isə orqanizmin arzu etdiyi çörək məhsulu olmur".

Burada isə belə bir sual ortaya çıxır: onda necə olmalıdır? Sualı cavablandıran L. Zülfüqarlı deyir ki, doğru çörəkdən düzgün formada istifadə edilməlidir. Doğru çörək isə tam taxıllılardır. Bu baxımdan mütəxəssis Azərbaycanda çörək istehsalından razı olmadığını da etiraf edir: "Ölkəmizdə doğru çörək istehsal edilmir. Bizdə çörək arzuladığımız səviyyədə deyil. Avropa ölkələri ilə müqayisə etsək, şəxsən məni bir mütəxəssis kimi qane etmir. Mən dietoloq olaraq Avropa ölkələrinə gedəndə ən çox çörəkdən istifadə edirəm. Sözsüz ki, tam taxıllı çörəklərdən. Yəni çörəyin tərkibi düzgün olarsa, bizim daha çox istifadə etdiyimiz məhsula çevrilməlidir".

Dietoloq əslində insan hüceyrələrinin ən çox qidalandığı vitaminin çörəkdə olduğunu vurğulayır. Məlumdur ki, çörək qrupu da B vitamini kateqoriyasına daxildir. Məhz doğru çörəkdən düzgün istifadə edilmədiyi üçün də insanlarda B vitamini çatışmazlığı daha çox rast gəlinən problemdir: "Azərbaycanda həkimlərin məsləhət gördüyü müalicələr arasında B qrup vitaminlər və ağrıkəsicilər üstünlük təşkil edir. Niyə? Çünki biz doğru-düzgün çörək yemirik. Buna görə də bədən B qrup vitamini almır və həkimlərə üz tutanda müalicə mərhələsində xəstələrə ən çox B qrup preparatlar təyin edilir. Bu adekvatlığı biz həb şəklində təmin edirik. Lakin əslində çörəkdən düzgün istifadə etsək, buna ehtiyac qalmaz".

L. Zülfüqarlı Azərbaycanda çörək istehsalında problem olduğunu da deyir. Bu isə insanların sağlamlığını birbaşa təhlükəyə atan məqamdır. Dünya standartları ilə ayaqlaşmayan çörək istehsalı nəticəsində qidalanma səviyyəsi də aşağı düşür: "Ölkəmizdə hələ də sovet resepti ilə çörək hazırlanır. Biz dietoloqlar əziyyətlə doğru çörək tapırıq. Amma bu, belə olmalı deyil. Avropa ölkələrində marketə girirsən, gözünün qabağında çörək hazırlanır, görürsən ki, bəli, tam taxıllı çörək bişirildi. Həmin çörəklər çox qəbul edilsə belə, orqanizmə heç bir zərəri yoxdur. Çünki tərkibi düzgün təyin edilib. Dünya səviyyəsində suxari qəbul edilmir. Tam taxılı çörəklər yeyilməlidir. Tam taxıllı çörəklər isə tam buğda, çovdar çörəyidir. Bu boyda ölkədə tam buğda çörəyi yoxdur. Bu da çox ciddi siqnalverici məqamdır. Ona görə də mən insanları başa düşə bilirəm. Çörək məmulatlarından əziyyət çəkdikləri üçün suxariyə müraciət edirlər. Biz doğru çörəyi tosterdə azca qızardaraq yeyə bilərik. Amma arıqlamaq üçün suxari yemək düzgün yol deyil".
lent.az

Sağlamlıq     Baxılıb: 3314   Tarix: 16 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat