Virusdan sağalanlar üçün MÜHÜM TÖVSİYƏ: Bu əlamətləriniz qalıbsa...

Virusdan sağalanlar üçün MÜHÜM TÖVSİYƏ: Bu əlamətləriniz qalıbsa...Koronavirusu keçirən insanlarda bəzi əlamətlər qala bilər. Buna post-COVID sindromu deyilir. Yəni qalan əlamətlər koronavirusdan sonrakı dövrün əlamətləridir. Ancaq bu dövrdə heç bir müalicəyə ehtiyac yoxdur.
Bu sözləri Publika.az-a danışan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
Həkim bildirib ki, virusu keçirəndən sonra yuxusuzluq, əsəb, bəzi xəstələrdə boğaz ağrıları, nəfəs darlığı, ürək döyüntülərinin artması, saçların tökülməsi, bağırsaq pozğunluğu kimi əlamətlər qala bilər: "Ancaq koronavirusdan vaxtında, düzgün müalicə olunub sağalandan sonra qeyd etdiyim xüsusiyyətlər qalsa da, o əlamətlərin heç bir müalicəyə ehtiyacı yoxdur. Bəzi xəstələr virusu keçirdikləri müddətdə həddindən çox həyəcanlandıqları və gərginləşdiklərinə görə, onlarda psixoloji olaraq nəfəs darlığı əlaməti qalır. Bunlar da zamanla tədricən keçib gedir. Yəni post-COVID sindromunun müalicəyə ehtiyacı yoxdur".
Virusdan sağalanlar üçün MÜHÜM TÖVSİYƏ: Bu əlamətləriniz qalıbsa...V.Cavadzadə virusdan sağalandan sonra insanların necə qidalanmasına da aydınlıq gətirib. O qeyd edib ki, sağalan şəxs əvvəl olduğu kimi vaxtında və düzgün qidalanmalıdır. Ancaq yanaşı xəstəlikləri olanlar qidalanmalarına xüsusi diqqət yetirməlidir:
"Yanaşı xəstəliyi olanlar müəyyən qidalara məhdudiyyətlər tətbiq etməlidir. Yanaşı xəstəliyi yoxdursa, sadəcə hər kəsin qidalandığı kimi normal şəkildə qidalanmalıdır. Tərkibində minerallar, zülallar, vitaminlər olan qidalardan istifadə edilməlidir. Sağlam həyat tərzi yaşamalı, açıq havada gəzməli, normal yuxu ritminə riayət etməlidir ki, post-COVID dövründə hansısa əlamətlər qalıbsa, həmin əlamətlər yoxa çıxsın. Sadəcə olaraq, bəzi xəstələrdə yoluxub-sağalandan sonrakı 3-4 ay müddətində iybilmə bərpa olunmur, yəni gec bərpa olunur. Buna görə isə heç bir müalicəyə ehtiyac yoxdur. Bütün bu əlamətlər tədricən keçib gedir".
Virusu keçirən şəxsləri düşündürən suallardan biri də onların sağaldıqdan nə qədər müddət sonra idmanla məşğul ola bilmələridir. İnfeksionist həmin şəxslərin hansı idman növü ilə məşğul olmasının fizioloji quruluşdan asılı olduğunu deyib: "Bu, həm də sağalan şəxsin yanaşı xəstəliklərindən asılıdır. Əgər virusa yoluxan şəxs artıq çəkilidirsə və koronavirusu ağır keçiribsə, o, ağır atletika ilə məşğul ola bilməz. Bu, insandan-insana dəyişən bir xüsusiyyətdir. Ümumiyyətlə, yaxşı olardı ki, koronavirusa yoluxub sağalanlar bir neçə ay fiziki idman hərəkətləri ilə məşğul olmasınlar. Sadəcə yüngül tənəffüs hərəkətləri edə bilərlər. Ciddi idmanla məşğul olmaları məsləhət görülmür. Çünki zədələnmiş ağciyərin öz fəaliyyətini bərpa etməsi, orqanizmin ümumi vəziyyətini bərpa etməsi üçün müəyyən zaman tələb olunur".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 3234   Tarix: 20 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda