Vagina daraltma və gəncləşdirmə əməliyyatı - NECƏ HƏYATA KEÇİRİLİR?

Vagina daraltma və gəncləşdirmə əməliyyatı - NECƏ HƏYATA KEÇİRİLİR?VAGİNA DARALTMA (VAGİNAPLASTİKA)
Vaginada genişlənmə bir çox qadında yaş irəlilədikcə, hamiləlik, təbii doğuş kimi hallar keçirdikdə meydana gəlir. Vaginanın genişlənməsi nəticəsində həm cütlüklərin cinsi həyatı mənfi istiqamətdə təsirlənir, həmçinin qadının vaginal infeksiyalara yoluxma riski artır, bununla yanaşı bəzən vaginadan qaz çıxarma kimi şikayətlər də görülə bilir.
VAGİNAPLASTİKA NƏDİR?
Vagina daraltma əməliyyatlarının tibbdə elmi adı Vaginaplastika olaraq adlandırılır. Vaginaplastika, yəni cərrahi yolla vagina daraltmaq əməliyyatları kosmetik ginekologiya sahəsində labioplastika qədər tərcih edilən önəmli əməliyyatlar sırasındadır. Vagina daraldıcı əməliyyatlar rekonstruktiv (yenidən bərpaedici) əməliyyatlardır və plastik-estetik və ya ginekoloq cərrahlar tərəfindən həyata keçirilməkdədir.
VAGİNA NƏ SƏBƏBDƏN GENİŞLƏNİR?
Vagina bağ sistemi və əzələ toxumasından ibarət bir nahiyədir. Bağ sisteminin əsas elementi isə kollagenlərdir. Yaş irəlilədikcə, keçirilmiş təbii doğuşlar, hamiləlik, abort və bu kimi bənzər prosedurlar nəticəsində bu bağ və əzələ sistemi müəyyən təsirə məruz qalır və vaginada genişlənmələr meydana çıxır.
Genişlənmənin ən çox görülən səbəbinin təbii doğuş olduğunu desək də bəzən heç doğum etməmiş, hətta hamilə belə olmamış qadınlarda da vaginal genişlənmə şikayətləri görülə bilər. Bu, qadınlarda əzələ bağ sisteminin zəifliyi ilə əlaqədar olub, nəticə olaraq bağ aparatının elastikliyinin daha çox olması ilə bağlıdır. Bu hal cinsi əlaqə zamanında islanmanın da təsiri ilə vaginada bol mayenin yaratdığı genişlənməyə də dəlalət edə bilməkdədir.
VAGİNA GƏNCLƏŞDİRMƏ
Vagina gəncləşdirmə geniş bir anlayışdır. Vaginanın gəncləşdirmə ehtiyacı sadəcə genişlənmədən şikayət edən pasiyentlər üçün olmayıb, həmçinin yaşlanma və həmçinin menopauza dövründə meydana gələn hormonal sistemdə baş verən düşüşlər səbəbində vaginanın elastik formasını itirən pasiyentlərə də aid olmaqdadır. Vaginanın əvvəlki formasını yenidən alması üçün tətbiq olunan bütün prosedurlar "vagina gəncləşdirmə" adı altında toplanmaqdadır.
VAGİNAPLASTİKA HAQQINDA MƏLUMAT
Genişlənən vaginanın yenidən əvvəlki darlığını qazandırmaq məqsədilə icra edilən əməliyyatlara vaginaplastika deyilir. Doğum sırasında genişlənə bilmə xüsusiyyəti sayəsində maksimum genişlənən vagina, doğum sonrasında tam olaraq əvvəlki vəziyyətinə dönməz. Əsasən də çətin keçən və iri körpə dünyaya gətirən xanımların vaginalarının əzələ və bağ aparatı ciddi zədə görür və vaginada qalıcı şəkildə genişlənmə meydana gəlir. Genişlənməylə əlaqədar olaraq da qadında özünə qarşı inamsızlıq və yoldaşı ilə cinsi problemlər yaşanmağa başlanılır. Belə hallar qadını vaginasını əvvəlki formaya gətirə bilmək üçün çarələr axtarmağa gətirib çıxarır.
