Vərəmum və sağlamlıq

Vərəmum və sağlamlıqVərəmumun preparatları

Vərəmum xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində lap qədimdən istifadə edilir.

Vərəmum həm təbii halda, həm də müxtəlif ekstraktlar, qarışıqlar, məlhəmlər, cövhərlər, balzamlar şəklində tətbiq edilir.

Ev şəraitində hazirlana bilən vərəmum preparatlarının müxtəlif variantlarını sizə təqdim edirik.

Vərəmumun spirtdə cövhəri

Vərəmumu 2-3 mm ölçülərə qədər xırdalayın. Bunun üçün vərəmumu soyuducuda bir neçə saat saxladıqdan sonra TYORKADA sürtüb xəlvirdən keçirmək olar. Bu əməliyyat vərəmumum spirtlə kontakt sahəsini böyütməyə və daha çox maddənin ekstraksiya olumnasına imkan verir.

Sonra bu vərəmumu şüşə qaba töküb üstünə spirt (70%-90%-li) əlavə edib ağzını hermetik bağlamalı və quru və qaranlıq yerdə 8-10 gün saxlamalı. Bu müddət ərzində qabı vaxtaşırı (gündə3-4) dəfə silkələmək və spirtlə vərəmumun daha yaxşı qarışmasını təmin etmək lazımdır. On gündən sonra qabı bir neçə saatlığa söyuducuda saxladıqdan sonra süzmək lazımdır.

Cövhər hazırdır. Cövhər sarıdan tünd qonura qədər müxtəlif rənglərdə xoşagələn spesifik ətirli şəffaf mayedir.

Farmokoloji xassələri

Vərəmumumun sprtli cövhərı antiseptik (antibakterial, antivirus və göbələk əleyhinə), yarasağaldıcı, ağrıkəsici, göynəmə və qaşınmanın qabağını alma, antitoksik və antioksidant xassələri var, qan laxtalanmasını azaldır, damarların qıc olmasını aradan qaldırır, mübadilə proseslərinin, toxumaların bərpasını və orqanizmin müdafıə reaksiyasını stimullaşdırır.

Saxlanma qaydası

Cövhər tünd rəngli şüşə qabda hermetik bağlı halda quru, sərin və qaranlıq şəraitdə saxlanmalıdır. Saxlanma müddəti 5 (beş) il.

İstifadə qaydası və dozası

Cövhər həm daxili, həm xarici, həm də aerozol müalicə üçün tətbiq edilə bilər.

Xarici istifadə ağızın selikli qişasının, diş ətinin və xroniki tonzillitin müalicəsində istifadə edilir.

Daxili qəbul qrip və soyuqdəymələrdə, kəskin və xroniki bronxitlərdə, iltihablarda və ağciyər vərəmində, mədə və onikibarmaq bağirsağın xorasında, kəskin və xroniki kolitlərdə istifadə olunur.

Doza 20-60 damcıdır. Cövhər ¼ və ya !/2 stəkan suya və ya südə əlavə edilir. Bu zaman südrəngli xirda lopalari-yumrulari olan emulsiya əmələ gəlir.

Xəstəlikdən asılı olaraq müalicə kursu 5-40 gün. Mədə xorasında müalicə kursu 3-4 həftə, 10-15 gündən sonra kursu təkrar etməli.

Uşaqlar üçün dozani belə hesablamalı: Uşağın hər yaşına böyuklər üçün olan dozanın 1/20-si. Məsələn 10 yaşlı uşaq üçün doza böyük dozanin yarısı qədər.

Bəzi şərhlər

Ekstragent kimi 70%li etil spirti götürmək daha məsləhətdir. Bu zaman vərəmumun tərkibində olan şan spitdə həll olmayacaq.

1:10 nisbətində qatılmış cövhərin tərkibində adətən 4-5% təsiredici vərəmum maddələri olur. Daha tünd 2:10, 3:10 nisbətində hazırlanan cövhər müvafiq olaraq 9-10% və 15-17 % təsiredici maddələrə malik olur.

Nə qədər vərəmumun məhlula keçdiyini daha dəqiq təyin etmək üçün cövhəri süzüb ölçülü qaba tökmək, qalığı isə çəkmək lazımdır. Əgər sizə daha az qatılı cövhər lazımdırsa, təmiz spirt əlavə edin.

Əgər cövhəri daha tez və ya təcili hazirlamaq lazımdırsa, onda qarışığı bir gün saxladıqdan sonra 2-3 saat ərzində azacıq qızdırmalı (su hamamında 40-50*C ), sonra soyutmalı, soyuducuda 10-12 saat saxlayib süzməlı.

Əgər zavod şəraitində hazırlanmış cövhərin tərkibi dəqiqdirsə, ev şəraitində hazırlanmış cövhərin tərkibi sabit olmur.

Spirtli covhəri 30% və ya 40% -li spirtdə də hazırlamaq olar, amma belə cövhər 70-90%-li spirtin cövhərinə nisbətən daha az effektiv olur.

Vərəmumlu zeytun yağı

5,10,15 və ya 20 qram xırdalanmış vərəmum götürün, üzərinə 100 qram zeytun yağı əlavə edib qaynayan su hamamında qarışdıraraq 1 saat ərzində qızdırın və bir neçə qat tənzifdən süzün. Yağ hazırdır. O yarımmaye sarımtıl-yaşıl rəngdədir.

