Şüyüdün faydaları

Şüyüdün faydalarıHər şeydən əvvəl xatırladaq ki, şüyüd mədə və bağrsaq spazmasını aradan qaldırır, bağrsaqların işini asanlaşdırır.

Şüyüd arterial və göz təzyiqini azaldır, beyin damarlarının tutulmasını, baş ağrılarını, müalicə edir, böyrək və öd daşı xəstəliyində müsbət təsir edir.

Şüyüd tumlarından böyrəklərin profilaktik müalicəsində istifadə olunur. 1 xörək qaşığı şüyüd tumunu bir stəkan qaynar suya töküb, 10-15 dəqiqə dəmləyir, gün ərzində 3-4 dəfə içirlər.

Stenokardiyanın müalicəsi zamanı 1 çay qaşığı xırda şüyüd toxumlarını 300 ml qaynar suya töküb, 1 saat saxlmaq lazımdır. Sonra süzüb gündə 3 dəfə yarım stəkan içirlər.

Loğmanlar sistitlərdə, bronxial asmada 2 xörək qaşığı şüyüd toxumunun 400 ml qaynar suda 30 dəqiqə müddətində qarışmasından alınmış cövhəri gündə 2-3 dəfə 100 ml qəbul etməyi məsləhət görürlər.

Digər bir cövhər isə sidikqovucu təsir göstərir, həmçinin nəfəs yollarının xəstəliyində bəlğəmgətirici vasitə kimi də istifadə olunur. Onu hazırlamaq üçün 1 xörək qaşığı şüyüd tumuna 1 stəkan qaynar su töküb, 15-20 dəqiqə dəmləyirlər. Sonra süzüb bal əlavə edirlər. Gündə 4-5 dəfə olmaqla ilıq vəziyyətdə 1 xörək qaşığı qəbul edirlər.

Loğmanlar iddia edirlər ki, müntəzəm olaraq şüyüd cövhəri qəbul edən insanların əsəb sistemi möhkəmlənir, qan təzyiqi aşağı düşür, miqren dayanır, yuxusuzluq keçir. Yuxusuzluğa axşamlar qəbul edilən şüyüd toxumu ilə qırmızı çaxırın qarışığından alınan içki də müsbət təsir göstərir (50 qr toxum 0,5 litr qırmızı çaxırla qatışdırılır).

Vərəm xəstəliyi zamanı qaynar südə əlavə olunmuş bir çimdik əzilmiş şüyüd yüngül effektli vasitə hesab olunur.

Şüyüd toxumundan alınan losyon konjonktivitin qarşısını almaq üçün istifadə edilir.

Üz dərisində sızaqlar olan insanlar üçün şüyüd tumundan hazırlanmış cövhər faydalı hesab olunur.

Hətta deyilənə görə körpə uşağı şüyüd toxumundan alınan məhlulla yuyundurduqda onu gözdəymədən qorumaq mümkündür.

Sağlamlıq     Baxılıb: 16109   Tarix: 21 mart 2015
f Paylaş

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

geyim seçimi yay geyimləri 2026 adlarin menasi vetene aid bayatılar aparici serxan keremoglu sidik yolu infeksiyasi quymaq resepti kosmetika əfsanələr xlor lekesi vetene aid atalar sozleri qizliq perdesi xanim az