Üzücü, quru öskürəkdən əziyyət çəkirsiz?- Sizdə mədə öskürəyi ola bilər - Əlamətlər

Üzücü, quru öskürəkdən əziyyət çəkirsiz?- Sizdə mədə öskürəyi ola bilər - ƏlamətlərÜzücü, yorucu quru öskürək var, amma nə soyuqdəymə, nə qrip, nə ağciyər problemi yoxdursa, deməli, öskürək mədədən qaynaqlanır. Bu öskürəyi heç bir boğaz dərmanı və öskürək siropu kəsə bilmir.
Əgər sizdə mədə göynəməsi, qıcqırma, mədə şirəsinin boğaza qayıtması kimi problemlər də varsa, əmin ola bilərsiz ki, öskürək də bu səbəbdəndir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qida borusunun daim mədə şirəsi ilə qıcıqlanması nəticəsində həm qida,həm nəfəs borusunun selikli qişası aşılanır, qıcıqlanma baş verir, öskürək sindromu başlayır.
Çox zaman xəstələr LOR həkimə gedərək,öskürəyi və nəfəs borusundakı problemi həll edib, məsənin dərinliyinə getmirlər. Ona görə müalicə təsir etmir və öskürək davam edir.
Mədə öskürəyini yaradan səbəb və faktorlar:
- Mədə xorası, qastrit
- Həzm orqanlarında enterovirusların çoxalması
- Adenovirus infeksiyası
- Bağırsaqlarda disbakterioz
- Qurd, parazitlər
- Yüksək turşuluq
- Helikobakteri
- Reflüks ezofagit - qıcqırma
- Zərərli qidalanma - acı, duzlu, isti, quru
- Düz bağırsaq problemləri
- Qaraciyər, öd xəstəlikləri
Amma 70% hallarda mədə öskürəyinin səbəbkarı reflüksdür. Bu xəstəlik mədə və qida borusu əzələsinin hərəkət pozulmasıdır, hansı ki, qida qalığı və mədə şirəsi geri, qida borusu və udlağa qayıdır. Selikli qişa, nəfəs yollarının girişi zədələnir, quru öskürək yaranır.
Köpü olanlar,piylənmə, qida borusu və diafraqmal yırtığı olanlar bu xəstəlikdən və mədə öskürəyindən əziyyət çəkir.
Mədə öskürəyindən 40 yaşından yuxarı insanlar, yaşlılar və xüsusən kişilər əziyyət çəkir.
Bu öskürəyin fərqli əlamətləri:
- Quru öskürək daha çox yemək yedikdən, çay içdikdən sonra yaranır
- Eləcə də insan uzananda, başı yastıqdan aşağıda olanda və yuxuda, səhərəyaxın olur
- Öskürəklə yanaşı qıcqırma, mədədən acı axıntının boğaza gəlməsi, ürəkbulanma da yanaşı gedir
- Tənəffüs fit xarakterlidir, boğaz daim qıcıqlanır
- Ağızdan pis qoxu, qıcqırmış tam gəlir
- Qarında köp olur,həzm pozulub
-
Bu xəstəliyi diaqnoz etmək üçün mütləq qastroenteloqa müraciət olunmalıdır.
Qan, sidik, nəcis analizi verilir, mədə zondla endoskopik yoxlanılır, daxili orqanların USM-i, helibakteri nəfəslə təyini analizi, mədə turşuluğunun yoxlanması, Ağciyər və qida borusunun rentgeni aparılır.
Müalicə həm mədənin, qida borusunun, həm də qıcıqlanma və öskürəyə qarşı seçilir. Konkret xəstəlik müalicə olunduqda, öskürək də zamanla keçir.
Mədə turşuluğu yüksək olanlar Omeprazol kimi yanmaya qarşı dərmanı hər səhər qəbul etməlidir.
Xəstəyə xüsusi dieta təyin olunur.
Xalq təbabətindən təmiz zeytun yağı, propolis, təzə kartof şirəsi, kətan toxumu yağı, qara zirə yağı da yaxşı effekt verir.
Belə xəstələr hündür yastıqda yatmalı, bogazlarını daim yaşlamalı, otaq havasının quru olmaması üçün nəmləndirməli, gündə 5 dəfə az-az yeməlidirlər. Uzun müddət ac qalmaq olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1302   Tarix: 30 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yay geyimləri 2026 gelinlikler makiyaj etmek qaydalari terxun kompotu süfrə mədəniyyəti toy ucun qisa donlar 2026 ci ilin debi kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır usaq seirleri baldiza aid hakisda sirniyatlar həsən bəy zərdabi