Təbii toniklərlə dəri sallanmasının qarşısını alın
Tonik dərini təmizləyən, möhkəmləndirən və yaşlılıq əlamətlərinin qarşısını alan, xüsusilə də dəri sallanmasına yaxşı təsir edən vasitədir və onu ev şəraitində hazırlamaq mümkündür.
1. Aleo vera (əzvay) şirəsi
Mütəxəssislər əzvay şirəsinin məsamələri daraltdığını bildirirlər. Yatmazdan öncə 1 çay qaşığı əzvay şirəsini eyni miqdarda su ilə qarışdırıb, pambığa töküb üzünüzü silin. Əzvayı nəmləndirici kremlə qarışdırıb dərinizə çəkmək də eyni effekti verir.
2. Yaşıl çay
Yaşıl çayın sağlamlığımız üçün nə qədər faydalı olduğunu artıq hamımız bilirik. Bu möcüzəli çaydan gözəlliyimizin qayğısına qalmaq üçün də istifadə edə bilərik. Yaşıl çayı dəmləyib süzün və üzünüzü bu çayla silin. Bir çox bahalı tonikdən daha yaxşı təsir edəcək.
3. Alma sirkəsi
Alma sirkəsi məsamələri daraldır, dərini dərindən təmizləyir. 1 çay qaşığı alma sirkəsini bir neçə ədəd nanə yarpağının üstünə töküb 2 gün saxlayın. Daha sonra sirkəni süzüb pambığı bu qarışığa bulayıb üzünüzü silin.
4. Gülab
Gülab dərini möhkəmləndirir, ətraf mühitin təsirlərinə qarşı qalxan funksiyası daşıyır. Həmçinin dəridəki qızartı və qıcıqlanmalar üçün də təsirli vasitədir. Səhər və axşam olmaqla, gündə 2 dəfə pambıqla üzünüzə gülab çəkin. Dərinizin gündən-günə gözəlləşdiyini hiss edəcəksiniz.
5. Buzlu su
Üzünüzü buzlu su ilə silin. Qəlibdən çıxartdığınız buz ilə üzünüzü masaj edə bilərsiniz. Bu məsamələri daraldır, dərini möhkəmləndirir, dərinin sallanmasının qarşısını alır. /Publika.az/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq