Tanınmış azərbaycanlı həkimdən koronavirusla bağlı ŞOK SÖZLƏR: "Çindən gələn mallar..."

Tanınmış azərbaycanlı həkimdən koronavirusla bağlı ŞOK SÖZLƏR: "Çindən gələn mallar...""Koronavirus Çindən gələn mallar vasitəsilə insanlara yoluxa bilməz".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib.
Mütəxəssis bildirib ki, koronavirus qrip tipində adi virusdur. Yalnız insandan-insana birbaşa və ya qısa məsafədə kontaktda olarkən keçə bilər: "Virus bir canlı deyil. Yarımcanlı hesab edənlər də var, cansız hesab edənlər də. Lakin onun öz-özünə bölünüb, çoxalmaq xüsusiyyəti yoxdur. Sadəcə çox kiçik DNT və ya RNT zənciri var, bu zənciri əhatə edən zülalı mövcuddur. Yalnız digər canlı hüceyrələrdə öz genetik materialını və onu əhatə edən zülalını kopyalaya bilər. Yəni öz zülalını sintez edən ribosomu yoxdur. Onun zülalı yoluxmuş hüceyrənin ribosomu tərəfindən istehsal olunur. Öz metabolizmi, hüceyrə quruluşu mövcud deyil. Bu o deməkdir ki, virus bir canlıdan kənarda yaşaya bilməz. Yalnız insan asqıran zaman onun ağız, burun suyunun mikroskopik kiçik damcıları içində qısa məsafələrə (praktiki 1-2, küləyi nəzərə alaraq 12 metr) sağ çata bilər. Virusa yoluxsanız belə, bu, öləcəyiniz anlamına gəlmir. 1,5 milyard əhalisi olan Çində ölü sayı onlarladır. Bu da 1,5 milyardlıq əhali üçün cüzi rəqəmdir. Yəqin ki, ölənlərin immun sistemi çox zəif olub".
Şahin Məmmədov insanları təşvişə düşməyəyə çağıraraq vurğulayıb ki, bu mif sürətlə inkişaf edən Çin iqtisadiyyatına zərbə vurulması üçün uydurulub.
Mütəxəssis xarici vətəndaşların olduğu mühitdən uzaq dayanılması təqdirində, virusa yoluxmanın sıfıra yaxınlaşdığını da diqqətə çatdırıb.
Zümrüd /publika.az

Sağlamlıq     Baxılıb: 3337   Tarix: 30 yanvar 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

makiyaj etmek qaydalari yaz geyimleri 2026 geyim seçimi xalq təbabəti donlar yay ucun 2026 geyim kolleksiyasi usaq oyuncaqlari kosmetika nizami gencevi klitor salam vətən həsrətinə aid bayatılar zencefil