Uşaqlarda nitq qabiliyyətini düzgün inkişaf etdirmək üçün

Uşaqlarda nitq qabiliyyətini düzgün inkişaf etdirmək üçünBu məqalə 1-3 yaş arası uşaqlarda nitq qabiliyyətini düzgün inkişaf etdirmək üçün valideyinlərə kömək məqsədilə yazılıb. Birdən-birə uşaqdan cümlə qurmağı tələb etmək olmaz. Sadəcə səbrli olsanız, hər şeyi öyrətmək asan olar.

Bir şeyi unutmayaq - hər bir uşaq özünəməxsusdur. Və nitq aparatının formalaşmasından asılı olaraq, hətta 3 yaşına qədər danışmaya bilər (ancaq susmamalıdır).

1. Çənə əzələsini gücləndirin – Mütəxəsislərin apardığı araşdırmalara görə, yaxşı danışmayan uşaqlar həm də yaxşı yemirlər. Uşaqlara hər şeyi blendirdən keçirdib verməyin. Alma, kök, ət yeməkdə uşaqlar çətinlik çəkir. Çalışın doğranmış meyvə və əti vaxtında yedirtməyi öyrədin. Suxari verin. Bu zaman uşağın çənə əzələsi güclənəcək.

2. Dil, üz əzələsini inkişaf etdirin – bunun üçün uşağa ağzını yaxalamağı, ağzına hava doldurmağı, havanı ağızda saxlamağı öyrədin.

3. Səsləri öyrədin- Uşağa bütün heyvanların nə cür səs çıxardığını, onun yanındaykən eşitdiyiniz səsin nəyə aid olduğunu başa salmaq lazımdır. Bunları mütəmadi etmək lazımdır. Balaca heyvan fiqurları və ya şəkilləri alıb, uşağınıza nə cür səs çıxardıqlarını deyə bilərsiz. Uşağınızı hər dəfə həyətə çıxaranda yəqin ki, pişik, it və quş görür. Uşağa onun hansı heyvan olduğunu və nə cür səs çıxardığını dəflərlə demək lazımdır (Müxtəlif cür maşınlar da ala bilərsiz: polis maşını, tibbi yardım maşını və s.).

4. Gördükləri ilə səsləri uyğunalşdırmağa kömək edin. Uşaqdan soruşmalısız: Pişik neyniyir? Nə cür səs çıxarır? Səbirli olun, birinci dəfə deməyə bilər. Bir də sual verin. Əmin olun ki, həqiqətən xatırlamır. Hətta dəflərlə deməyə bilər. Siz valideynin borcu öyrətmək olduğu üçün siz bir də öyrədin. Əksinə də öyrədə bilərsiz. Qarşısına müxtəlif heyvan fiquru və ya rəsmi qoyub: "Hansı heyvan "miyo" edir?" deyə bilərsiz. Bunları öyrədərkən uşağınıza qışqırmaq və hirslənmək olmaz. O zaman uşaq qorxub bildiyini də demək istəməyəcək.

5. Bəzi şeylərin fərqini izah edin:

Aşağı – yuxarı – Uşağı yuxarı qaldırın. Sonra endirin. Oyuncaqlarını da edə bilərsiz. Hər dəfə də "aşağı-yuxarı" deməyi unutmayın.

Yaş – quru - yaş və quru dəsmala toxunduraraq "yaş və quru" deyərək fərqini izah edin.

Böyük - kiçik - əşyalarını, oyuncaqlarını böyük- kiçiyə ayırın.

Oturub – durarkən hər dəfə deyin "otur- dur, ver-götür, dur ayağa, qalx" və s. Eyni zamanda boş və dolu qabların, böyük və kiçik əşyaların fərqini izah edin. Umumiyyətlə gündəlik həyatda uşağınıza etdiyi hərəkətləri sözlə deyin ki, uşaq nə etdiyini başa düşsün.

6. Yatarkən, oynayarkən müsiqi və səsli nağıl dinlədin. (Bunu balanızı qucaqlayıb həzin musiqiyə qulaq asmaqla da əvəz edə bilərsiz). Çox valideyn musiqini xoşladı-xoşlamadı, səsini yüksəldib uşağı bezdirir. Bunu sakit halda etmək lazımdı. Elə bil ki, kənardan kimsə danışan kimi. Uşaq nə vaxtsa dinlyəcək. Musiqi zövqü formalaşacaq. Dinləmək qabiliyyəti artacaq. Ancaq sözləri mənalı, aydın səslənən müsiqi dinlədin ki, uşaq onun sözlərini təkrarlayarkən peşman olmayın. Gözəl uşaq müsiqiləri və səsli uşaq nağılları var. Onlardan istifadə edə bilərsiz.

7. Balanıza nağıl oxuyun. Bu uşaqla valideyn arasındakı münasibətin yaxşı formalaşması və uşağınızla ən gözəl vaxt keçirməyin yoludur. Oxumağa indidən vərdiş alsa yaxşıdı. Axşamtərəfi, yatmazdan bir qədər əvvəl balanızı da yanınızda otuzdurub nağıl oxumağa başlayın. Nağılları seçərkən diqqətli olun. Axşamtərəfi uşağın qorxulu, məsələn: divin, əjdahanın nağılını danışmayın. Uşağnızın rəqəmlərdən başı çıxırsa məhdudiyyət qoyun. Cəmi 20 dəqiqə oxuyub, sabah davam edəcəyinizi bildirin ki, ağlamasın.

8. Rəngləri öyrətmək - Uşağa arabasının, paltarının, ayaqqabısının hansı rəngdə olduğunu öyrədin. Eyni rəngli əşyaları göstərin. "Bu maşın sənin topun kimi yaşıldır" . Oynayarkən eyni rəngli oyuncaqları quruplaşdırın və rəngləri deyərək izah edin.

9. Rəqəmləri və sıralamağı öyrədin.- İlk say barədə təsəvvürünü belə edə bilərsiz – " Yerdə nə çox oyuncaq var", "Mənə bir peçenye ver" və s. Yavaş-yavaş bir alma, iki almanın fərqini öyrədin. Oyuncaqlarını bir yerdən başqa yerə daşıtdırın və deyin ki, "Oyuncağının birini gətir" və s.

- İç-içə keçən qablarla oynamasına imkan verin. Əşyalarını böyükdən kiçiyə düzməsi üçün istiqamətləndirin. Bir də baxacaqsız ki, uşaq bir əşyanı əvvəlcə böyükdən kiçiyə düzür, sonra hamısını əyərək başqa istiqamətdə düzür. Özü üçün müxtəlif yönlü sıralamlar tapacaq. Məsələn: Heyvan fiqurlarını (gəlincik və maşın da ola bilər) əvvəlcə normal düzür. Sonra hamısını yatızdıraraq düzür. Bu artıq uşağınızın fantazyasıdı. Bunu uşağınıza izah edin: "Balam, bayaq hamısı oyaq idi, indi hamısı yatıbdı". "Gör necə gözəl düzmüsən." Unutmayaq, uşaq diqqət istəyir. Etdiklərini sözlərlə mükafatlandırmaq lazımdı.

10. Hadisələrin səbəbini və nəticəsini izah edin – "Qaz sobasına əl vursan, əlin yana bilər". "Kitabı cirsan, sənə nağıl oxuya bilmərəm". " Əlini isti suya vursan, yana bilərsən". "Yemək yeyəndə üstünə töksən, paltarın pis görünər".

Yaddan çıxarmayaq ki, uşaqla çox ünsiyyət qurmaq lazımdı. Və ən başlıcası, uşaqla uşaq dilində danışmayın. Uşaq söz səhv deyəndə ona düzünü təkraralayaraq səhvini düzəldin. Amma bu zaman ona hirslənməyin. Əgər "ana, nyam-nyam" deyirsə, siz də deyin ki, "Gəl gedək yemək yeyək. Artıq yemək hazırdı".

Ailə və Uşaq     Baxılıb: 6720   Tarix: 16 sentyabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

hamiləlik sac duzumleri qadin sayti sevişmə peçenyelər hicab haqqinda ariqlamaq ucun kofe kosmetika opusme gunay tərəzi bürcü birlik haqqinda pizza