Üzdəki qırış əleyhinə effektli maskalar

Üzdəki qırış əleyhinə effektli maskalarÜzdəki qırış əleyhinə effektli maskalar

Qadınların xarici görünüşü ilə bağlı əsas qayğılarından biri də dərilərinin təmiz, hamar, gözəl görünməsi ilə əlaqədar olur. Xüsusən də, əgər yaşlanırsa və üzündə qırışlar yaranmağa başlayırsa, bu, artıq qadın üçün ciddi bir problemə çevrilir. Onun üçün sizə ev şəraitində qırışlardan xila olmaq üçün maskalar təqdim edirik.

1. Banan maskası

Banan qırışlı dərini cavanlaşdırır. Bu səbəbdən ərəb qadınları onu kosmetikada geniş istifadə edirlər. Maskanı günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30-60 gündən sonra aparılır. Banan maskasını hazırlamaq üçün yetişmiş banandan başqa,sizə qaymaq və kartof unu lazım olacaq. Bananı yaxşıca əzərək, ona qalan hissələri qatın və mayeni qatı xama şəklinə düşənə qədər qarışdırın. Maska 2 qat qoyulur. Əvvəlcə üzə nazik təbəqə sürtülür və quruduqdan sonra ikinci qat qoyulur. Sonra maskanın üzərinə tənzif və nazik qat pambıq qoyub, örtürlər. Maskanı yarım saat saxlamaq lazımdır. Sonra ilıq suda islanmış pambıq tamponu ilə silib təmizləmək lazımdır.

2. Avokado maskası

Orta əsrlər zamanı avokado Azərbaycana cənub tropik ölkələrdən gətirilirdi. Bu ölkələrin əhalisi ta qədimdən avokadonu kosmetik məqsədlərlə istifadə edib. Meyvənin ətindən götürüb əzin, üzərinə 10 çay qaşığı yağlı qatıq əlavə edin. Mayeni dəriyə çəkin və 15 dəqiqə saxlayın. Bu ekzotik meyvə vitaminlərlə və nadir yağlı turşularla zəngin olduğuna görə, dəriyə əla təsir göstərir, qırışları yumşaldır və yox edir.

3. Maya maskası

Maya çubuğunun yarısını ilıq süddə (o vaxt ki, dəriniz normal və vəziyyətdədir) və yaxud zeytun yağında (əgər dəri qurudursa) xama kimi qatı olana qədər qarışdırırlar. Sonra onu bir neçə təbəqə iə üzün dərisinə qoyurlar və 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyurlar.

4. Çiyələk maskası

Qədimdən məlumdur ki, çiyələk şirəsi dərinin cavanlaşmasına təsir edir. Maskanı hazırlamaq üçün 4 çay qaşığı meşə çiyələyini möhkəm köpük əmələ gələnə qədər çalınmış yumurta ağı ilə qarışdırın. Hər kəsin dərisi yağlı, dəlikləri genişdirsə, qarışığa yarım xörək qaşığı təzə sıxılmış limon və ya turş portağal şirəsi əlavə edirlər. Adətən maskanı üzdə 20 dəqiqə saxlayırlar, ondan sonra isə sərin su ilə yuyurlar.

5. Yumurta sarısı maskası

XVIII əsrdə Hacı Süleyman İrəvani yumurta sarısını cavanlaşdırıcı vasitə hesab edirdi. Müasir kosmetoloqlar da bu fikirlə tamamilə razıdırlar. Maskanın tərkibi: 1 yumurta sarısı, itburnu, evkalipt yağı və ya günəbaxan yağı – 1 çay qaşığı, vitamin A -10 damcı, vitamin E – 10 damcı, bal – yarım çay qaşığı. İnqrediyentləri diqqətlə yekcins kütləyə çevrilincəyədək qarışdırırlar və üzə çəkərək, 20 dəqiqə saxlayıb soyuq su ilə yuyurlar. Belə proseduranı hər gün etmək olar.

6. Qarpız maskası

Bu maskanı ancaq şərti olaraq qarpız maskası adlandırmaq olar, çünki onun tərkibinə çoxlu başqa komponentlər də daxildir. Bu maska dərini səmərəli surətdə qidalandıraraq cavanlaşdırır. Yarım stəkan süddə bişmiş qatı, ilıq südlü sıyığa aşağıdakı ərzaqları əlavə edin: yumurta sarısı – 1 ədəd, qarpız şirəsi – 1 xörək qaşığı, bal – 3 çay qaşığı, günəbaxan yağı – 2 çay qaşığı, qatıq – 1 çay qaşığı, duz – ¼ xorək qaşığı. Qarışığı yaxşıca qarışdırın və üzə sürtün. Yarım saatdan sonra maskanı əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun. Bu prosedura dərini cavanlaşdırır və onun həyat tonusunu qaldırır.

Gözəllik və Moda     Baxılıb: 5706   Tarix: 05 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

geyim dəbləri hamiləlik qadin dunyasi saç kəsimləri 2026 gil maskalari tehsile aid atalar sözləri immun sistemi kosmetika novruz bayramına aid dovsan laylalar arıqla hakistalar