Tanınmış stilistdən xanımlara məsləhət: "Eleqant və səliqəli görünmək üçün..."

Tanınmış stilistdən xanımlara məsləhət: "Eleqant və səliqəli görünmək üçün..."Makyaj boyamaq yox, mövcud gözəlliyi üzə çıxarmaq deməkdir" - deyir. Bu aspektdən çıxış edərək bildirir ki, gözəli gözəl etmək çox çətindir. Yəni, gözəl bir xanım üçün makyaj edilərkən, elə bir iş ortaya qoymaq lazımdır ki, gözəl üz cizgiləri itməsin, əksinə daha yaxşı görünsün. Xanımlara da eleqant və səliqəli görünən bir makyaj etməyi məsləhət görən Media24.Az-ın müsahibi stilist Sevinc Calilovadır.

- Sevinc xanım, neçə ildir stilist kimi çalışırsız?

- Artıq 15 il keçib.

- Bu gün stilist olmağa maraq göstərənlər çoxdur. Gəlirli sahə kimi baxıb gələnlər də var, bu sahənin gündəmdə olmasından dolayı maraq göstərənlər də. Amma 15 il öncə stilistlik o qədər də aktual deyildi.

Bəs, bu sahəni seçməyinizə səbəb nə oldu?

- İncəsənətə meyilli adamam. Uşaq vaxtı rejissor olmaq istəyirdim, amma ailədə razı olmadılar və o arzum ürəyimdə qaldı. Amma onu deyim ki, təhsilə önəm verən ailədə böyümüşəm. Sonra elə oldu ki, pedaqoji sahə üzrə ali təhsil aldım. Amma içimdə olan incəsənət sevgisi yenə də özünü göstərdi. Rənglər məni çəkirdi. AGATA salonunda rəhmətlik Təranə xanımın müştərisi idim. Hər dəfə salona gedəndə, orda onunla kosmetologiya haqqında söhbətimiz olurdu. Mənə maraqlı gəldiyi üçün onun yanında kurs keçməyə qərar verdim. Sonra da sahəmi genişləndirmək istədim, bunun üçün çalışdım və bu yol da stilistliyə gətirib çıxardı. Sonra artıq bu sahədə özümü təkmilləşdirməyə başladım.

- Bəs təkmilləşmə üçün nələr etdiniz? Kimlərdən öyrəndiniz?

- Xarici ölkələrdə kurs keçdim. Pulumu reklama yox, kurs keçməyə, öyrənməyə, təkmilləşməyə yatırmışam. Türkiyədə Oya Tolqadan dərs almışam. Oya Tolqa makyaj uzmanlığının divasıdır. Leyla İnanırın kurslarına bir neçə dəfə qatılmışam. O, bu sahənin uzun illərə dayanan bir təcrübəyə malik olan uzmanlarındandır. Türkiyədə Erdal Bektaşdan dərs almışam. "Make Up Academy Turkey"ə də qatılmışam. "Bu gün ne giysem?"in ilk qala gecəsinin vizajisti olmuşam. "Royal Academy"də kurs keçmişəm. Moskvada "Dolores" məktəbini keçmişəm. Asiya ölkələrində Kursda olmuşam.

- Müəllim kimi heç çalışmamısız?

- Orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. İki ildir işdən ayrılmışam. Eyni zamanda "Xalq folkloru" deyilən bir dərnəyini uzun müddət rəhbəri olmuşam. Orda nailiyyətlərim belə olub. Respublika müsabiqəsində uşaqlarım birinci yer tutublar. İki ildir pedaqoji fəaliyyətə son verdim.

- Bəzən deyirlər ki, vizajist həm də gözəl rəssam olmalıdır. Bu bacarığınız varmıydı?

- Tamamilə doğrudur, belə yanaşma var. Amma mən rəsm çəkməyi bacaran birisi deyiləm. Gözəl çəkdiyim natürmortdur. Bir də gözəl profil çəkə bilirəm. Uşaqlıqdan indiyə qədər bu maraq məndə var. İndi də boş olanda kağızda profillər çizirəm. Uşaqlığımda onlara ad qoyardım. Çəkdiyim rəsmlərdə bircə dodağı boyayırdım. Flomastorun rənglərini qarışdırıb yeni rənglər almağa çalışırdım və buna nail olurdum da.

