Uşaqlarda ən çox bu infeksiyalara rast gəlinir
"Bu gün uşaqlarda ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə rast gəlinir. Bunlar respirator infeksiyalardır".
Publika.az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, universitetin Terapevtik və pediatrik propedevtika kafedrasının dosenti, pediatr Rauf Bəylərov deyib. O bildirib ki, bu xəstəliklər fəsil dəyişikliklərindən sonra həmişə artır.
Onun sözlərinə görə, yay fəslini nəzərə alaraq mədə bağırsaq pozuntuları da qeydə alınıb, bu hallar isə ikinci yerdə gəlir.
Mütəxəssis bildirib ki, son 10 illə müqayisədə respublikada görülən tədbirlər nəticəsində bu xəstəliklərin sayında azalma müşahidə olunur.
R. Bəylərov, həmçinin qızılca xəstəliyinin qonşu ölkələrdə daha çox qeydə alındığını açıqlayıb: "Hətta Amerika və Avropada da qızılcaya rast gəlinir. Bizdə isə uğurlu peyvəndləmə ilə əlaqədar bu say azalıb". /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?