Uşaqlarda KAPRİZLƏRin səbəbləri. Bunu hər bir valideyn bilməlidir!

Uşaqlarda KAPRİZLƏRin səbəbləri. Bunu hər bir valideyn bilməlidir!Hazırda uşaqlar arsında ən çox rast gəlinən narahatlıqlardan biri davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir.

Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur, davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.

Uşaq kaprizlərinin aşağıdakı səbəbləri var:

1) Diqqət çəkmək istəyi. Uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və s.

2) Özünü təsdiqlətmək istəyi. Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları aşırı qoruyur hətta uşağın işini onun yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır.

3) Valideynlərdən intiqam almaq istəyi. Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyindən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.

4) Özünü xatırlatma. Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ "Özünü ailəyə xatırlatmağa çalışır.

Belə uşaqlarla necə davranmalı?

1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və s.)

2) Sevgi göstərmək. Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun. Seçim haqqını ona verin.

3) Özgüvən vermək. Onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə tərifləyin. Daha da yaxşı davranması üçün cəsarətləndirin. Ona güvədiynizi və Onu təmənnasız sevdiyinizi bildirin.

Əziz valideyinlər, bir şeyi heç vaxt unutmayın: uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.

XANIM.AZ

Ailə və Uşaq     Baxılıb: 2213   Tarix: 03 iyul 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

turlar.az

sade makiyaj sekilleri geyim dəbləri toy makiyaji sekilleri aciq cinsi elaqe 2026 ci ilin debi tanınmış qadınlar silikon dodaq kosmetika lakonizim klitor xerceng bayraq novruz hakısdası