Uşaqlar üçün YENİ TƏHLÜKƏ - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ

Uşaqlar üçün YENİ TƏHLÜKƏ - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQPandemiya səbəbilə uşaqların rəqəmsal ekranlar qarşısında keçirdiyi orta vaxt artıb.
Mütəxəssislər bunun göz quruluğu, rəqəmsal göz yorğunluğu, baş ağrısı və bulanıq görmə kimi şikayətlərə səbəb olduğunu xəbərdar edirlər.
Publika.az xəbər verir ki, Türkiyə Sağlamlıq Elmləri Universitetinin göz sağlamlığı və xəstəlikləri mütəxəssisi professor Yelda Özkurt COVID-19-un tənəffüs sisteminə olduğu kimi, gözlərə də ciddi təsir edə biləcəyini, hətta ilk tapıntıların belə gözdə görülə biləcəyini bildirib.
Y.Özkurt uşaqlarda göz qapaqlarının iç hissəsini və göz bəbəyini əhatə edən kəskin iltihab, sulanma, qızartı, şişlik kimi halların müşahidə edildiyini deyib.
Professorun sözlərinə görə, xarici mühitlə davamlı təmasda olan əllərin gözlərə sürtündüyü zaman, göz vasitəsilə COVID-19-a yoluxma üçün zəmin hazırlanır: "Bu, araşdırmalar əsasında sübut olunub. Buna görə də infeksiyaya yoluxma riskinin qarşısını almaq üçün gözlərin qorunması ağız və burun qədər vacibdir. Bütün viral xəstəliklərdə olduğu kimi, gözlə təmasda olan və daha sonra digər insanlara və səthlərə toxunan əllər tərəfindən də yoluxma ehtimalı olduğunu unutmamalıyıq".
Y.Özkurt vurğulayıb ki, pandemiya səbəbiylə əksər yerlərdə məktəblərin bağlı olması uşaqların planşet, kompüter və telefon kimi rəqəmsal ekranlar qarşısında keçirdikləri müddəti artırıb ki, bu da onların səhhətinə mənfi təsir edir. Professor tövsiyə edir ki, göz yorğunluğunun olmaması və göz xəstəliklərinin artmaması üçün uşaqları mümkün qədər ekran qarşısından çəkindirmək lazımdır.
O deyib ki, son 5 ildə Çində 6-8 yaş qrupundakı təxminən 125 min uşağın göz qüsuru hesablamalarına əsaslanan araşdırmada, zəif görmə 6 yaşındakı uşaqlarda 3 dəfə, 7 yaşındakılarda 2, 8 yaşındakılarda isə 1,4 dəfə artdığı müəyyən edilib. Bu səbəbdən də Y.Özkurt son zamanlarda göz müayinəsindən keçməmiş bütün uşaqların müayinə olunmalı və mövcud nöqsanların müəyyən edilərək müalicə olunmasının vacibliyini ifadə edib və bildirib ki, xüsusilə əl ilə göz təması azaldılmalı və ümumi gigiyena qaydalarına ciddi riayət edilməlidir.
Akqabay

Sağlamlıq     Baxılıb: 2139   Tarix: 11 may 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

gelinlikler hamilelikde qidalanma aksessuarlar vetene aid bayatılar doğumu necə keçirtdim aysel əlizadənin toyu statuslar kosmetika bayatılar cinsi əlaqə qurd xəstəliklərinə qarşı mualicə seksual paxlava