Vaxtından qabaq doğulmuş uşaqların problemləri

Vaxtından qabaq doğulmuş uşaqların problemləriHamiləliyin normal müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti hamiləliyin 38-ci, 39-cu, 40-cı həftələrində anadan olur.
Bu normal sayılır. Lakin bəzən müxtəlif səbəblərə görə uşaq vaxtından qabaq dünyaya gəlir. 37 həftəsindən tez anadan olmuş uşaq vaxtından qabaq doğulmuş sayılır.
Bu halın səbəbləri arasında:
- Ananın yaşı (çox cavan və ya yaşlı qadınlar).
- Abortlar.
- Doğuşların arasında 2 ildən az müddət keçdikdə, bu da risk faktoru sayılır.
- Valideynlərdə olan müxtəlif xəstəliklər.
- Hamiləliyin patoloji gedişatı.
- Qadın cinsiyyət sistemi anomaliyaları və xəstəlikləri.
- Çoxdöllülük.
Uşağın vaxtından qabaq doğulması adətən böyük narahatçılıqla qarşılanır. Lakin əksər  hallarda narahatçılıq üçün səbəb olmur. Hal hazırda çəkisi hətta 1 kq-dan az olan uşaqları saxlamaq mümkündür. Bunun üçün müasir avadanlıqlar, dərmanlar, peşəkar həkimlər var.
Nəzərinizə çatdıraq ki, vaxtından qabaq doğulmuş uşaqların əksəriyyəti sonra tam normal inkişaf edir və onların səhhətində heç bir ciddi problem olmur. İlk 2 il ərzində belə uşaqlar öz yaşıdları ilə müqayisədə bir qədər gec inkişaf edə bilərlər (daha gec oturur, gəzir, danışırlar və s.). Lakin həyatın 3-cü ilindən başlayaraq bu uşaqlar öz yaşıdlarına çatır və bəzən hətta onları ötürlər.
Təbii ki, vaxtından qabaq doğulmuş uşaqlara daha ciddi nəzarət və qayğı tələb olunur. Xəstəxanadan evə yazıldıqdan sonra belə uşaqlara ana xüsusi diqqət yetirməlidir, uşaq daim pediatr həkimin nəzarətində olmalıdır.
Vaxtından qabaq doğulmuş uşaqlar üçün 4 dərəcə mövcuddür:
1-ci dərəcə. Uşaq 35-37 həftədə doğulub, onun çəkisi 2001-2500 qr arasıdır.
2-ci dərəcə. 32-34 həftə, uşağın çəkisi - 1501-2000 qr.
3-cü dərəcə. 29-31 həftə, çəki - 1001-1500 qr.
4-cü dərəcə. Hamiləliyin müddəti 22-29 həftədən az olan, çəkisi 1 kq-dan az.
1-2 dərəcələr daha yüngül, 3-cü dərəcə orta, 4-cü dərəcə ağır sayılır.
Valideynlərin əksər hissəsi belə hesab edir ki, vaxtından qabaq doğulmuş uşaqların əsas problemi onların çəkisinin az olmasıdır. Lakin bu səhv fikirdir. Burada əsas problem vaxtından qabaq doğulmuş uşaqda əsas sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Sadə dildə desək, vaxtından qabaq  doğulmuş uşaq ana bətnindən "tam yetişməmiş" vəziyyətdə çıxır və məhz bu müxtəlif problemlərə səbəb olur.
Əsas problemlərdən biri - nəfəsalma sistemin natamam inkişafıdır. Ağ ciyərlərimiz alveollardan ibarətdir. Bu alveollar çox kiçik hava qabarcıqlardır. Orqanizmimizdə olan xüsusi maddə "surfaktant" alveolların daxili səthlərini örtərək onların divarlarının  yapışmasına imkan vermir. Vaxtından qabaq doğulmuş uşaqların orqanizmində surfaktant lazım olan miqdarda olmur və bunun nəticəsində belə uşaqlar müstəqil şəkildə nəfəs ala bilmirlər. Bu hal bütün vaxtından qabaq doğulmuş uşaqlarda baş vermir (vaxtından qabaq doğulmasının dərəcəsindən asılıdır).
Müstəqil şəkildə nəfəs ala bilməyən uşağı dərhal xüsusi küvezə yerləşdirirlər. Belə küvez ağ ciyərlərin süni ventilyasiya sistemi ilə təchiz olunur və apparat müəyyən müddət ərzində (uşağın müstəqil nəfəsalması mümkün olana kimi) uşağın əvəzinə "nəfəs alır". Küvezdə daim temperatur və rütubət saxlanılır (ana bətninə yaxın olan şərait yaradılır). Bu belə uşaqlar üçün çox vacibdir.
Çoxsaylı cihazlar uşağın orqanizmində olan bütün proseslərə (nəzb, nəfəsalma tezliyi, qanda oksigenin səviyyəsi və s.) nəzarət edir və lazım olduqda həkimlərə həyacan siqnalı verir.
Əmmə refleksi olmayan və ya az olan vaxtından qabaq doğulmuş uşaqları zond (nazik yumşaq borucuq) vasitəsi ilə ana südü ilə qidalandırırlar (zond ağız boşluğundan mədəyə salınır). Lazım olduqda ana südünə bəzi əlavələr olunur. Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacibdir.
Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər.
Bu qrup uşaqlarda qara ciyər də natam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1374   Tarix: 22 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

reseptler yay kolleksiyasi makiyaj etmek qaydalari cinsi elaqe artiq cekiden azad olmaq saç düzümləri dirnaq uzatmaq yollari kosmetika vətən haqqında bayatılar novruz bayramina aid hakisdalar hakışda balıq haqisda