Vaginaplastika həm plastik-estetik cərrahlar, həmçinin də ginekoloq tərəfindən icra edilən bir əməliyyatdır və əsas məqsədi vaginanı əvvəlki sıx formaya gətirməkdir.
Vaginaplastika və vagina daraltma əməliyyatlarında vagina içərisində edilən kəsiklər üçbucaq şəklində olub, müvafiq parçalar çıxarılır və kəsik nahiyələri tikişlər vasitəsilə birləşdirilərək daralma həyata keçirilməkdədir. Vaginanın arxa divarı, girişdən etibarən boylu boyunca daraldılmaqdadır. Bəzi hallarda əzələ və bağ sistemində zədələnmə və ayrılma meydana gəlmişdirsə, bu zaman həmçinin vaginal kanal altındakı çanaq əzələləridə bir-birlərinə yaxınlaşdırılaraq sıxlıq artırılmaqdadır.
VAGİNAL GENİŞLƏNMƏ ZAMANI NECƏ PROBLEMLƏR ORTAYA ÇIXA BİLƏR?
Vaginanın müəyyən zaman ərzində genişlənməsi cinsi əlaqə zamanı penisi tam olaraq qavraya bilməməsinə və bunun nəticəsində cinsəl tətminin tam olaraq mümkün olmamasına səbəb olur. Əsasən də, bir çox cütlüklər cinsi həyatlarının doğumdan sonra əvvəlki kimi olmadığından şikayətlənirlər.
VAGİNADAN QAZ ÇIXARMA, CİNSİ ƏLAQƏ ZAMANI SƏS GƏLMƏSİ
Vaginal genişlənmənin cinsi münasibətlərə təsirindən danışsaq da, burada bir digər xoşagəlməz hal, cinsi birləşmə zamanı ortaya çıxan səslərdir ki, bunlar da cütlüklərin adaptasiyalarının pozulmasına səbəb olur. Cinsi əlaqə zamanı vaginadan səs gəlməsi qaz çıxarma ilə bağlıdır və əlaqədən alınan həzzi azaltmaqdadır.
Cinsi əlaqə zamanı vaginanın penisi tam əhatə edə bilməməsi və çıxan belə narahatedici səslər, cinsəl həzzi azaldır və zaman içərisində cinsi istəyə mənfi təsir göstərir. Belə hallar artıq cinsi əlaqələrin sıxlığını azaldır və aseksual bir evliliyə gətirib çıxarır.
Vagindan qaz çıxarma ilə bağlı səslər nəinki cinsi əlaqə zamanı, həmçinin idman hərəkətləri edərkən, ağır qaldırarkən və qaçış əsnasında da baş verə bilər ki, bunlar da sosial yaşam keyfiyyətinə təsir etməkdədirlər. Bu səbəbdən qadınlar vaginaplastika əməliyyatlarına üz tutmaqdadırlar.
VAGİNAPLASTİKA İLƏ VAGİNA NƏ QƏDƏR DARALIR?
Vagina nə qədər genişdirsə, əməliyyat sırasında o qədər daraldılacaqdır. Bu səbəbdən  heç doğum etməmiş bir qadınla, 5 doğum etmiş qadının vaginal daralması fərqli olacaqdır. Vagina daraldıcı əməliyyatlar ilə vagina həm iç tərəfdən,həm də çöl səthindən daralmaqdadır.
Genişlənməsi çox olan bəzi xəstələrdə 7-8 sm-ə qədər içəridən daralma icra oluna bilər. Bu cür hallarda vaginanın uzunluğu azalmaz ikən, kanal bütün uzunluğu boyu daraldılır.
Cinsi həzzin qadınlarda ən sıx olduğu nahiyə vaginanın giriş hissəsidir. Bu hissədə klitor və G nöqtəsi kimi cinsəl oyandırıcı orqanlar yerləşməkdədir. Penisin içəriyə girərkən bu toxumalar ilə mexaniki təması həzzə və oqrazm olmaya müsbət istiqamətdə təsir edir.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1801   Tarix: 06 iyun 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

qadin sayti maskalar kosmetoloq qadın sağlamlığı qizilgul haqqinda melumat badimcan murebbesi maraqli hind filmleri kosmetika vetene aid atalar sozu kondom zencefil veten novruza aid hakışta