Uşaqlarda bağırsaq disbakteriozu

Uşaqlarda bağırsaq disbakteriozuHal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.
Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.
Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.
İnsan bağırsaqlarında onun orqanizmi üçün xeyirli bakteriyalar (bifidobakteriyalar, laktobakteriyalar, bağırsaq çöpləri, bakteroidlər) yaşayır. Bağırsaqlarda həmçinin "neytral" (onlar insana nə xeyir, nə də zərər verir) və zərərli bakteriyalar da məskən salmışdır. Disbakterioz zamanı bağırsaqlarda xeyirli bakteriyaların miqdarı azalır, neytral və zərərli bakteriyaların sayı isə artır.
Yenidoğulmuşların bağırsaqları sterildir. Anadan olandan sonra bağırsaqlarda bakteriyalar məskunlaşmağa başlayır. Təbii şəkildə ana südü ilə qidalanan körpənin bağırsaqlarında xeyirli bakteriyaların məskunlaşması üstünlük təşkil edir. Körpələrin rasionuna vaxtından qabaq (5 ay tamam olmamış) əlavə qidalar (sıyıqlar, meyvə-tərəvəz və s.) daxil edilərsə, onlarda disbakterioz əmələ gəlir. Disbakterioz körpələr üçün təhlükəli hesab edilir. Bu onlarda çəki artımını ləngidə bilər, hətta çəkinin azalmasına da səbəb ola bilər.
Bir qədər böyük yaşlı uşaqlarda qeyri-düzgün qidalanma, stres, antibiotiklər, hormonlar və digər preparatların qəbulu, əlverişsiz ekoloji mühit disbakterioza səbəb ola bilər.
Disbakterioz zamanı uşagın nəcisində həzm olunmamış hissələr nəzərə çarpır; nəcisin çox üfunətli, kəskin, qıcqırmış qoxusu olur. Uşağın gərginləşmiş qarnında tez-tez ağrılar, uğultu olur, onun iştahası pisləşir, tez-tez ishal, qəbizlik baş verir. Körpənin rəngi avazıyır, o süstləşir, dərisi quru, allergik səpgili olub qabıq verir, ağız bucaqlarında çatlar meydana çıxır. Disbakteriozlu uşaqlar daha tez-tez soyuqdəymə və bağırsaq infeksiyaları ilə xəstələnir, onlarda əksər hallarda uzunmüddətli üzücü qəbizlik olur.
Disbakteriozun diaqnostikası üçün aşağıdakı üsullardan istifadə edilir:
- koproqramma. Bu üsulla bağırsaq tərəfindən qidanın nə dərəcədə həzm olunması və bağırsaqda iltihab olub-olmaması dəqiqləşdirilir;
- nəcisin patogen mikroblara əkilməsi. Bu üsulla nəcisdə zərərli floranın miqdarı və onların hansı antibiotiklərə qarşı həssas olduğu təyin edilir. Nəcis analizi yığılan zaman xüsusi şərtlərə riayət edilməlidir: nəcis təzə yığılmış (2 saatdan artıq saxlanmasına icazə verilmir) və miqdarı 5-10 qramdan az olmamalıdır. Dizbakterioza analiz verilən ərəfədə bağırsaq florasını bərpaedici preparatların qəbulu dayandırılmalıdır.
Bağırsaq disbakteriozunun müalicəsi çətin və uzunmüddətli olur. Bu zaman valideynlərdən səbirli olmaları və həkim təyinatlarını dəqiqliklə yerinə yetirmələri tələb olunur. Müalicə əvvəlcə bakteriofaqlarla (təkcə zərərli mikroorqanizmləri məhv edən viruslar) və bağırsaq antiseptikləri ilə başlayır. Ağır hallarda hətta antibiotiklərdən də istifadə oluna bilər. Qidanın yaxşı həzm olunması üçün uşağa fermentlər də təyin olunur.
Bağırsaqlar əksər zərərli mikroorqanizmlərdən təmizləndikdən sonra uşaqlara bifido və laktobakteriyalardan ibarət xüsusi preparatlar təyin edilir. Bu preparatların köməyi ilə bağırsaqların xeyirli mikroflorası tədriclə bərpa olunur. Həkim məsləhəti olmadan uşaqlarınıza hətta ən etibarlı və sınaqdan keçmiş preparatları da vermək olmaz. Onlar uşaq orqanizmi üçün tam yararsız və bəzi hallarda isə təhlükəli ola bilərlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1694   Tarix: 06 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

geymler 2026 yaz geyimleri 2026 toy makiyaji sekilleri badımcan yeməyi salatların bəzədilməsi qış tədarükü saç kəsimləri 2026 kosmetika bayatılar lakonizm gozellik babasil veten haqqinda atalar sozleri