- Təcrübə ilə hər kəs stilist ola bilərmi?

- Belə düşünmürəm. Vizaj ruhun dilidir. Vizajda hətta bədən dilini də bilmək çox önəmlidir. Bu sahəyə o qədər dərindən baxıram.

- Hər işin maraqlı və çətin tərəfləri olur. Sizin işinizin bu kimi tərəfləri nələrdir?

- Çətin tərəfi müştərini qane etməkdir. Zövqlər müxtəlifdir və müştərinin zövqünə müdaxilə etmək olmur. Sadəcə müştərini bir şəkildə məmnun etməyə çalışırıq. Bəzən stilistlər deyirlər ki, mən müştərilərimi istədiyim kimi bəzəyirəm.

Bəzən elə müştərilər də olur, deyirlər ki, biz nə isə deyəndə stilist kobud cavab verir. Amma mən müştəriylə xoş davranmağa, istəklərini nəzərə almağa çalışıram. Müştəri reklama çox üstünlük verir. Elə müştərilər var ki, bəzi hallarda reklamlı vizajistlərin yanına gedirlər. Bir qız var, onunla 16 yaşından işləyirəm, hazırda 24 yaşı var. Bu yaxınlarda dedim ki, əgər mənim işimdən razısansa, niyə toyunda tanınmış vizajistə müraciət etdin? Dedi ki, rəfiqələrim hamısı məşhur yerlərə gedirlər, mən bura gəldiyimi onlara necə deyim? Hətta dedi ki, onsuz da sizin yanınıza gələndən sonra da rəfiqələrimə məşhur stilistin yanına getdiyimi deyirəm.

- Belə məqamlarda bəs necə reaksiya verirsiz?

- Çox gülərüz olduğum üçün normal qarşılayıram. Kimsənin qüsurunu üzünə vurmağı sevmirəm. Çox şirindil adamam, o mövzularda kimsənin qəlbini qırmaram.

- Çətin tərəfini dediniz, bəs maraqlı tərəfləri nələrdir?

- Maraqlı tərəfi odur ki, adam işləyə-işləyə dincəlir. İstədiyin bir üz qarşında duranda adam işindən zövq alır. Bizim iş daim axtarışda olmağı tələb edir. Birdən mənə bir bərbad şəkil göstərib deyirlər ki, məni belə bəzə, bu zaman isə şok oluram. Ona məcbur olub "yaxşı" deyirəm, amma gözəl alınması üçün istədiyimi edirəm. Gözəli gözəlləşdirmək çox çətindir. Gözəli elə bəzəmək lazımdır ki, gözəlliyi itməsin. Ümumiyyətlə, makyaj boyamaq deyil, mövcud gözəlliyi oraya çıxarmaq deməkdir.

- Son vaxtlar "İnstagram"da salonlar öz vizajlarını reklam etmək rəqabətinə giriblər. "Əvvəl" və "Sonra" başlığı altında...

- O "əvvəl" və "sonra"ların hamısı fotoşopdur. Amma bu, onların reklam tərzidir, belə bacarırlar, belə edirlər. "Mövlana necə demiş, günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz".

- Qeyd etdiniz ki, boyanmaq başqa, gözəlliyi üzə çıxaran makyaj başqa. Bəs xanımlar hansına üstünlük verirlər?

- 50 faiz boyanmağa meyillidir, 50 faiz isə eleqant görünməyə, səliqəli olmağa. Makyaj özü bir səliqədir.

- Bir insan uzun illər bir sahədə çalışanda, kaprizli müştərilər olanda, çətin tərəflərini görəndə "bezdim" deyib, uzaqlaşmaq istədiyini dilə gətirir. Siz belə deyirsinizmi?

- Heç vaxt deməmişəm. Bu gün pedaqoji təhsil aldığıma, onun üçün itirdiyim illərə görə peşmanam. Ona görə yox ki, müəllimlik pis sənətdir, əksinə çox şərəfli bir peşədir. Amma hər kəsin özünü gördüyü, çalışmaq istədiyi sahə var ki, vaxtını, enerjisini o sahəyə versə, daha yaxşı olar.

- Bir az da qiymətlərdən danışaq. Xanımlar vizaj qiymətlərinin baha olmasından şikayətlənirlər. Ustalar isə deyirlər ki, çox vasitələr istifadə olunur deyə aşağı etmək olmur...

- Məsələn, qapadıcı bir krem işlədirik ki, onun qiyməti 200+ manatdır. Amma onu bu gün əldə silah edib, "200 manatlıq krem işlədirəm" deyib, 200 manata makyaj etmək insafsızlıqdır. Biz hazırda 8-ci mikrorayonda fəaliyyət göstəririk. Şəhərin mərkəzi hissəsində yeni bir yerdə, yeni bir heyətlə işləmək planım var. O zaman qiymətləri bir daha gözdən keçirməyi düşünürəm. Amma bütün hallarda öz gəlirimlə yanaşı, müştərinin də cibini düşünəcəm. Mövlanadan yenı fikir deyəcəm. O deyib ki, "Heç bir mal sizin deyil, nəyi bölüşə bilmirsiniz? Heç bir can sizin deyil, niyə döyüşürsünüz?"

- Başqalarını bəzəyən bir xanım səhərlər güzgü qarşısına keçəndə özünü necə bəzəyir?

- Bircə günəşdən qoruyan krem istifadə edirəm. Mən makyajsız gəzən birisiyəm. Çünki üz cizgilərim buna imkan verir. Bəlkə də bu fikirlərim bir az özündənrazı kimi görünə bilər, amma toya gedəndə də gündəlik müəllim makyajı tipli bir bəzək edirəm.

- Məşhurlar vizaja xüsusi diqqət etməlidirlər. Məşhurlardan kimlərin vizajını mükəmməl hesab edirsiz, kimləri yox?

- Belə götürəndə analiz etmək doğru olmazdı. Zövqə görə yanaşmaq lazımdır. Əgər o adama hazırda edilən makyaj xoşdursa, qəbul etmək lazımdır.

- Vizajla bağlı xanımlara nə məsələhət görərdiniz?

- Hamı bir-birinə bənzəmək istəyir. Amma mən hər kəsin özü kimi olmasını istəyirəm. Toyda fikir versək görərik ki, çox xanım bir-birinə bəzəyir. Bu da mənə görə xoş hal deyil. Məsələn, deyirlər ki, Beyonsa bənzəmək istəyirəm, qaşımı, gözümü elə edin.

- Bu cür bənzərlik üçün də müraciət edənlər olur?

- O qədər olur ki.

- Ən çox kimlərə bənzəmək istəyirlər?

- Röyaya. Gəlib deyirlər ki, məni elə bəzə ki, Röyaya oxşayım. Deyirəm ki, onun şansından, istedadından istəyin, görünüşündən yox (Gülür).

- Hər sahədə insan öyrəndikcə inteqrasiya edir. Onları hardan öyrənirsiniz?

- Mənim üçün lazım olan hər yerdən öyrənirəm, xarici saytlardan istifadə edirəm. "Bizdə yenilik görmürəm" desəm, bir az kobud səslənə bilər, amma doğrudan, görmürəm. Bizim dəb anlayışımız bir az fərqlidir, xarici saytlarınkı fərqli. Biz hələ də uzun kirpik və qaralı, zərli makyajlardan qurtula bilmirik. Qeyd edim ki, indi zərli makyajlar da dəbdədir. Düzdür, müştəri məndən də istəyəndə etməyə məcbur oluram. Amma daha çox gözəlliyini saxlayan, üz cizgilərini itirməyən makyajlar etməyə çalışıram. Botoksun əleyhinəyəm. Üzdə olan dəyişiklikləri sevirəm, amma yerində. Kipriyi, qaşı, gözü nə qədər dəyişsək də, ruhun dili üzə yansıyır. Nə qədər cəhd göstərsən də, bir az bədən dilindən anlayışı olan adam qarşısındakının danışmadan mimikasından nə demək istədiyini anlayır. Botoks o cizgiləri pozur, bədən dilini qarşı tərəfə ötürə bilmir.

Sevinc xanım, master kurslar təşkil edirsinizmi?

Bəli bu kurslar təşkil edilir. Amma vaxtımız çox az olduğundan bu kursları üç aydan bir, tələbələrin az olması şərtilə təşkil edirik.

Gözəllik və Moda     Baxılıb: 2787   Tarix: 17 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin sayti aksessuarlar reseptler portagalin faydasi qadın dünyası az sabir haciyev biznes qurmagin yollari statuslar uzeyir qoğalın nağlı ekizler birlik haqqinda