Tərxun dəmləməsi - Qurdları öldürür, immuniteti möhkəmləndirir
Tərxun qədim zamanlardan müalicəvi bitki kimi tanınır və istifadə olunur. Tərxun fitonsidlərlə zəngindir.
Qadinsayti.az saglamolun.az-a istinadən bildirir ki, fitonsidlər iltihablarla mübarizə aparır. Həmçinin tərxunun qurdəleyhinə təsiri var, sinir sistemi üçün çox faydalıdır, immun sistemini möhkəmləndirir.
Sizə tərxundan hazırlanmış çox faydalı və dadlı dəmləmənin reseptini təqdim edirik.
100 qr tərxun və 2 orta ölçüdə limon götürülür. Tərxunu xırda, limonu 2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l qaynar su əlavə edin. Dəmləməni vam odda qaynayana qədər qızdırın, 1-2 dəqiqə ərzində qaynadın, sonra oddan götürüb termosa tökün və 1-2 saat ərzində dəmləyin. Daha sonra dəmləməni süzün, şüşə qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal və ya bal olmadıqda şəkər tozu (az miqdarda) əlavə edin. Çox dadlı və faydalı içki alınır.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin