Uşaqların iştahasını artıqmaq üçün düzgün qaydalar

Uşaqların iştahasını artıqmaq üçün düzgün qaydalarUşaqların iştahasını artıqmaq üçün düzgün qaydalar

Uşaqlardakı iştahasızlıq Hepatit və sidik yolu iltihabı kimi ciddi xəstəliklərin əlaməti olsa da, çox hallarda elə də ciddi təhlükə daşımayan səbəblərlə bağlı olur. Uşaqların 25-40 %-də iştahasızlıq görülür.

Bir sözlə altda heç bir xəstəlik yatmır və uşağınız sağlam, normal həyatına davam edirsə, elə çox narahat olmağa dəyməz. Ailem.az uşağın 8-9 aydan etibarən iştahasızlığa qarşı edə biləcəklərinizi təqdim edir.

Uşaqlarda iştah problemi valideynlərin tez-tez dilə gətirdikləri və həkimlərin qarşılaşdıqları şikayətlərdən biridir.

Əmziklə bəsləməyin. Əmziyin əziyyətsiz əmmə tərzi uşaqları daha çox əziyyət tələb edən və çalışmasını gərəkdirən ana döşünü əmməsinə marağını azaldır. Çiynəmə tərzi qidalanmağa keçidi çətinləşdirir.

Əlavə qidalar verməkdə tələsməyin. İlk 6 ay sadəcə ana südü ilə qidalandırın. Həkimin məsləhəti ilə hər gün eyni saatda eyni şeyi verin.

Ailə süfrənizə oturdun. 9 aylıqdan etibarən körpənizi ailə süfrəsinə oturdun. Onun üçün hazırlanmış yeməklərdən verərək yemək yemənin eyni zamanda sosial bir hadisə olduğunu və ailənin bir araya gələrək yemək yemənin əyləncəli bir hala gəldiyini göstərməyə çalışın.

Rol modeli olun. Yemək yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür davranacaq.

Töksə də, dağıtsa da, özü yesin. Ən gözəl yeyən uşaq özü yeyən uşaqdır. 9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq.

Mülayim-sərt oterite. Enerjili bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə, mülayim- sərt nüfuzunuzu hiss etsə, ciddiliyinizi qəbul edəcək.

Yuxu norması. Bir uşaq üçün müntəzəm yuxu saatı və qidalanmanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil.

Evdə uşaq yığıncağı təşkil edin: Bu, sosial motivasiyaüçün çox böyük əhəmiyyət daşıyır. Buna görə uşaqlar məktəbdə daha yaxşı yemək yeyirlər. Əgər ətrafınızda iştahı yaxşı olan uşaqlar varsa, onları da çağırıb evinizdə bir uşaq yığıncağı təşkil edə bilərsiz.

Şəkərli, kolalı və hazır qidalar verməyin. Uşağınız yemir, ac qalır deyə, yeməməsi lazım olan qidaları verməyin.

Təkid etməyin, ancaq alternativ də yaratmayın: Uşağınız yemək yemir, ya da qabını yarımçıq qoydusa, ara yeməkdə bir şeylər verməyin. Növbəti əsas yemək vaxtını gözləməli olduğunu öyrənsin.

Gözünü qorxutmayın. Yeməyin miqdar olaraq deyil, növ fərqliliyi olaraq çox yeyilməsi lazımdır. Çox miqdarda yeməsini tələb etməyin. Bu təkid onda bacarıqsızlıq duyğusu yaradar və qidalanmadan qaçmasına səbəb olar.

Şişirdilmiş reaksiyalar göstərməyin. Uşağınız yemək yemirsə, bunu duyğusal, ya fiziki olaraq çox şişirtməyin. Uşağınız sizin diqqətinizi çəkdiyini görüncə daha da çox yeməkdən qaçacaq.

Bir saat əvvəl maye qəbulunu azaldın. Uşağın balaca mədəsinin maye ilə dolması onda toxluq yaradacaq.

Qidaları mükafat-cəza dəyərində istifadə etməyin. Uşaqlar yemək yeməyin özünə aid bir məsuliyyət olduğunu bilməlidir.

Boğazında qalacaq qorxusunu ona yansıtmayın. Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.

Ailə və Uşaq     Baxılıb: 10904   Tarix: 11 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

gelinlikler gozel gorunmek geymler 2026 manqal salati bilik haqqinda atalar sözləri laylalar qadin dunyasi net kosmetika brusell bakteriyası şebnem tovuzlu ikizler novruza aid hakisda dostluq