Vaxtından əvvəl doğulmuş uşaq

Vaxtından əvvəl doğulmuş uşaqTəqribən hər on uşaqdan biri vaxtından bir qədər tez doğulur. Belə uşaqların çəkisi anadan olanda 2,5 kq-dan az və hətta 1 kq ola bilər. Vaxtından əvvəl doğulmuş uşağa yarımçıq uşaq deyilir. Həmçinin vaxtında doğulub, lakin çəkisi 2,5 kq-dan az olan uşaqlara da yarımçıq uşaqlar deyilir. Yarımçıq uşaq çox zəif olur və onu xüsusi qulluq lazımdır. Uşaq anadan olanda çəkisi 2 kq-dan az olarsa, onu yarımçıq uşaqlar şöbəsinə qoymaq lazımdır, o burada çəkisi 2,5 və ya 3 kq olana qədər qalacaqdır. Yarımçıq uşaqla çox incə rəftar etmək, qucağa götürdükdə ehtiyatlı olmaq lazımdır.

Bədənin həddindən artıq soyuması
Yarımçıq doğulmuş uşağı birinci növbədə, həddindən artıq soyumaqdan qorumaq lazımdır, çünki bədənin temperaturu 35°-yə enə bilər. Buna görə də otağın temperaturu gecə-gündüz 25-27° olmalıdır. (Yarımçıq uşağa evdə baxılırsa otaq termometri almaq və otağın temperaturunu diqqətlə izləmək lazımdır). Uşağın çarpayısı qətiyyən yelçəkən yerdə olmamalıdır; bundan başqa, ilk həftələr uşağın dörd bir tərəfinə istiqac qoymaq lazımdır ki, soyuq dəyməsin.
Bunun üçün ağzı gen və qapağı kip bağlanan istiqaclar yaxşıdır; istiqacı təmiz, ələnmiş və isti qumla və ya duzla doldurmaq, pamazıya büküb uşağın çarpayısına, adyalın yanına qoymaq lazımdır. Yastığın temperaturuna fikir vermək lazımdır ki, uşaq həddən çox qızmasın, çünki bu ona zərər yetirə bilər (yarımçıq uşağın bədən temperaturu 37°-dən çox olmamalıdır). Uşaq narahatdırsa, tez-tez nəfəs alırsa yoxlamaq lazımdır, bəlkə siz onu həddindən çox qızdırmısınız.
Uşağın yatağını (çarpayısını) ancaq həkim təyin etdikdə və patronaj tibb bacısının göstərişi olduqda qızdırmaq lazımdır.
Yarımçıq uşağın lazımi temperatur şəraitində saxlanılıb-saxlanılmadığını necə yoxlamalı? Bunun üçün termometri təmiz əsgiyə büküb adlayın altında 15 dəqiqə saxlamaq olar. Temperatur 30° göstərirsə, deməli, uşaq lazımi temperatur şəraitində saxlanılır.
Yarımçıq doğulmuş uşaq üçün isti otaq nə qədər faydalıdırsa, ona quru hava bir o qədər zərərlidir.

Döş əmizdirmək
Uşağın yaşaması üçün ana südü çox vacibdir. Lakin yarımçıq doğulmuş uşaqların bir qismi döş götürə bilmir. İlk günlər və hətta ilk həftələr belə uşağa döş verməyib südü sağıb vermək daha yaxşıdır. Buna görə də ana hələ doğum evində ikən südünü sağmağı öyrənməli və uşaq döş götürənə qədər hər gün südünü sağmalıdır.
Yarımçıq doğulmuş uşağı həddindən çox yedizdirməməli. Birinci gün uşağa heç nə verməməli. İkinci gün uşaq dodaqlarını əmirsə, ağlayırsa və bununla yemək istədiyini bildirirsə, yalnız bir neçə qaşıq ana südü və çay vermək olar. Uşağa istədiyindən hətta bir qaşıq artıq verilərsə, o bunu dili ilə çıxaracaq yaxud qusacaqdır; bu vaxt yemək tənəffüs yollarına düşə bilər ki, bu da ağ ciyərlərin ağır iltihabını törədər. Məhz buna görə də yarımçıq uşağı çox ehtiyatla yedizdirmək lazımdır. Hava ilə tənəffüs yollarına yemək düşməməsinə diqqət yetirmək lazımdır. Yarımçıq uşağa tez-tez baş çəkən patronaj tibb bacısı anaya uşağı düzgün əmizdirməyi öyrədəcəkdir.

İnfeksiya
Yarımçıq doğulmuş uşağı infeksiyadan qorumaq son dərəcə vacibdir, mümkünsə uşağa ancaq anası qulluq etməlidir. Uşağı başqa adamlarla təmasdan qorumaq lazımdır. Təmizliyin çox böyük əhəmiyyəti vardır. Uşağın bütün şeylərini qaynatmaq, yaxşı yumaq, yaxalamaq və ütüləmək lazımdır. Onun şeylərinə əl vurmamışdan əvvəl əlləri yumaq lazımdır.
Uşağın çarpayısının yanında stol qoymalı, uşağa qulluq edilən şeyləri, o cümlədən ona yemək hazırlanan qabı da bu stolun üstünə qoymalı; milçəklərdən və tozdan qorunmaq üçün stolun üstünü təmiz tənziflə yaxud dəsmalla örtməli.
Yeni doğulmuş uşağın göbəyinə xüsusi fikir verməli. ; Uşağın göbəyi tamam sağalmayınca çimdirmək olmaz: ancaq bədənini yaş əsgi ilə silmək olar (əsgini çobanyastığı dəmləməsində islatmaq daha yaxşıdır). Əsgiləri yaxşı yuyub qurutmalı, uşağı bələmək istədikdə hər iki üzünə isti ütü çəkməli.
Xəstə adamları uşağın yanına buraxmayın! Böyük adam üçün xəstəlik hesab edilməyən hətta zökəm də yarımçıq doğulmuş uşaq üçün acınacaqlı ola bilər. Azacıq xəstəlik əlaməti görən kimi dərhal həkim çağırmaq lazımdır.
Yarımçıq doğulmuş uşağa nəinki çəkisi normal doğulmuş uşaqlardan az olan dövrdə, həm də normal çəkiyə çatdıqdan sonra da xüsusi qayğı və qulluq lazımdır, çünki onun orqanizmi vaxtında doğulmuş (3 kq çəki ilə doğulmuş) uşağa nisbətən xarici mühit şəraitinin dəyişməsinə və infeksiyaya çox həssas olur. Bəzi yarımçıq uşaqlar bağça yaşında və hətta məktəb yaşında da yaşıdlarından zəif və daha zərif olurlar.
Yarımçıq doğulmuş uşağın əlavə yeməyə ehtiyacı vardır və onun vaxtında doğulmuş uşaqdan daha tez-tez dərmana ehtiyacı olur, buna görə də xəstə olmadıqda və yaxşı inkişaf etdikdə belə onu tez-tez həkimə göstərmək lazımdır.

Ailə və Uşaq     Baxılıb: 11177   Tarix: 22 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı