TV-lərdə təhlükəli dərman reklamları - Ekspert həyəcan təbili çalır

TV-lərdə təhlükəli dərman reklamları - Ekspert həyəcan təbili çalırSon vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı ilə qarşılaşırıq. Hətta sözügedən reklamlarda bu dərmanların reseptsiz qəbul edilə biləcəyi də vurğulanır. Lakin ekspertlər hesab edirlər ki, hansısa dərmanın həkim tövsiyəsi olmadan qəbul edilməsi məqsədəuyğun deyil və müəyyən fəsadlara yol aça bilər.
Məsələ ilə bağlı axar.az-a danışan tibb eksperti Adil Qeybulla bildirib ki, dərman vasitələrinin reklamı düzgün deyil:
"Dərman vasitələrinin reklamı qətiyyən doğru deyil. Avropada dərman vasitələrinin reklamı qadağan olunub. Reklam kommersiya məqsədi daşıyır, dərman vasitəsi isə sırf satış məqsədi daşıya bilməz. İstənilən dərmanı ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Buna görə də dərmanın reklamını etmək olmaz. Çünki reklam varsa, hər hansı bir şəxs reklama inanıb həkim məsləhəti olmadan onu alıb istifadə edəcək. İnsan orqanizmləri fərqli olduğu üçün birinə çox yaxşı təsir edən dərman digərinə çox pis təsir edə bilər.
Məsələn, bəzi televiziyalarda uşaqlar üçün qurd əleyhinə dərman reklam olunur. Kimsə alıb bu dərmanın müsbət təsirini görürsə, bu, o demək deyil ki, hər kəsə eyni təsir edə bilər. Valideynlər çox diqqətli olmalı, belə reklamlara aldanmamalıdır".
Məsələ ilə bağlı saytımıza danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qeyd edib ki, Azərbaycanda bəzi işbazlar əhalinin güvənindən istifadə edərək, zərərli dərman vasitələrinin reklamını həyata keçirirlər:
"Təəssüf ki, bəzi işbazlar insanların güvənindən istifadə edərək, zərərli və keyfiyyətsiz dərman vasitələrinin reklamını həyata keçirir və bundan külli miqdarda gəlir əldə edirlər. Ümumiyyətlə, sosial şəbəkə və televiziyalar üzərindən reklam olunan dərman vasitələrinin 70 faizi saxtadır və insan orqanizminə çox zərərlidir".
E.Hüseynov vurğulayıb ki, belə dərman vasitələrinin reklamını həyata keçirən qurum da məsuliyyət daşıyır:
"Vətəndaş TV-də reklam olunan dərmanı alıb, ziyanını görürsə, məhkəməyə müraciət edə bilər. Daha sonra məsələ araşdırılmalı, reklam edən şəxs məsuliyyətə cəlb olunmalıdır. Azad İstehlakçılar Birliyi dərman vasitələrinin reklamının mümkün qədər azaldılması istiqamətində işlər aparır. Amma bəzi televiziyalar sırf gəlir əldə etmək üçün dərmanları reklam etməyə davam edirlər".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 962   Tarix: 15 yanvar 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

turlar.az

geyim dəbləri reseptler sac duzumleri qadin.az uşaq psixologiyası mələk kartları çək aybasi ucun derman kosmetika rus dilini öyrənək cinsi əlaqə xanim az vətən haqqında atalar sözləri sevgi