Tarixin ən zəngin bankirindən 6 məsləhət

Tarixin ən zəngin bankirindən 6 məsləhətYakob Fugger kralları, səyyahları, yepiskopları və papaları maliyyələşdirən və bu müddətdə dövrünün, bəlkə də tarixin ən zəngin adamına çevrilən alman bankirdir. Məhz onun sayəsində Papa X Leo bankçılığı qanuniləşdirdi. Fugger 1519-cu ildə Müqəddəs Roma İmperatorunun seçilməsində də həlledici rol oynayıb - məhz onun pulu İspaniya kralı V Karlı Napoleonun imperiyası ilə müqayisə oluna biləcək imperiyanın zirvəsinə qaldırdı. 
1525-ci ildə vəfat edəndə Fuggerin müasir pulla var-dövlətini o vaxtkı Avropa ÜDM-nin 2 faizi kimi qiymətləndirmək olar. Günümüzün reallıqlarıyla müqayisədə bu, təxminən 400 milyard dollardır. Tarixin başqa ən zəngin adamı kimi tanıdığımız Con Rokfellerin sərvəti isə ABŞ iqtisadiyyatının daha kiçik bir hissəsi idi. 
Publika.az bu yazıda oxucuları Yakob Fuggerin maliyyə sahəsində uğur qazanmaq sirləri ilə tanış edir. 
Bir kəndlinin nəvəsi olan Yakob Fugger o dövrün biznes mərkəzində - Venesiyada yaxşı təhsil alıb. Orada qazandığı əlaqələr, bilik və təcrübə ona həyatı boyu kömək edib. 
Başqaları qorxarkən siz investisiya yatırın!
Onun sərvətinin sürətlə artmasında iki əsas investisiya rol oynayıb. Birincisi Tirol Arkduke Sigismund ilə müqavilə idi: Venesiya ilə münaqişəsi zamanı Sigismundu heç kimin maliyyələşdirmək istəmədiyi bir vaxtda Fugger ona böyük məbləğdə borc verdi. Digər bankirlər hersoqu maliyyələşdirməkdən imtina etsə də, Fugger ona tapa biləcəyi hər şeyi təklif etdi və hersoq Venesiya ilə münaqişəni yoluna qoydu. Onun dəstəyi müqabilində Arkduke Fuggerə yer üzündəki ən böyük gümüş mədənini idarə etmək hüququ verdi. Bundan əlavə, hamı türklərin Macarıstana hücumundan qorxduğu bir dövrdə Fugger Macarıstanın mis mədənlərinə sərmayə qoydu. Nəticədə o, əvvəllər gümüş hasilatı ilə eyni şəkildə mis istehsalını öz üzərinə götürə bildi. 
Əvəzolunmaz olun
Bəzi müəssisələrin batmayacaq qədər çox böyük olması fikri yeni deyil. Fugger bunu çox gözəl bilirdi və nəzəri olaraq hesablarını ödəməkdən imtina edə bilən monarxların özbaşınalığından özünü qorumaq üçün istifadə edirdi. Bilirdi ki, müştərilər sadə bir səbəbdən onunla münasibətləri korlamaq istəməzlər. Çünki Fugger müştərilərinin onsuz edə bilməyəcəyi bir şeyə sahib idi: qısa müddətdə böyük məbləğdə pul qazanmaq bacarığı. Onlar Fuggerin özünü və şərtlərini bəyənmirdilər. Amma onların alternativi yox idi.
Məlumatlı olun!
Sübut edilmiş faktların dəyəri danılmazdır. Odur ki, ilk növbədə ona xidmət edən və bazar münasibətlərindən xəbərdar olmağa imkan verən dünyanın ilk xəbər xidmətinin yaradıcısı məhz Fugger olub. Məsələn, bir dəfə Roma imperatoru Maksimilian ona deyir ki, İngiltərə kralı VII Henrixdən qızıl gözləyir. Fuggerdən borc istəyən Roma imperatoru söz verir ki, onu tezliklə qaytaracaq. Amma İngiltərədəki bir casus Fuggerə kralın gəmilərinin limanı tərk etmədiyi xəbərini çatdırmış və beləliklə bankir sövdələşmədən imtina etmişdi. 
Mühasibat uçotu ilə dost olun
İkili mühasibat uçotu italyanlar tərəfindən icad edilib, lakin Fugger onu Alp dağlarının şimalında ilk istifadə edənlərdən biri olub. O, bir çox müəssisəsi üçün birləşdirilmiş balans hesabatı yaratmaqla mühasibat elmini ciddi şəkildə inkişaf etdirdi. Bundan əlavə, Fuggerin maliyyə dünyasına təqdim etdiyi yeniliklər arasında auditorların fəaliyyəti də var idi. Fuggerin öz əlyazma marjinal qeydlərinə mühasibat kitablarında rast gəlmək olar: o, ayrı-ayrı məxaric və mədaxil siyahısını diqqətlə izləyirdi. 
Soyuqqanlılığı itirməyin
Avstriya yepiskopu Fugger bankına ən böyük töhfə verənlərdən biri idi. 1509-cu ildə yepiskop vəfat edəndə papa Fuggerdən pulu dərhal kilsəyə ödəməyi tələb etdi. Lakin pul mədən layihələrinə yatırıldı və Fuggerdə tələbatı ödəmək üçün likvidlik yox idi. Ancaq imtina haqqında şayiələr onun imperiyasının sonu olardı. Fugger xərcləri azaltmağa çalışmaq əvəzinə, heç vaxt olmadığı kimi pul xərcləməyə başladı ki, heç kim onun problemlə üzləşə biləcəyini düşünməsin. Bu, ona əmanət sövdələşməsini sakit şəkildə müzakirə etmək üçün vaxt verdi.
Borcunuzu yerinə yetirin!
Fugger cəmiyyətin ehtiyaclarına əhəmiyyət verirdi. O, dünyanın ilk sərfəli və sosial mənzil layihəsi olan Fuggerei məhəlləsinin yaradıcısı kimi tanınır. Bu mənzillər kirayə bazar dəyərindən üç dəfə ucuz idi, çünki Fugger hesab edirdi ki, hər bir iş adamı başının üstündə damı olmağa layiqdir. Fuggerei bu gün də öz ilkin məqsədinə xidmət edir və həm də doğma şəhəri Auqsburqda ən böyük turizm mərkəzidir.

Maraqlı     Baxılıb: 2518   Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

turlar.az

yaz geyimleri 2026 yemek reseptleri geyim və ayaqqabılar burcler kisiler stresin elametleri oxatan burcu günay musayeva kosmetika novruz bayramina aid hakisdalar big.az bürcler salam rəksanə