Təmiz balı bilmək üçün BUNLARI EDİN

Təmiz balı bilmək üçün BUNLARI EDİNArı ailəsinin 11 məhsulu var. Bal, çiçək tozu, perqa, arı südü, propolis, arı zəhəri, arı mumu, zabus -balın qaymağı, erkək arı südü, mum güvəsi eksraktı, ölmüş arı xitozaru. Bütün bu məhsullar bir-birindən tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. Arının bütün məhsulları bioloji-aktiv maddələrlə zəngindir və qiymətlidir. Arı məhsulları insanlara çox qədimdən məlumdur. Bal arının məhsullarındarı biridir. Arılar balı müxtəlif çiçəklərin nektarındarı-şirosindən hazırlayırlar. Çiçək şirəsini mədə cinadanına toplayıb pətəkdəki yuvalara boşaldırlar. Mədə şirəsi ilə qarışmış nektarı qanadları ilə ventilyasiya yaradaraq qurudub qatılaşdırırlar. Qatılaşmış nektar bala çevrildikdə, bal yetişdikdə pətəyin ağzını mumla suvayırlar. Bal süzüldükdə suvanmış pətəklər götürülməlidir, əks təqdirdə duru balda suyun miqdarı çox olduüğundarı (norma 18-20 %) bal qıcqırır yemək üçün yararsız olur. Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, harmonlarla zəngindir. Balın bu qədər güclü və qüvvətli qida məhsulu olmasının səbəbini araşdıraq. Arının çiçəkdən topladığı nektar nədir və bitki bunu nə məqsədlə hazırlayır, ifraz edir?

Bildiyimiz kimi bitkilər vegetasiya dövründə çiçəkləyir. Çiçəyin icərisində dişicik və erkəkcik elementləri olur. Erkəkciklər tozcuq formasında olur. Dişiciyin kasacığında nektar şirə ifraz olunur. Arı xortumunu bu dişicik kasacığına salaraq oradan şirəni sorur. Bu şirə bitki tərəfindən xüsusi məqsəd üçün hazırlanıb ifraz olunur.

1- ci. Erkəkcik tozcuqlarının yapışıb dişiciyi mayalarıdırması üçün.

2- ci. Mayalanmış cinsi hüceyrələrin inkişaf edib rüşeym əmələ gətirənə qədər qidalarıması üçün qida mənbəyi olub qidalı mühit yaratmasıdır.

Deməli nektar bitkidə, meyvə və ya toxumun rüşeyminin tutması, yetişməsi ücün, inkişaf etməsi üçün bitkinin ifraz etdiyi məqsədyönlü şirədir və arılar da həyat üçün lazım olan hər şeylə təmin olunmuş bu mayeni yığıb bal hazırlayırlar. Ona görə də balın tərkibində həyat üçün lazım olan, canlı orqarıizmin yaşaması, inkişaf etməsi üçün hər şey var. Çicək balı ona görə də qiymətli və əvəz olunmaz qidadır və onu heç bir şeylə əvəz etmək, süni hazırlamaq mümkün deyil.

Təbii balı arılar müxtəlif çiçəklərdən yığırlar. Ballar bir-birindən tərkibində olan mikroelemcntlərin, efir yağlarının miqdarına görə fərqlənirlər. Təbii çiçək bah əsasən iki cür olur – monomorf və polimorf. Monomorf bir bilki şirəsindən yığılmış baldır, təbiətdə 100% monomorf bal tapmaq çətindir, çünki arılar 5-7 km ərazidə olan bütün çiçəklərdən bal toplayırlar. Bal yığılan sahədə hansı bitki. ağac çoxluq təşkil edirsə (50%-ə qədər) belə bal növü həmin bitkinin adı ilə adlanır. Məsələn: cökə balı, günəbaxarı balı, akasiya balı, qarabaşaq (qreçka) balı, yonca balı, pambıq balı, tütün balı, şabalıd balı, qarıqal balı və s. Polimorf ballar bir çox çiçəklərin balıdır: dağ çəmən balı, aran çəmən balı, qarışıq meşə balı və s. Balın müalicəvi xüsusiyyəti balın növündəndə asılıdır, Qarabaşaq (qreçka) dəmir ilə çox zəngin olduğundan qanazlığında. Ürək və şəkər xəstəliyində dietik bal kimi istifadəsi daha məqsədə uyğundur. Günəbaxan balı A vitamini və karotinlə daha zəngin olduğundan uşaqlarda boy artımına görə, dəri xəstəliklərində daha xeyirlidir, qanqal balı qaraciyər xəstəliklərində, biyan balı mədə-bağırsaq və prostatitlərdə, dağ balı ürək xəstəliklərində, cökə balını soyuq dəymələrdə istifadəsi daha məqsədə uyğundur.

