Valideynlər bu xəbəri mütəq oxusun.Analar işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütəq oxusun.Analar işlə məşğul olarkən uşaq mane olmasın deyə…Bəzi analar özləri işlə məşğul olarkən, uşaqlar mane olmasın deyə onlara cizgi filminə baxmağı tapşırırlar.
Sizi cizgi filminin uşağa təsiri və cizgi filmini seyr etməyin qaydaları ilə tanış edir!
Analar, iş görərkən uşağınıza film seyr etdirməyin. Uşaqda danışma geriliyi və depressiv vəziyyətlərlə qarşılaşa bilərsiniz.

Uşaqlar nəzarətsiz şəkildə film seyr etdikdə, bu, uşaqların beyin inkişafına və davranışlarına qarşısıalınmaz şəkildə mənfi təsir edir. Bilməniz lazım olan ən əhəmiyyətli məsələ cizgi filmlərin uşaqları əyləndirmək məqsədi ilə seyr edilməməsidir. Mütəxəssislərinin fikirincə, uşağın televiziya ilə mümkün olduqca gec tanış olmaları daha yaxşıdır.
Hər yaş qrupundan olan uşaqların cizgi filmlərindən aldığı mesajlar fərqlidir. 2,5 yaşında olan uşaqlar izlədiyini təqlid edir, 3-6 yaşdakılar izlədiyi cizgi film haqqında çoxlu suallar verir. Buna görə də hər yaş qrupundan olan uşaqlar fərqli cizgi filmlər izləməlidir. 2,5 yaş qrupu üçün anlayışlar, rənglər, heyvanlar ilə əlaqədar cizgi filmləri, 3-6 yaş qrupu oğlanlar üçün güc, qüvvət, döyüş elementləri olmayan filmlər, qızlar üçün xarici görünüşə həddindən artıq diqqət göstərən, xüsusilə nəyi isə nümayiş etdirən ünsürləri olmayan cizgi filmlər seçilməlidir. Cizgi filmi izləmə müddəti yaşa görə də dəyişməlidir. 1 yaşından əvvəl qətiyyən film və ya cizgi filmi izlənilməsini məsləhət görməyən mütəxəssislər 3 yaşından sonra gündə 1 saatda çox olmadan, 4-6 yaş arasında 1,5-2 saat seyr edilməsi lazım olduğunu söyləyir.

Davranış pozğunluğu və məsələyə düzgün istiqamətlənə bilməmək problemləri yaşanır .
Cizgi filmi izləyən uşaq passiv olur və beyni tək bir nöqtəyə fokuslanır. Bu da uşaqların inkişafında geriləməyə səbəb olur. 3 yaşında olan uşaqların beyni tam inkişaf etmədiyi üçün bizim axıcı şəkildə gördüyümüz görünüşləri onlar kvadratlar formasında görə bilərlər. Buna görə uzun müddət cizgi filmi seyr edən uşağın beyni sürətli düşünməyə və sürətli hərəkət etməyə proqramlaşır. Sürətli düşünən uşaqlar da diqqətini yığa bilməz, beləcə, analiz qabiliyyəti meydana gəlməz və öyrənmə çətinliyi başlayar. Mütəxəssislər çox hərəkətli və hiperaktiv olan uşaqlarda bu elementin çox təsirli olduğu fikrindədirlər. Kiçik yaşlardakı uşaqlarda mühakimə qabiliyyəti inkişaf etmədiyindən, kiçik yaşdakı uşaqlar izlədiklərinin hansının doğru, ya da səhv olduğunu ayıra bilməyəcəklər.

Valideynlərin diqqət etməsi lazım olan əhəmiyyətli məsələlər:
-Cizgi filmi izləməzdən əvvəl uşaqla razılığa gəlməlidirlər. "Bu proqram bitəndə TV bağlanacaq" deyilməlidir.
-Qaydalara riayət etdikdə uşaqları mükafatlandırın.
-Uşaq cizgi filmi izləyərkən mümkünsə, yanında oturmalı və sonradan xarakterlər haqqında uşaqla danışılmalıdır.
-Şəkil çəkmək, boyama kitablarını boyamaq, ana-uşaq əlaqəsinə söykənən oyunlar oynamaq lazımdır.
-Böyüklər üçün olan proqramları uşaqlar qətiyyən izləməməlidir. Uşaqların yanında evlilik proqramlarını, reklamları və serialları seyr etməyin.
-Televiziya və cizgi filmi seyr etmək yerinə kitab oxuma vərdişi qazandırılmalı, uşağın yaşına uyğun hekayələr oxunmalıdır.
-Nitqin inkişafını dəstəkləyən oyunlara yer verilməlidır.

Mənbə psixoloq.az

Ailə və Uşaq     Baxılıb: 4460   Tarix: 05 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

aksessuarlar reseptler toy makiyaji sekilleri psixologiya soz haqqinda atalar sozu almaniya haqqinda melumat xalq təbabəti kosmetika ikizler geyim bürcler terezi opusme