Vərəmumlu zeytun yağı ağızın selikli qişasının xəsyəliklərində, dəri xəstəliklərində, yaralarda, yanıqlarda, yoğun bağırsağın çatlarında, artritdə və s. xəstəliklərdə istifadə olunur.

Daxilə bronxların və ağciyər, mədə və bağırsaq xəstəliklərində , həmçinin qripləmə zamanı və immunitetin artırılmasında istifadə olunur. Doza gündə 3 dəfə 1 xörək qaşığı yeməkdən yarım saat əvvəl.

Vərəmumlu süd

Vərəmum-10qram

Süd-200ml

Təzə südü minalanmış qaba tökün, qaynadın, qızdırıcının üstündən götürün, xırdalanmış vərəmumu əlavə edib həmcins kütlə alınana qədər qarışdırın. Sonra bir neçə qat tənzifdən şüşə və ya minalı qaba süzün. Süd soyuduqdan sonra südün üzərində əmələ gəlmiş şan təbəqəsini yəğışdırın.

Vərəmumlu süd adi qaynamış südə nisbətən daha dayanıqlıdır (Vərəmumun təsiredici maddələri mikroorqanizmlərin inkişafına yol vermir.) Vərəmumlu süd profilaktik, ümumi möhkəmləndirici və müalicə məqsədi ilə istifadə olunur.

Vərəmumlu südü isti halda içmək məsləhətdir. Ümumi möhkəmləndirici və profilaktik məqsədlə gündə 1 dəfə ¼ stəkan, müalicə məqsədi ilə isə gündə 3 dəfə 1/3 stəkan içmək məsləhətdir. (mədə-bağırsaq və öd yolları xəstəliklərində.

Bitki yağı əsasında vərəmumlu-şanlı maz

Bitki yağı-1l

Şan 60-70 qram

Vərəmum-100 qram

Qarğıdalı, günəbaxan və ya dıgər bitki yağının minalı qabda qızdırıb üzərinə xırdalanmış şan və vərəmum əlavə edib qarışdıraraq daha yarım saat qızdırın. Qaynar halda bir neçə qat tənzifdən süzün. Tünd rəngli şüşə qabda hermetk bağlı halda saxlayın. Bitki yağı əsasında vərəmumlu-şanlı mazın çox gözəl yarasağaldıcı xassəsi var. Xarici istifadə üçün yararlıdır.

Vərəmumlu yağ

5, 10, 15 və ya 20%-li vərəmumlu yağ preparatları hazırlanır. Bunun üçün 5, 10, 15 və ya 20 qram xırdalanmış vərəmumu minalı qaba qoyun və su hamamında qatı maye əmələ gələnə qədər əridin. Sonra müvafiq olaraq 95, 90, 85 və ya 80 qram duzsuz kərə yağı əlavə edin (qarışığın ümumi çəkisi 100 qram olmalıdır). Temperaturun 80*C-dən artıq olmaması şərti ilə zəif alovda 15 dəqiqə ərzində dayanmadan qarışdırın. Daha sonra 2-3 qat tənzifdən süzüb tam soyuyana qədər qarışdırın. Vərəmumlu yağ hazırdır. Daha yaxşı dadı olması üçün kofe və ya bal əlavə etmək olar.

Vərəmumlu yağ yaşılımtıl-sarı rəngə, vərəmuma məxsus spesifik iyə malikdir, acıtəhər dadı var.

Vərəmumlu yağ antimikrob, ağrıkəsici və iltihab əleyhinə xassələri ilə seçilir. Vərəmumlu yağ orqanizmin müdafıə qüvvəsini artırır, ən müxtəlif xəstəliklərin sürətlə sağalmasına səbəb olur. Vərəmumlu yağ kimyəvi və termiki yanıqların, çətin sağalan yara və xoraların, ağ ciyər vərəminin müalicəsində xüsusilə qiymətlidir.

İstifadə qaydası və dozası

Dozası 5-10% li vərəmumlu yağdan-1 çay qaşığı, 15-20%li vərəmumlu yağdan ½ çay qaşığı gündə 2-3 dəfə yeməkdən bir saat əvvəl isti südlə qəbul etməli. Ağır çəkili adamlar dozanı 1.5 dəfə artıra bilər.

Qəbul kursunun müddəti xəstəlikdən asılıdır. Belə ki ağciyər vərəminin müalicəsində vərəmumlu yaği 1.5-2 ay ərzində qəbul etmək lazimdır. Daha sonra iki həftəlik fasilə və lazım gələrsə kursu təkrar etməli. Angina, bronxit, ağciyər iltihabı, faringit və s. xəstəliklərdə sağlana qədər qəbul edilir.

Preparat ağzı hermetik bağlı tünd rəngli şüşə qabda soyuducuda saxlanmalıdır.

Sağlamlıq     Baxılıb: 13246   Tarix: 09 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

yay kolleksiyasi makiyaj instagram maskalar qəlyanaltı reseptləri dirnaqlara qulluq maskalari bəxtiyar vahabzadə dondurmalar kosmetika sağlamlığın sirleri azerb clpaq qadinlari haxışda porno qızlıq pərdəsi