Üzüm maskası ilə saçlarınız sürətlə uzanacaq!

Üzüm maskası ilə saçlarınız sürətlə uzanacaq!Üzüm bədəni və zehni gücləndirir, unutqanlıqla mübarizə aparır, sinirləri sakitləşdirir, yorğunluğu aradan qaldırır, qəbizliyin qarşısını alır və böyrək daşlarını salmağa yardımçı olur.
Bundan başqa, üzüm saçlar üçün də çox faydalı meyvə sayılır.
Belə ki, saçlarının sürətlə uzatmasını istəyənlərə mütəxəssislər üzüm maskasından istifadə etməyi tövsiyə edirlər. Əsl vitamin anbarı olan üzüm saçların sürətlə uzanmasını təmin edir.
Yay aylarında süfrələrin əvəzolunmaz meyvələrindən biri olan üzümün tərkibindəki flavanoidler saçları sağlam və sürətli uzadır.
Üzümlə saç maskası
Xüsusən üzüm tumlarının preslənməsi ilə əldə edilən üzüm çəyirdəyi yağı baş dərisi üçün çox effektlidir. Ancaq üzüm çəyirdəyi yağınız yoxdursa, üzümdən də istifadə etmək olar.
Saç uzatmaq üçün kimyəvi tərkibli şampunlardansa, təbii bitkilərdən hazırlanan maskalar daha effektli təsir göstərir. Üstəlik, saçlara əks təsir göstərmir. Üzüm maskasını hazırlamaq çox asandır.
Lazım olan vasitələr:
- Yarım kq. üzüm
- Həvəngdəstə
Hazırlanması və tətbiqi: Üzümləri həvəngdəstədə püre konsistensiyasına gələnə qədər əzin. Tumlarını təmizləməyə ehtiyac yoxdur. Üzümləri tamamilə püre konsistensiyasına gətirdikdən sonra hamama keçin və üzüm püresini baş dərisinə, saç diblərinə və saç uclarına qədər masaj edərək çəkin.
Maskanı çəkəndən sonra saçlarınızı bir dəsmalla və ya şalla bağlayın. Təxminən 20 dəqiqə gözləyin və saçlarınızı yuyun. Saçları nəmləndirən şampundan istifadə etməyi unutmayın. Üzüm maskasını həftədə 2 gün etmək olar. Bir ay ərzində mütəmadi olaraq etsəniz, saçların tez uzanacağını və əvvəlkindən daha sağlam olduğunu müşahidə edəcəksiniz.
Üzümün saçlara faydalarını belə sıralamaq olar:
- Üzüm saçları çox tez uzadır, saçların təbii görünüşünü və parlaqlığını qaytarır.
- Saç diblərini gücləndirir.
- Üzümün faydalarından biri də saç tökülmələrinin qarşısını almasıdır.
- Üzüm həm saçları, həm də dərini gözəlləşdirir.
Publika.az

Gözəllik və Moda     Baxılıb: 4387   Tarix: 14 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

turlar.az

qadin dunyasi gozel gorunmek makiyaj instagram elm biliye aid atalar sözləri daginiq skleroz mualicesi mürəbbələr zeytun mürəbbəsi kosmetika qardasa aid haxistalar novruza aid hakisdalar veten haqqinda atalar sozleri suni mayalanma big.az