Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq

Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq"Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVID-19 xəstələri olan evlərdə, koronavirus xəstəxanalarında ultrabənövşəyi şüa saçan lampalar quraşdırılsa, yaxşı olar. Ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir. Bu lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə, təqribən 5-10 dəqiqə ərzində, liftlərdə isə daimi istifadə edilsə, yaxşı olar".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, peyvənd tez gətirilsə, yaxşı olar, gələn kimi hamımız peyvəndlənsək, daha yaxşı olar, yalnız bu halda normal - əvvəlki həyatımıza dönə bilərik!
1. Qəti surətdə ağızdan ağıza, qonşuların, qohumların məsləhəti ilə müalicələr etməyin! Çox vacibdir! Son günlərdə özbaşına müalicə alıb ağırlaşan və hətta ölən xəstələr müşahidə edirik təəssüflər olsun ki!
2. Heç bir şikayəti olmayanlar - xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməyin! Bunların xeyri yox, ziyanı olur!
3. Əgər sizdə COVID-19-un əlamətləri başlayıbsa, panik olub antibiotik, sistem, "Deksametazon" qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur!
4. Əlamətlər başlayan ilk 5 gündə "Favipiravir" preparatı kömək edir.
5. İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və onikibarmaq bağırsaq xorası olmayanlar gündə 1 dəfə 100 mq "Aspirin" yeməkdən sonra, vitamin C - gündəlik 1000 mq-a qədər, vitamin D - gündəlik 3500 tv, sink, selen, maqnezium qəbul etsin.
6. Bununla bərabər qızdırma 38-dən yuxarı qalxarsa, əlavə olaraq 500 mq "Parasetamol" və ya "Parasetamol" tərkibli "Qriphot", "Coldrex" və s. qəbul edə bilərsiniz.
7. Saturasiyası 90-dan aşağı düşərsə, təcili yardıma zəng edib stasionar müalicə tələb edin!
8. Xəstəlik əlamətləri olanlar qanın ümumi analizi, crp, koaquloqramma, d-dimer, ferritin analizləri versə, yaxşı olar.
9. Saturasiya 90-dan aşağı düşərsə, mütləq KT müayinəsi edin!
10. Professional, COVID-19 xəstəliyinin müalicəsi ilə məşğul olmayan həkimin məsləhəti olmadan antibiotik, "Deksametazon" qəbul etməyin!
11. 3 məşhur qaydaya - maska, məsafə və əl gigiyenasına ciddi riayət edin! Özünüzü qoruyun!
12. Rəsmi statistik məlumatlara görə yoluxma sayının azalması bizi aldatmamalıdır! Xəstə sayı əslində daha çoxdur! Testi pozitiv olub evdən çıxanlara cinayət işi açıldığına görə bir çox insanlar qorxusundan test analizi vermir!
13. Peyvənd (vaksin) barədə deyilən neqativ fikirlərə əhəmiyyət verməyin! Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir!
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2165   Tarix: 28 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

hamilelikde qidalanma donlar 2026 gelinlikler erotik fantaziya boşanmalar usaq saclarinin yigilmasi qadin psixologiyasi kosmetika tut ağacı tutdudu saglam qidalanma baldiza aid haxisda xərçəng bürcü vetene aid atalar sozu