Vaksin ölümə səbəb ola bilərmi? - Professor açıqladı

Vaksin ölümə səbəb ola bilərmi? - Professor açıqladıVaksinlə bağlı çoxsaylı fikirlər var. Sosial şəbəkələrdə koronavirus vaksini ilə bağlı müəyyən məlumatlar yayılıb. Hətta bəzi alimlərin və tədqiqat mərkəzlərinin adından danışılır. İlk növbədə onu qeyd edim ki, 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 amili qeyd edib. Onlardan biri vaksin tərəddüdü və anti-vaksin kampaniyasıdır.
Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim bildirib ki, vaksin bu gün elmin insanlığa bəxş etdiyi ən böyük dəyərdir, vaksinasiya nəticəsində dünyada 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi pandemiya yoxa çıxıb, taun xəstəliyi bu gün təbabətin hesabına yoxa çıxıb:
Vaksin ölümə səbəb ola bilərmi? - Professor açıqladı"Bütün bunlar onu göstərir ki, vaksinasiyaya münasibətdə fikirlər yanlış ola bilər və yanlışdır. Viruslar öz genomunda həyatın qeyri-hüceyrəvi formasıdır, DNT və RNT tərkibli olur. DNT tərkibli viruslar daha stabildir, RNT tərkibli viruslar isə mutasiyaya uğramaq qabiliyyətinə malikdir. Bu gün A qrip virusunun 2000-dən çox ştammı var, hər il yeni bir ştammla peyda olur. Koronavirus ailəsinin 40 növü var, onlardan 7-si insanda xəstəlik törədir, 4-ü hər il mövsümi soyuqdəyməyə səbəb olur. SARS-1, MERS və SARS-2 virusu təhlükəli formalar kimi qeydiyyata düşür və bu viruslar mutasiyaya uğrayırlar. SARS-2 SARS-1-in analoji variantıdır, mutasiyanın bir formasıdır. Bu gün də SARS-2 virusunun özünün mutasiyaları var. Mutasiyaya uğradığına görə də bu infeksiyaların vaksini uzunmüddətli təsirə malik ola bilməz, qrip kimi. Qripin indiyə kimi universal vaksini yoxdur, hər il yeni vaksin icad olunur".
A.Qeybulla əlavə edib ki, peyvəndlər ölümə səbəb olmur:
"Vaksinasiya müvəqqəti aparılan bir tədbirdir ki, insanlarda kollektiv immunitet yaransın. İstər vaksin, istərsə də yoluxma nəticəsində insanlarda immunitet formalaşır. Bu immunitet yetərincə olmaya bilər, hər halda müəyyən bir immunitet formalaşır və insanlar kollektiv immunitetə yaxınlaşırlar. Bir populyasiyada təxminən 70-75% insanın immun sisteminin formalaşması yetərlidir ki, orada infeksiya yoxa çıxsın. Vaksinin ölümə səbəb olması barədə deyilən fikirlər əsassızdır. Kütləvi vaksinasiya şəraitində tarix boyu müəyyən problemlər yaranıb. Denge qızdırmasının, donuz qripinin kütləvi vaksinasiyasında müəyyən problemlər olub, amma qarşısı vaxtında alınıb. Koronavirus vaksinasiyasının yaxın nəticələri ilə bağlı hələlik problem yoxdur. Əmin olmaq lazımdır ki, dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzləri bunu ciddi şəkildə izləyir. Odur ki, şayiələrə inanmaq lazım deyil. Vaksinasiya aparılmağa davam etməlidir, ən azından insanlarımızı xilas etməliyik".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2372   Tarix: 04 iyun 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

yay kolleksiyasi geymler 2026 adlarin menasi balıqqulağı qadin saytlari sarimsaqin xeyri balqabaq yagi kosmetika arxadan olmaq ginekoloq bakire qardasa aid haxistalar dolça