Üz dərinizi canlandıran bitki yağları
Üz dərinizi canlandıran bitki yağları
Hazırda mövsümün dəyişən vaxtında xanımlarım, hətta bəzi bəylərimizində ən çox narahat edən problem günəş şüalarından sonra üz dərisində baş verən quruluqdur. Dərinin yenisi ilə əvəzlənməsi, quruluq, yanığa bənzər qızartılar, adətən, mövsümün dəyişən zamanına təsadüf edir. Bununla mübarizə aparmağın yolları, stilistlərdən və ya dermotoloqlardan məsləhət ala bilərsiniz. Yalnız əgər siz iş rejiminiz səbəbindən buna vaxt tapmırsınızsa, rahatca öz iş yerinizdən ayrılmadan məsləhətlər ala bilərsiniz.
Dərini canladıran bitki yağları hansılardır?
Badam, ərik, üzüm çəyirdəyi, jojoba, arqan kimi təbii bitki yağları dəriyə yaxşı təsir göstərir. Bu yağlar vitamin baxımından zəngindir.deriye qulluq
Ərik çəyirdəyi və badamın yağında A, B1, E, B2, B6 vitaminləri, arqan yağında isə təkcə E vitamini var. Qiymətli hesab olunan bu yağlar, dəri üzərində yaşlanma əlamətlərinə, nəm tarazlığının yenidən təmin edilməsinə, dərinin yumşaq və hamar olmasına təsir göstərir. Həmçinin, hüceyrə toxumalarının yenilənməsinə yardım edir.
Dərinin dərindən təmizlənməsində efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları da təsirlidir. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir. Bu zaman qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz, hamar və sağlam olur.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq