Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?

Üzün dərisini ölü hüceyrələrdən necə təmizləməli?Gündəlik istifadə etdiyimiz kosmetik vasitələr, ətraf mühit və çirkli hava dəriyə təsir edir. Dəri quruyur, məsamələr yaranır, sızanaqlar əmələ gəlir. Bu da dəridə erkən qocalmaya səbəb olur. Buna görə də dərinin, ən azı 6 aydan bir təmizlənməsinə ehtiyac duyulur.
Mütəxəssislərə görə, 25 yaşına kimi dəri incə və zərif olduğundan, təmizlənməyə ehtiyac duyulmur. 25 yaşından sonra dərinin zərif və incə qalması üçün isə hər 6 aydan bir prosedur önəmlidir.
Kosmetoloq Nurlana Hüseynovanın sözlərinə görə, üzün təmizlənməsi proseduru bütün dərilər, xüsusilə də yağlı və qarışıq dərilər üçün vacibdir. Gündəlik makiyajdan istifadə, tonal kremlər, ekologiyanın çirkli olması dəridə buna ehtiyac yaradır: "Dəridə hər gün hüceyrələrin yenilənməsi prosesi gedir. Tələbata uyğun olaraq təmizləmə proseduru etdirmədikdə, dəridə ölmüş hüceyrələr çoxalır və dərinin rəngi boğulur. Məsamələr tıxanır. Dəri üçün istifadə edilən kremlər, maskalar dəriyə yaxşı hopmur".
Mütəxəssis bildirir ki, bəzən "yayda təmizlik etmək olmaz" deyilsə də, ilin hər fəslində bu proseduru etdirmək mümkündür: "Əgər dəridə çoxlu sayda sızanaqlar və iltihab prosesləri varsa, bu zaman təmizləmə etdirmək olmaz. Belə dərilərə xüsüsi müalicəvi prosedurlar edilir. Yalnız sızanaqlar quruduqdan, iltihab prosesləri sönəndən sonra üzün təmizlənməsi prosedurunu həyata keçirmək olar".
Dərinin təmizlənməsi üçün əksər hallarda bir seans kifayət edir. Lakin bəzən dəridə həddən çox qara nöqtələr, dərialtı komedonlar olur ki, bu zaman prosedur seans şəklində aparılmalıdır. Çünki bir dəfəyə təmizləməyə cəhd etmək, dərini həddən çox sıxmaq onun şişməsinə, qızarmasına və zədə almasına gətirib çıxara bilər. Ona görə də, prosedur elə olmalıdır ki, xanım gündəlik həyatına davam edə bilsin" — N. Hüseynova qeyd edir.
Onun sözlərinə görə, üzün təmizlənməsi proseduru müxtəlif üsullarla — vakuum, brasaj, ultrasəs, qaşıqla, manual üsullarla həyata keçirilir: "Prosedur zamanı müxtəlif skrablar, təmizləyici və antibakterial gel və maskalardan istifadə edilir. Prosedurun sonunda isə quruducu və məsaməbağlayıcı maska çəkilir və mütləq darsanval edilir. Bu zaman ozon buxarının təsiri altında açılmış məsamələr bağlanır, dəridə yaranan qızartılar çəkilir və dəri sakitləşır. Sonda dəriyə uyğun krem çəkilir. Bu halda pasient gündəlik həyatına davam edə bilər".
Prosedurdan sonra dərinin rəngi açılır, dəri qara nöqtələrdən, komedonlardan, ölü hüceyrələrdən təmizlənir. İstifadə edilən kremlər, maskalar dəriyə yaxşı nüfuz edir. Makiyaj dəridə baha səliqəli görünür.
Kosmetoloq bildirir ki, bəzən xanımlar ev şəritində bəzi maskalarla qara nöqtələrdən qurtulmağa çalışırlar: "Lakin məsamələri bağlamağı düşünmürlər. Bu zaman isə məsamələr açıq qaldığı üçün dəri daha tez çirklənir, səpir, sızanaq yaranır. Ev şəraitində dəriyə qulluq prosedurları, maskalar etmək olar, amma təmizləmə, pilinq kimi prosedurların evdə həyata keçirilməsi məsləhət görülmür…" /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3637   Tarix: 05 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

turlar.az

gelinlikler qadın geyimi reseptler dogusdan sonra matkanin yigilmasi sizanaqlara qarsi vasite toyuqlar haqqinda yay paltarları 2026 kosmetika qu quşu hekaye janri veten seirleri qiz evi ucun rus dili 2ci ders