Üzdə yaranan səpgiləri belə müalicə edin

Üzdə yaranan səpgiləri belə müalicə edinÜzdə sızanaq və səpgilər yaranmasının müxtəlif səbəbləri var. Həmin problem əsasən maddələr mübadiləsinin pozulması, metobolizmin zəifləməsi, əsəb və sinir sisteminin narahatlığından qaynaqlansa da, dərinin ifrat yağlılığı da bu sahədə mühüm rol oynayır. Çünki yağ vəzlərinin ən çox toplandığı nahiyələrdən biri də məhz üzdür.
Sızanaq yetkinlik çağı xəstəliyi olaraq qəbul edilsə də, bütün yaş qruplarına təsir göstərə bilər. İsti yay günlərində tərləmə nəticəsində artan həmin səpgilərdən xanımlar daha çox əziyyət çəkirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üz dərisində xoşagəlməz görüntü yaradan qırmızı sızanaqlar getdikcə ləkəyə çevrilə bilər. Problemin profilaktikası üçün yaydan payıza keçərkən dermotoloji və kosmetoloji müalicə vacibdir. Mütəxəssislər bu məqsədlə dəri tipinə görə vitaminlərlə zəngin müalicəvi əhəmiyyətli bir sıra prosedurlar məsləhət görürlər. Kosmetoloqlar bununla yanaşı ev şəraitində mümkün vasitələri də məqsədəuyğun hesab edirlər.
Bu barədə məlumat verən həkim-dermatoloq Solmaz Orucova deyib: "Ləkələri müalicə etmək üçün proqram hazırlanır, yəni fərdi qaydada hər üzə, hər ləkəyə və onun növünə görə ayrı-ayrı prosedurlar təyin edilir. Həmin prosedurlar pilinq, mezoterapiya, mikromilinqdən ibarətdir. Ev şəraitində xanımlar həmin ləkələrdən azad ola bilərlər. Məsələn, yarım stəkan düyü unu və yarım stəkan süd qarışdırılır, maska şəklində üzə yaxılır və 10 dəqiqə saxlanılır. Prosedurdan sonra maskanın ilıq su ilə yuyulması çox gözəl ağardıcı effekt verir".
Qeyd etmək lazımdır ki, səpgilər təkcə yağlı yox, quru və normal dərilərdə də yarana bilər. Ona görə də nəticənin uğurlu alınması üçün müalicədən əvvəl düzgün müayinə vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2546   Tarix: 14 dekabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler