Uşaqları necə tərbiyyə etməli

Uşaqları necə tərbiyyə etməliUşağın tərbiyyəsi zamanı edilə 10 ən məşhur səhv. Uşaqlar düzgün tərbiyyəsi.

Zaman - zaman bütün valideyinlər səhv edir. Lakin başqalarının səhvləri üzərində öyrənmək daha da yaxşı deyilmi?

Valideyinlər uşaqları həyatı anladıqları kimi,öz bacarıqı qədərində tərbiyyə edirlər,amma düşenmürlər ki, niyə bəzi anlarda başqa cürə yox,məhz bu cür hərəkət edirlər. lakinŞhər bir ananın həyatında elə bir anlar olur ki,uşaqın hərəkəti onu cıxılmaz vəziyyətə gətirib cıxardır. Bəlkə böyüklər özləri, radikal metodlardan istifadə edərək, bəzən elə bir hərəkət edirlər ki,sonra buna görə çox utanırlar. Öz səhvlərinizdə siz yalnız deyilsiniz,bütün valideyinlər ara - sıra bu cür səhvlərə yol verirlər. Lakin başqalarının səhvləri üzərində öyrənmək daha da yaxşı deyilmi?

Birinci səhv - daha istəməyəcəyinizi vəd etmək.

" Mən istədiyim kimi olmasan,mən səni daha istəməyəcəm"

Valideyinlərin rəyi:

Niyə uşaqlar bizim onlara hər hansı bir xahişimiz olanda,daim söz güləşdirirlər? Bəlkə onlar bunu bizim acığımıza edirlər? Sağlam düşüncəyə çağırış? Onlar ümumiyyətlə böyüklərin dediyini eşitmək istəmirlər. Təhdid? Bu da artıq təsir etmir. Belə hallarda bir çoxları "kozır" saydıqları vasitəyə əl atırlar: " Bundan sonra anan daha seni istəməyəcək". Çoxumuz bu ifadəni nə qədər tez - tez istifadə edirik.

Psixoloqların rəyi:

Uşaqa onu daha istəməyəcəyiniz haqda vəd vermək -tərbiyyə üçün ən güclü silahdır. Amma adətən olduğu kimi bu vəd yerinə yetirilmir. Uşaqlar ilə saxtalıqları cox yaxşı hiss edirlər. Bir dəfə aldadaraq siz,uşağınızın etibarını uzunmüddətli itirə bilərsiniz - uşaq sizi yalançı bir insan kimi qəbul edəcək.
Daha yaxşı olar ki,belə deyəsiniz:"Mən səni yenədə çox istəyirəm,amma sənin bu hərəkətini mən bəyənmirəm".

İkinci səhv - biganəlik

" İstədiyini elə,mənim vecimə deyil"

Valideyinlərin rəyi:

Narahat olmağa nəyə lazımdır? Daim mübahisə etmək,sübutlar axtarmaq,uşaqa nəyisə isbatlamaq,əsabləşmək? Uşaq gərək özü öz problemlərini həll etsin. Ümumiyyətlə uşaqı ərkən yaşlarından böyük həyata öyrəşdirmək lazımdır,goy daha tez müstəgil olsun. Bizi isə rahat buraxsın.
Psixoloqların rəyi:
Heç vaxt uşaqlara onların sizin üçün önəmli olmadığını göstərməyin. Uşaq sizin biganəliyinizi dərhal hiss edəcək və dərhal bunun nəqədər "doğru" olduğunu yoxlamağa çalışacaq. Və çox güman ki, bu yoxlanış pis hərəkətlərdən ibarət olacaq. Uşaq gözləyir,bunun ardından təngid gələcək ya yox. Bir sözlə qapalı dairə. Ona görə də,uşağa qarşı biganə qalmaqdansa,onunla dost olmağa calışın,hətta onun özünü aparmağı sizin xoşunuza gəlməsə belə.
Belə demək olar:" Bu məsələdə mən səninlə razı deyiləm. Amma mən səni sevdiyim üçün,sənə kömək etmək istəyirəm. Sənə lazım olanda sən həmişə məndən məsləhət ala bilərsən".

Üçüncü səhv - həddindən artıq ciddiyat

"Sən mən deyəni eləməlisən,çünki bu evdə başçı mənəm"

Valideyinlərin rəyi:

Uşaqlar böyükləri sözsüz eşitməlidirlər - bu uşaq tərbiyəsində ən mühüm prinsipdir. Müzakirələrə burada yol verilmir. Uşağın yaşı da fərq etməz -6 yoxsa 16. Uşaqlara güzəştlər etmək olmaz,yoxsa onlar tamam boynumuza oturacaqlar.
Psixoloqların rəyi:
Uşaqlar mütlək nəyi nə üçün etdiklərini anlamalıdırlar. Prinsiplərə əsaslanan hədsiz ciddi tərbiyyə,uşağa həmişə aydın olmur. Uşaq siz yanında olanda hər şeyi sözsüz yerinə yetirəcək,amma siz olmayanda yenə də istədiyini edəcək. Inandırmaq ciddiyatdan yaxşıdır. Lazım gələndə belə demək olar:"indi sən mən dediyim kimi edəcəksən,gecə isə biz müzakirə edərik - niyə və nə üçün.

