Üz üçün 7 banan maskası
Həmişə sağlam və parlaq dəriyə malik olmaq üçün təbii banan maskalarından istifadə edin. Bu ekzotik meyvə vitaminlərə, fermentlərlə, antioksidantlarla zəngin olduğundan, bu maddələr dərini elastik və zərif edir, qan dövranını yaxşılaşdırır və cavanlaşdırıcı təsir göstərir.
Dərinin parlaq olması üçün banan maskası
1 bananı əzib püre şəklinə salın. 1 xörək qaşığı bala və 2 xörək qaşığı xama əlavə edin. Bütün məhsulları yaxşıca qarışdırın və üzünüzə sürtün. 20 dəqiqə üzdə saxladıqdan sonra isti su ilə yuyun. Yaxşı nəticə almaq üçün bu proseduru həftədə 3 dəfə təkrar edin.
Bananla dərini canlandıran maska
Kasada bananın yarısını 1 xörək qaşığı zeytun yağ və 1 yumurta sarısı ilə qarışdırın. Maskanı üzə çəkib 15 dəqiqə saxlayın. Sonra isə isti su ilə yuyun.Üzünüzü pambıq salfetlə qurulayın.
Quru dəri üçün banan maskası
Kasada 1 bananın yarısını, portağal şirəsi və yumurta sarısı ilə qarışdırın. 25-30 dəqiqə üzdə saxlayın. Sonra isti su ilə yuyun. Portağalı limonla da əvəz etmək olar.
Yağlı dərilər üçün banan maskası
1 xörək qaşığı bananı 1 çalınmış zülal və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırın. Maskanı 15 dəqiqə üzdə saxlayıb, sonra yaxşıca yuyun.
Cavanlaşdırıcı təsir göstən banan maskası
1 bananı püre halına salın. Ona 1 xörək qaşığı xama, 1 xörək qaşığı kəsmik və 1 çalınmış zülal əlavə edin. Madskanı üz və boyun-boğazın dərisinə çəkib, 30 dəqiqə gözləyin və yaxşıca yuyun.
Problemli dərilərdə sızanaqlara qarşı banan maskası
1 bananın yarısını püre halına salıb 1 çay qaşığı yulaf topası və 1 çay qaşığı yağsız süd əlavə edin. Qarışığı masaj hərəkətləri ilə problemli nahiyələrə çəkib 10-15 dəqiqə gözləyin. İltihab olan hissələri zədələməmək üçün ehtiyyatla masaj edin. Sonra isti su ilə yuyun.
Qidalandırıcı maska
Qabığı təmizlənmiş avakadonu blenderdə xırdalayın və 1 banan, 2 xörək qaşığı zeytun yağı, 1 çay qaşığı balla qarışdırın. Qarışığı üzə və boyuna çəkib 15 dəqiqə saxlayın. Sonra isti su ilə yuyub, pambıq dəsmalla qurulayın. İstəsəniz, bu maskaya 4-5 damcı limon şirəsi də əlavə edə bilərsiniz.
Bir neçə prosedurdan sonra dərinizdəki dəyişiklikləri görəcəksiniz. Ən əsası isə bu maskalardan müntəzəm istifadədir. Belə olarsa dərinizi yaxşı vəziyyətdə saxlaya bilərsiniz.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq