Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏ

Üz dərisini ləkələrdən təmizləyən EFFEKTLİ TƏBİİ VASİTƏGöl süngəri çox effektli təbii kosmetoloji vasitə sayılır. Bioloji aktiv maddələrlə olduqca zəngin olan göl sündəri dəriyə bərpaedici, cavanlaşdırıcı, iltihabəleyhinə təsir göstərir, dəridə qan dövranını yaxşılaşdırır.
Göl süngərinin dəriyə təsiri:
- dərini ölmüş hüceyrələrdən təmizləyir
- ağardır
- piy vəzilərin fəaliyyətini azaldır, yağlı dərinin pis parıltısını götürür
- qırışları hamarlayır
- məsamələri təmizləyir
- sızanaqları qurudur
- iltihabı azaldır
- sızanaqlardan qalan ləkələri, çapıqları yox edir
- hematomaları, qançırları müalicə edir.
Göl süngəri güclü vasitə sayılır. Bu səbəbdən istifadə etdikdən əvvəl göl süngəri az miqdarda suda həll edib dərinin kiçik hissəsinə çəkin, 15 dəqiqə gözləyin və sonra yuyun. Dərinin reaksiyasına 1-2 gün ərzində nəzarət edin. Dəri bir qədər qızararsa, bu normal sayılır. Lakin qızartı çox olarsa, dəri güclü qaşınarsa və dəridə şişkinlik əmələ gələrsə, vasitədən istifadə etməyin.
Dəridə istənilən yara, xora, irinli sızanaqlar, damarlar toru varsa, bu vasitədən istifadə etməyin.
Göl süngəri əsasında maskalar:
Sadə maska
Apteklərdə satılan göl süngəri tozu az miqdarda ilıq mineral su ilə qarışdırılır (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir. Dərini sürtmək olmaz! 15-20 dəqiqədən sonra maskanı ilıq axar su ilə yuyun.
Bu maska dərini cavanlaşdırır, təravətləndirir, rəngini yaxşılaşdırır, təmizləyir. Həftədə 2 dəfə istifadə etmək olar.
Göl süngəri + 3%-li hidrogen peroksid ("perekis")
Bu çox güclü maskadır. Piqment ləkələri, sızanaqlardan qalan ləkələri yox edir, dərini xeyli təmizləyir və hamarlayır.
Göl süngəri "perekis"lə qarışdırılır və üz dərisinin problemli hissələrinə (bütün dəriyə yox!) çəkilir. Belə proseduraları həftədə 2-3 dəfə etmək olar. Müalicə kursu dərinin vəziyyətindən asılı olaraq - 5-15 maska təşkil edir. Maskanı üz dərisinə kiçik qubka və ya fırça ilə çəkin.
15 dəqiqədən sonra maskanı axar suyun altında yuyun.
Göl süngəri istifadə etdikdən sonra dəri bır qədər qızarır və bir müddətdən sonra qabıq verməyə başlayır. Bu normaldır. Müalicə zamanı dəriyə gün şüaları düşməməlidir.

Saglamolun.Az

Gözəllik və Moda     Baxılıb: 2775   Tarix: 09 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

turlar.az

geyim seçimi geymler 2026 yay geyimləri 2026 ehtiras sirniyyatlar körpələrin qidalanması ədəbiyyat testləri kosmetika uzeyir hacibeyli qizlar hakistalar novruz azerb clpaq qadinlari