Dördüncü səhv - uşaqların nazıynan oynamaq lazımdır

"Mən bunu özüm edim. Mənim balacamın gücü çatmaz"

Valideyin rəyi:

Biz uşaqlarımız üçün hər şey etməyə hazırıq,axı uşaqlar hər şeyin yaxşısına layiqdirlər. Uşaqlıq dövrü - çox qısadır ona görədə o gözəl olmalıdır. Məyusluq,uğursuzluq - bizim gücümüz onları bütün çətinliklərdən qurtarmağa çatır. Uşağın arzusunu öyrənmək və tez bir zamanda yerinə yetirmək,çox xoşdur.
Psixoloqların rəyi:
Dələduz uşaqlara həyatda yaşamaq çox çətin olur. Uşağı daim valideyin sevgisi və nəvazişi qapaqı altında saxlamaq olmaz,gələcəkdə bu çoxlu problemlərə gətirib çıxarda bilər. Inanın ki,valideyin uşağın qarşısına çixan hər xırda daşı belə yığışdıranda,bundan uşaq özünü heç də xoşbəxt hiss etmir. əksinə - o özünü tamamilə tək və gücsüz hiss edir.
"Sən bunu özün eləməyə cəhd elə,səndə alınmasa mən sənə böyük məmuniyyətlə kömək edərəm" - bax bu qizina və ya oğluna qarşı olan ən müdrik münasibətdir.

Beşinci səhv -uydurulmuş rol

"Mənim uşağım - mənim ən yaxşı dostumdur"

Valideyinlərin rəyi:

Uşaq - həyatımızda ən vacibidir,o,çox ağıllıdır.onunla hər barədə danışmaq olar. O,bizi anlayır,sanki böyük bir adamdır.
Psixoloqların rəyi:
Uşaqlar bizim xoşumuza gəlmək üçün hər şey etməyə hazırdırlar,axı ana və ata onun üçün dünyanın ən mühüm şəxsləridir. Uşaqlar, öz həmyaşıdları ilə öz maraqlarını müzakirə etmək əvəzinə, boyüklərin gəliz həyatına da baş vura bilərlər. Lakin öz problemləri elə həll olunmamış qalır.

Altıncı səhv - pul

"Daha çox pul - daha yaxşı tərbiyyə"

Valideyinlərin rəyi:

Bizim imkanımız çox zəyifdir,biz məcburuq ki,daim ona "yox" cavabı verək,o,kohnə əşyalarını uzun müddət geyinmək məcburiyyətində olur və s. Bir sözlə,pulumuz çox olsaydı,biz daha da yaxşı valideyin olardıq.

Psixoloqların rəyi:

Sevgini pul ilə almaq olmaz - bir az həcimli səslənsə də,bu belədir. Tez - tez elə olur ki,az gəlirli ailələr əllərindən gələni edirlər ki,uşaq heç nəyə ehtiyyacı olmasın. Lakin siz onun bütün arzularını yerinə yetirə bilməmədiyiniz üçün,vicdan əzabı çəkməməlisiniz. Əslində sevgi,nəvaziş,birgə oyunlar və birlikdə keçirtdiyiniz asudə vaxt,uşaq üçün cüzdanınızın içindəkindən qat - qat önəmlidir. Araşdırsaq, uşağı xoşbəxt edən heç də pul deyil,o sizin üçün ƏN - ƏN olduğunu bilməyidir.

Yeddinci səhv - Napoleon planları

"Mənim uşağim musiqi ilə məşğul olacaq (tennis,rəsm),mən ona şansını əldən verməyə imkan vermərəm"

Valideyinlərin rəyi:

Bir çox böyüklər uşaqlıqda tennis oynamağın,balet ilə məşğul olmağın,pianoda ifa etməyə oyrənməyin arzusunda idilər,amma onların buna imkanı olmayıb. Və indi anaların və ataların əsas məksədi - uşaqlara ən yaxşı təhsil verməkdir.. uşaqların bu o qədərdə xoşlarına gəlməməsi o qədər də önəmli deyil,vaxt keçdikcə böyüklərin səylərini yüksək qiymətləndirəcəklər.

Psixoloqların rəyi:

Təəssüf ki,uşaqlar ,valideyinlərin göstərdiyi səyi həmişə qiymətləndirmirlər. Və çox vaxt boyüklərin öz aləmində çəkdikləri parlaq gələcək,uşağın deyək ki, musigi ilə məşğul olmamagında puc olub gedir. Nəqədər ki,uşaq balacadır,o,onların dediklərini edir,sonra isə...valideyinin sevgi gəfəsindən yaxa qurtarmaq üçün,o,öz etirazını bacardığı bütün üsullarla ifadə etməyə başlayır - bu narkotik maddələrin qəbulu ola bilər və ya adi ağır roka gecə vaxtları qulaq asmağı kimi özünü biruzə verə bilər. Buna görə də,uşağın gününü lazımi və faydalı işlərlə doldurarkən,unutmayın ki,onun şəxsi işləri üçün də ona vaxt saxlamaq lazımdır.

Səkkizinci səhv - çox az nəvaziş

"Öpüş və digər incəliklər uşaq üçün çox da əhəmiyyətli deyil"

Valideyinlərin rəyi:

Kiçik bacini əzizləmək? Nə cəfəngiyyat ! Anani opmək ? Ata ilə qucaqlaşmaq? Buna vaxt yoxdur. Bir cox valideyin düşünür ki,uşaq vaxtı olan nəvaziş ,gələcəkdə uşaqların cinsi oriyebtasiyasında problemlərə gətirib çıxara bilər. Bir sözlə qucaqlaşmalar və opüşlər yığışdırılır - daha çox vacib və ciddi şeylər var.
Psixoloqların rəyi:

Uşaqlar hər yaş dönəmində nəvazişə ehtiyyac duyurlar,o onlara ozlərini sevimli hiss etməyə kömək edir və öz güclərinə inam verir. Lakin unutmayın ki,əzizlənmək,tumarlanmaq istəyi,uşağ tərəfindən gəlməlidir. Uşaqlarınıza öz sevginizi aktiv şəkildə yükləməyin - bu onları uzaqlaşdıra bilər.

Doqquzuncu səhv - sizin əhval - ruhiyyəniz.

" Olar ya yox? Bu mənim əhval - ruhiyyəmdən asılıdır.

Valideyinlərin rəyi:

Iş yerində tərsliklər,ailədə pis münasibətlər,nə çox valideyinlər uşaqları üzərinə "buxarlarını buraxırlar". Coxları əmindirlər ki,burada pis heçnə yoxdur. Daha sonra uşağı çağırıb,çoxdandı söz verdiyiniz oyuncağı almaq kifayət edir,sonra hər şey qaydasına düşəcək.
Psixoloqların rəyi:

Valideyinlər uşaqlara, onların pis hərəkəti onları nece məyus etdiyini,yaxşı hərəkətin isə necə sevindirdiyini göstərməlidirlər.Bu uşaqlarda həyatın dəyərlərinin dəyanətini göstərir. Valideyinlər bu günki əhval - ruhiyyəsi və öz eqoizmlərinin xeyrinə bu gün bir şeye icazə verib,sabah isə qadağa qoyduqlarında,uşaq ancaq bir şey anlaya bilir:mən nə edirəmsə edim,əsas anamın əhvalının necə olmasıdır. Yox əgər siz hiss edirsinizsə,özünüzü dəyişdirə bilməyəcəksiniz, yaxşısı budur ki,uşaqla əvvəlcədən şərt kəsəsiniz: " Belə ki,nə vaxt ki,mənim əhvalım yerindədir,sənə hər istədiyini etməyə icazə verilməyəcək. əgər əhvalım pis olarsa - mənə qarşı himayəkar olmağa çalış".

Onuncu səhv - uşağı tərbiyyələndirmək üçün vaxt çox azdır.

"Təəssüf ki,mənim sənin üçün hüç vaxtım yoxdur"

Valideyinlərin rəyi:

Bir çox böyüklər işdə çox məşğul olurlar,lakin,hər bir boş dəqiqəni uşaqlara sərf etməyə çalışırlar:onları baxçaya və məktəbə aparırlar,onlar üçün xörək bişirirlər,paltar yuyurlar,onlara lazım olan hər şeyi alırlar. Uşaqlar özləri başa düşməlidilər ki,valideyinlərin onlarla oynamağa və kitab oxumağa vaxtları yoxdur.
Psixoloqların rəyi:

Böyüklər bəzən sadə həqiqəti unudurlar - əgər uşaq dünyaya gətirmisənsə,onun üçün vaxt da tapmaq lazımdır. Daim onun üçün vaxtın olmadiğını eşidən uşaq,kənar insanlar arasında özünə doğma adam axtaracaq. Sizin gününüz dəqiqə - dəqiqəyə yazılmış olsa belə,axşam yarım saat vaxt ayırın (bu sualda keyfiyyət kəmiyyətdən daha vacibdir),uşağın yatağının yanında oturmaq üçün,onunla danışın,nağıl danışın və ya kitab oxuyun. Körpənizə bu çox lazımdır.

Ailə və Uşaq     Baxılıb: 3167   Tarix: 19 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sonxeber.az yay geyimləri 2024 həkim məsləhəti qadın geyimi banan pirojnasi qohum evlilik seks hekayəsi yemək bişirmək qogal hakista penis toy gecesı qiz evi haxista