TƏCİLİ! Bakı- Sumqayıt yolundakı dəhşətli qəzada 5 ölü, 21 yaralı - RƏSMİ
Bu gün səhər Bakı- Sumqayıt yolunda baş vermiş qəzada yaralanan 17 nəfər Sumqayıt xəstəxanasına, 4 nəfər isə Klinki Tibbi Mərkəzə yerləşdirlib.
Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova bildirib ki, yaralılardan biri xəstəxanaya daxil olan kimi dünyasını dəyişib:
"Ümumilikdə 5 ölüm hadisəsi qeydə alınıb. İki nəfərin vəziyyəti ağır olaraq qalır. Sumqayıta yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib. 2 nəfər isə ambulator yardım göstərilib".
Ölənlər Sumqayıt Dövlət Universitetinin tələbələridir.
Qurum rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağır olaraq qalır:
"Hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssislərinin əməkdaşları xəstəxanalara gedib, yararlıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər".
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit" markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb.
Mənbə:Modern.az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu