"Uşağın 2 aylığında vurulmalı peyvəndi 1 yaşında vurulur, bu çox yanlışdır" - Pediatr

Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Hərçənd ki, bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan çəkinirlər.
Milli.Az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bildirib ki, gecikdirilən peyvəndlər uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir:
"Bəzən valideynlər əsassız olaraq peyvəndi gecikdirirlər. Məsələn, uşağın iki aylığında vurulmalı peyvəndi bir yaşında vurdurmaq istəyir. Bu, tamamilə yanlışdır, çünki iki aylığında edilməli peyvənd körpənin həyatı üçün çox vacibdir. Peyvəndin qoruduğu infeksion xəstəliyə körpə yoluxduqda ya ağırlaşma ilə keçirə bilər, ya da ölümlə nəticələnə bilər".
O, əlavə edib ki, körpənin ilk üç peyvəndi doğum evində ilk 12 saat ərzində hepatit B-yə qarşı aparılır. Dördüncü-yeddinci günündə vərəm və poliomielitə qarşı peyvənd vurulur. Ərazi üzrə poliklinikaya qeydiyyata alınandan sonra isə tetanus, göyöskürək, hemofil infeksiyası, pnevmokok, məxmərək və qızılcaya qarşı peyvəndləmə aparılmalıdır.
Həkimin dediyinə görə, peyvənd sağlam uşağa vurulmalıdır. Allergiyası kəskinləşən, ciddi xəstəliyi olan uşaqlara peyvənd vurdurmaq olmaz: "Bəzən valideynlər hesab edirlər ki, əvvəl uşağı müayinə etmək, analiz vermək və yalnız bundan sonra peyvənd edilməlidir. Ümumiyyətlə, tibdə belə bir şey yoxdur. Doğrudur, peyvənddən əvvəl uşaq müayinə edilib yoxlanılmalı, yanaşı hər hansı bir xəstəliyi olub-olmaması aydınlaşdırılmalıdır. Məsələn, qripə yoluxan, öskürəyi və qızdırması olan uşaqlara peyvənd vurulması müvəqqəti olaraq təxirə salınır və sağaldıqdan sonra peyvənd aparılır".
Qeyd edək ki, peyvənddən sonra əmələ gələn ağrı, yüngül qızdırma, temperaturun yüksəlməsi halları tamamilə normaldır. Həmin narahatlıqlar əsasən 3-5 gün ərzində keçir. Ancaq valideynlər ciddi narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1042   Tarix: 05 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava