Uşaqlarda piylənmə problemi: Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir

Uşaqlarda piylənmə problemi: Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidirMütəxəssislər uşaqların gələcək taleyinin valideynlərin əlində olduğunu vurğulayır və körpələri piylənmə bəlasından qorumağa çağırır. Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir.
Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.
"Toppuş", "şirin", "şəkərbura" kimi ifadələr kök uşaqları əzizlənək üçün işlədilir. Üstəlik, bir çoxları normal çəkidə olan uşağı "yaxşı baxılmayan uşaq" kimi qiymətləndirirlər. Uşağın köklüyü valideynin diqqətinin sübutu kimi göstərilir. Bizim coğrafiyada valideynlər uşaqlarının köklüyü ilə qürrələnirlər. Lakin artıq çəkili uşaqlar nə qədər şirin görünsə də, köklük xəstəlikdir. Xüsusilə, pandemiya uşaqlardakı piylənmə problemini bütün dünyada yenidən aktuallaşdırdı. Qapanmalar, məktəblərin olmaması uşaqların fiziki aktivliyinə təsir etdi və kök uşaqların sayını artırdı.
Təməli necə atarsaq...
Həkim endokrinoloq Ziya Qurbanov deyir ki, piylənmənin təməli uşaqlıqda atılır:
"Yəni "böyüyəndə düzələcək" deyə bir anlayış yoxdur: "Uşaqlarımızı oturaq həyata alışdırmamalı, "fast food"dan uzaq tutmalıyıq. Mənə müraciət edən ailələr var ki, uşaq evdə yemir, ancaq restorandan sifariş edirlər. Uşaq yeyir və yatır. Artıq çəki hərəkətlilik əmsalını da aşağı salır. Bizim ən böyük problemimiz artıq yemək deyil, yediyimizin qarşılığında hərəkət etməməkdir. Bunu təməldən qorumaq lazımdır. Çünki yaş artdıqca, çəkini atmaq çətin olur və uşaqda sümük problemləri yaranır".
Südəmər dövrdə piylənmə - Faciə
Həkim deyir ki, südəmər dövrdə olan uşaqlarda da piylənməyə rast gəlinir:
"Körpə minimum 2 yaşa qədər ana südü ilə qidalanmalıdır. Bizdə körpələrin əksəriyyəti 2-3 ay ana südü qəbul edir. Bu, faciədir. Çünki vaxtından əvvəl əlavə qidaya keçən uşaqlar həm gələcəkdə artıq çəkiyə sahib olurlar, həm də şəkər xəstəliyi problemi ortaya çıxır. Piylənmənin ən böyük səbəbi südəmər dövrdə ana südünü kəsib, əlavə qidalara keçməkdir".
Uşağın bədən kütləsi indeksini necə hesablayaq?
Həkim uşaqlarda piylənməni yoxlamaq üçün düsturu bizimlə bölüşdü:
"Təbii ki, boya görə çəki qrafikimiz və bədən kütləsi indeksini hesablamaq üçün düstur var. Valideynlər düsturla uşaqda piylənmə probleminin olub-olmadığını yoxlaya bilərlər. Bədənin kütlə indeksini hesablamaq üçün uşağın çəkisini boy ölçüsünün kvadratına bölürük. 25-ə qədər norma sayılır. 25-30 arasıdırsa, uşaq piylənmə yolundadır. 30-dan yuxarıdırsa, piylənmə xəstəsidir. 40-dan yuxarıdırsa, ağır xəstəlik dərəcəsindədir. Valideynlərimiz çalışmalıdır ki, bu rəqəm 30-dan yuxarı olmasın".
Həyat tərzi, qidalanma...
Uşaqlarda piylənmənin səbəblərinə gəldikdə, həkim deyir ki, oturaq həyat tərzi önəmli faktordur:
"Əsas səbəb oturaq həyat tərzi, qidalanma faktoru, xəmir xörəklərinin çox tükədilməsi və yağlı yeməklərdir. Bizim mətbəxin çox gözəl təamları var, amma eyni zamanda da zərərlidir. Yeməklərimiz yağlı, duzludur. Ət olmazsa, olmazımızdır. Tərəvəzdən az istifadə edirik. Pandemiyadan sonra insanlar passiv həyat tərzində idilər. Artıq bütün ailələr hər şeyi ev şəraitində əldə edirlər. Fiziki aktivlik minimum səviyyədədir".
Valideynlərinin hər ikisi çalışan uşaqlar...
Həkimin sözlərinə görə, valideynlərinin hər ikisi çalışan uşaqlar piylənmə problemi ilə tez-tez rastlaşırlar:
"Uşaq evdə tək qalır və istədiyini yeyir. Hətta uşaq var ki, yeməyini özü bişirir. 10 yaşında 90 kiloqram çəki ilə müraciət edən pasientlərimiz olub ki, ata-anası işləyir. Az diqqət uşaqda piylənmə yaradır. Araşdırmaya görə, hər iki valideynin çəkisi çox olan uşaqların 80 faizində çəki artıq olur. Valideynlərdən birinin çəkisi çoxdursa, bu rəqəm 40 faizdir. Bu, böyük rəqəmdir. Ailə faktoru burada çox önəmlidir. Məsələn, siz xəmir xörəyi yeyib uşağa desəniz ki, sən yemə, bu, yolverilməzdir. "Fast food"u, şokoladı, çipsini tamamilə həyatınızdan çıxarın. Çünki evdə varsa, uşaq yemək yeməyəcək".
Piylənmənin müalicəsi
Həkim deyir ki, müalicənin 70-80 faizi valideynin və pasiyentin, 30 faizi həkimin üzərinə düşür:
"Xəstə davamlı olaraq dietada olmalıdır. 1 həftə əməl edib, saxlamaq olmaz. İkincisi, aktiv həyat tərzidir. Ən yaxşı kilo vermək üsulu üzgüçülükdür. Amma sudan çıxandan sonra qidasına fikir verməlidir. Yediyimiz yeməyin 50 faizini karbohidrat, 10-15 faizini yağlar, digər qismini proteinlər təşkil etməlidir. Əsasən lifli qidalardan istifadə olunmalıdır. Bizim tərəvəz yemək aludəçiliyimiz olmalıdır".
Meyvə suyu, yoxsa meyvə?
Mütəxəssis vurğulayır ki, yemək şəkli də önəmlidir:
"Yeyərkən telefon və televizor qətiyyən olmamalıdır. Televizora baxaraq yemək, artıq enerji alınmasına səbəb olur. Çünki uşaq nəyi nə qədər yediyini bilmir. 1 qab yeməlidirsə, 3 qab yeyir. Meyvə suyuna diqqət edək. Məsələn, 5 portağal suyunu sıxıb versək, uşaq hamısını içəcək. Bu 5 portağalın kalorisi deməkdir. Ona görə, 1 portağalı meyvə şəklində yeməsi daha xeyirlidir".
Su nə qədər şirin olsa...
Rus endokrinoloq Yelena Şetinina da təsdiqləyir ki, meyvə şirələrinin nəzarətsiz istifadəsi təbliğ olunur:
"Valideynlər şirələrin sağlam qida olduğuna inanırlar. Bu, az miqdarda olduğu halda doğrudur. Bir stəkan meyvə suyu dörd çay qaşığı şəkərə bərabərdir. Su kimi içə bilməzsən. Şirinləşdirilmiş içkilər susuzluq yaradır. Nə qədər şirin olsa, bir o qədər çox içirik".
Mütəxəssis vurğulayır ki, 20 ildən artıq təcrübəsində müasir dövrdə həddindən artıq qidalanan uşaqları müşahidə edir:
"Endokrinoloji xəstəliklərlə əlaqəli piylənmə 10 faiz təşkil edir. Yəni 90 faiz çox yeməkdən və hərəkətsizlikdən qaynaqlanır".
Mütəxəssislər uşaqların gələcək taleyinin valideynlərin əlində olduğunu vurğulayır və körpələri piylənmə bəlasından qorumağa çağırır. Yuxarıda da qeyd etdiyimiz kimi artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1594   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

turlar.az

kosmetoloq yaz geyimleri 2026 qis geyimləri 2026 usaq oyuncaqlari sağlamliq sanamalar morugun faydalari kosmetika ikizler ana haqqinda bayati sevda novruz hakıştası sağlamlığın sirleri