Üz üçün yaz maskaları

Üz üçün yaz maskalarıQış aylarının yorgunluğunu dərinizdən atmaq üçün və yaya hazırlamaq üçün bir sıra maskalardan və qulluq vasitələrindən iatifadə etmək lazımdır.

Maskaları hazırlayarkən aşağıdakılara diqqət edin:

Hazırladığınız maskanı saxlamadn istifadə edin. Buna görə də maskanı istifadə etdiyiniz vaxt hazırlamalısınız. İstifadə etdiyiniz ərzaqlar təmiz və təzə olmalıdır. Əgər dəri müalicəsi alır və dərman qəbul edirsinizsə o zaman, maskanı tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Əgər maskanı ilk dəfə istifadə edirsinizsə o zaman, dərinizə düşüb-düşmədiyini yoxlamaq üçün birinci əl biləyinizin iç tərəfinə çəkin.

Bərpaedici maska

Dəridəki solğunluğu aradan qaldırmaq və daha parlaq bir dəriyə sahib olmaq üçün bu maskadan istifadə edin.

Lazım olanlar:

-1 ədəd limon

-3 yemək qaşığı bal

-2 desert qaşığı gliserin

İstifadəsi:

1 limonun şirəsinə balı və qliserini əlavə edərək qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra dərinizə çəkin və 15 dəqiqə saxlayın. Sonra ilıq su ilə üzünüzü yuyun. 3 həftə olmaqla həftədə 2 dəfə tətbiq edildikdə dəriniz çox gözəl görüntü əldə edəcəkdir.

Yağlı dəri üçün maska

Aspirin həbi ilə hazırlanan bu maska dəridəki yağ miqdarını oranını tarazlayaraq dərini sızanaqlardan təmizləyir.

Tələb olunanlar:

-4 ədəd aspirin

-1 yemək qaşığı bal

İstifadəsi:

Aspirinləri bir qabda toz halına gələnə qədər əzin. Üzərinə 1 qaşıq bal əlavə edərək yaxşıca qarışdırın. Maskanı üzünüzə sürtün və ən az 20 dəqiqə ilə yarım saat arasında saxlayın. Daha sonra üzünüz soyuq su ilə yuyun. Daha sonra üzünüzə yağlı dəri üçün olan nəmləndirici krem çəkin. İltihabı aradan qaldıran antioksidant təsirli bu maskanı həftədə bir dəfə tətbiq edilə bilər.

Quru dəri üçün maska

Tələb olunanlar:

-1 yumurta sarısı

-1 desert qaşığı zeytun yağı

-2 yemək qaşığı süd

İstifadəsi:

Yumurta sarısını və zeytun yağını yaxşıca qarışdırdıqdan sonra işinə süd əlavə edərək yenidən qarışdırın. Daha sonra hazır maskanı üzünüzə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra normal üz üçün olan sabunla və ilıq su ilə yuyun. Bu maskanı 10 gündə bir təkrarlamaq yaxşı effekt verir.

/medicina.az

Gözəllik və Moda     Baxılıb: 5635   Tarix: 29 aprel 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

turlar.az

qadın geyimi geymler 2026 kosmetika mehsullari sobada toyuq qizartmasi qırmızı xalça kecellesme allergiya kosmetika burclər novruz bayramına aid hakışda baliq burcu qiz evi haxista nağıllar