Ürəkdə stenokardiya hansı səbəbdən yaranır?
Stenokardiya ürəkdə ağrılarla müşayiət olunan xəstəlikdir və daha çox orta yaşlarda meydana çıxır.
Milli.Az xəbər verir ki, kardioloq Nadejda Kirkovskaya stenokardiyanın yaranma səbəblərini açıqlayıb.
Bu xəstəlik ürəyin işemik xəstəliklərinin bir növüdür. Yandırıcı, sıxıcı ağrı öndə və arxadan tutur. Döş qəfəsinin sol tərəfindən ağrı kürəyə, çiyinə, sola, çənəyə yayıla bilər.
"Xəstəliyin 80% hallarda səbəbu koronar damarların tutulması, aterosklerozudur. Bu zaman ürək əzələsinin qanla təchizi azalır. İstənilən fiziki yük, hərəkət,psixoemosinal durum, qaçma zamanı ürəyin qanla, oksigenlə təchizatı lap pisləşir, çünki damarlar funksiyasını yerinə yetirmir, ürəyə güc düşür və stenokardiya tutmaları başlayır.
Ürəyin oksigen aclığı başlayır.
Beləliklə, stenokardiyanın başlıca səbəbləri:
- Aterokskleroz
- Fiziki ağır yük
- Stress, depressiya, gərginlik
- Yüksək təzyiq
- Siqaret, içki
- Zərərli iş
- Qanda xolesterinin artması
- Piylənmə
- Az hərəkət etmək
İlk şübhəli ağrıda mütləq kardioloqa müraciət edən. Çünki stenokardiya ağrısı birdən tutur, sonra kəsilir. Onu diaqnoz edib, nəzarətdə saxlamaq lazımdır. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi