Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ

Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİDünyada hər il təqribən 17.5 milyon insan ürək xəstəlikləri səbəbilə həyatını itirir. Yaşadığımız bütün duyğular birbaşa olaraq ürəyə təsir edir. Ürək xəstəliklərinin qarşısınının alınmasında düzgün qidalanma, aktiv həyat tərzi və siqaretdən imtina önəmlidir.
Publika.az türkiyəli kardioloq Yelda Tayyarecinin ürək xəstəliklərinin qarşısının alınması istiqamətində tövsiyələrini təqdim edir.
Fiziki cəhətdən aktiv olun.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİDaimi fiziki fəaliyyət xroniki ürək xəstələrində qan dövranını yaxşılaşdırır, xəstəliklə əlaqəli simptomları azaldır. Hər gün yarım saatlıq gəzinti insanın özünü rahat hiss etməsinə və depressiyanın azalmasına səbəb olur.
Diqqət yetirilməlidir ki, ediləcək məşq ağır və yorucu olmasın. Ağır səy tələb edən məşqlər çox soyuq havalarda edilməməlidir. Üzmək üçün isə çox soyuq və ya çox isti suya üstünlük verilməməlidir.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİHəkiminiz tərəfindən təyin olunan dərmanları mütəmadi olaraq istifadə edin.
Xroniki ürək xəstəliyində keyfiyyətli və uzun ömür sürməyin ən vacib amillərindən biri dərmanları vaxtında və davamlı qəbul etməkdir.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİYüksək və qalın yastıqlara üstünlük verin.
Yüksək və qalın yastıq xroniki ürək çatışmazlığı olan xəstələrdə artıq mayenin ağciyərlərdən aşağı bölgələrə axmasına imkan verir, gecə boyu rahat yatmağa kömək edir.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİHər gün çəkinin.
Gündəlik çəkinmək çəki artımının qarşısını alır. Gündə 2 kiloqramdan çox kökəlmək bədəndə artıq mayenin yığılmasını göstərir, bu vəziyyətdə həkimə müraciət etmək lazımdır. Arıqlamaq da xəstəliklə bağlı şikayətləri azaldır, çünki ürəyə yükü azaldır.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİİstirahət edin.
Yorğun bədən yorğun ürək deməkdir. Gün ərzində istirahət etmək üçün vaxt ayırın. Mümkünsə gün ərzində ən azı 1 saat yatın.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİDaha az və tez-tez yeyin.
Mədənin həddən artıq doldurulması həm həzm sisteminə, həm də ürəyə mənfi təsir göstərir. Yeməkləri bölmək və az-az istehlak etmək vacibdir. Lif və suyun istehlakı bağırsaq hərəkətlərini artırır, qəbizliyin qarşısını alır.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİDuzlu yeməklərdən çəkinin.
Xüsusilə xroniki ürək çatışmazlığı olan xəstələrdə bədənin maye balansını qorumaq vacibdir. Həddindən artıq duzlu yemək xüsusilə də ağciyərlərdə və ayaqlarda artıq mayenin yığılmasına səbəb olur.
Tərkibində çox duz olan qidalar:
Kolbasa, ketçup, mayonez və hazır salatlar, hazır şorba, ədviyyat qarışıqları, pitsa, hamburger, hazır makaron, duzlu fıstıq və s.
Yemək bişirərkən az miqdarda duz əlavə olunmalıdır.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİSiqareti tərgidin.
Siqaret qanda oksigenin miqdarını azaldır, damarların daxili səthini pozur, onların sərtliyinə və tıxanmasına səbəb olur. Siqareti tərk etmək ürək xəstəliyi ilə əlaqəli ağırlaşmaları azaldır.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİKofein və spirtli içkilərə diqqət edin.
Xroniki alkoqol qəbulu ürək əzələlərinin zəifləməsinə səbəb olur. Buna görə də ürək xəstələrində spirtli içkinin məhdudlaşdırılması vacibdir. Kofeinin həddindən artıq istehlakı ürək ritmi problemlərinə və yüksək təzyiqə səbəb ola biləcəyindən gündə 2 stəkandan çox çay, qəhvə və ya kola içmək olmaz.
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİQrip və pnevmoniyaya qarşı tədbirlər alın, peyvənd etdirin.
Xroniki ürək xəstələri üçün mövcud qaydalarda qrip və pnevmoniyaya qarşı peyvənd tövsiyə olunur.
Tağı Həsənov

Sağlamlıq     Baxılıb: 2166   Tarix: 31 yanvar 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

makiyaj etmek qaydalari yaz geyimleri 2026 geyim seçimi xalq təbabəti donlar yay ucun 2026 geyim kolleksiyasi usaq oyuncaqlari kosmetika nizami gencevi klitor salam vətən həsrətinə aid bayatılar zencefil