Hər bir bitkinin özünün xüsusiyyəti, müalicəvi xassəsi olduğundan həmin bitkinin nektarından hazırlarımış balda da bu müalicəvi xüsusiyyətlər özünü biruzə verir, üstünlük təşkil edir. Arılar təbii farmaseptlərdir. Arının özündən istifadə etməklə ekspress üsulla vitaminləşmiş ballar almaq mümkündür. Baldan hazırlarımış siropa müxtəlif bitkilərin, mcyvə və tərəvəzlərin şirəsi qatılır. Bu sirop ayıca arıya yedizdirilir və arı yenidən bal hazırlayır. Beləliklə iki qat istehsal olunmuş vitaminləşdirilmiş ballar hazırlayır. Bu üsulla itburnu balı, çuğundur balı, zirinc balı, yemişən balı, xvoya balı və s. Ümumilikldə 185 adda müxtəlif bal almaq mümkündür. Bitki şirələrindən başqa antibiotiklər, müxtəlif dərman bitkilərinin ekstraktlarından istifadə etməklə müalicəvi ballar almaq olar. Arıdan farmasevt kimi istifadə etməklə hər bir xəstəlik üçün ayrıca bal almaq mümkündür.

Vitaminləşmiş balların bir çox üstün cəhədləri var.

Adi balın tərkibində olmayan komponentləri vitaminləri balda arıya yedizdirməklə daha güclü vilaminlərlə zəngin, müalicəvi ballar almaq mümkündür.
Balda olan bitki şirələri arının mədəsində həzm olunur, mədə şirəsi ilə qarışır və arı bal hazırlayarkən bitki balla reaksiyaya girir, fermentləşir və ilkin emal olunduğundan orqanizmə daha tez sovruları, qüvvətli komponentlərə çevrilirlər.
Bal güclü konservant olduğundan tərkibində olan komponentləri uzun müddət parçalamadan saxlaya bilir.
Məqsədyönlü hər bir xəstəlik üçün, hər bir komponentlə zəngin ayrıca bal almaq mümkündür: C vitaminli itburnu balı, A vitaminli yerkökü balı, karotinlə zəngin xvoya balı, tonuslandırıcı jenşcn balı, ürok üçün yemişan balı və s.
İlin bülün fəsillərində bu balları almaq və saxlamaq mümkündür. Vitaminləşmiş balları qışda da arıdan almaq mümkündür (xüsusi üsulla).
Balın xalis halda olması və yemək üçün nə dərəcədə yararlı olması onun tərkibindən asılıdır.

Balda əsas 4 göstəricisi götürülür.

Balın rütubəti 18-20%
Disataza ədədi: Arının mədə fermenti 8-15 vahid
Saxaroza 3-5% çox olmalı
Tərkibində zəhərli maddələr olmamalıdır.
Balın xalisliyini ancaq kimyəvi yolla yoxlamaq olar. Əks halda balın nə dərəcədə yararlı və xalis olmasını bilmək mümkün deyildir. Bal laboratoriyada yoxlanılıb sertifıratlaşdırılmalıdır. Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfıyyətinə xələl gətirmir, əksinə bal özünü qorumaq üçün kristallaşır. Bal güclü antibiotik xassəyə malikdir və kiflənmir, xarab olmur çünki yeganə şirin maddədir ki, turş mühitə malikdir yəni PH-turş mühitdir.

Mənbə: Arı məhsulları və onlarla müalicə (Könül Ağayev)

Xəbərlər     Baxılıb: 4155   Tarix: 12 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

yaz geyimleri 2026 maskalar makiyaj etmek qaydalari illik bürclər sekis pirojnalar şəfalı otlar kosmetika novruz bayramına aid hakıştalar faydalı bilgilər vətən həsrəti masturbasiya qizlar