Xanımların gündəlik üzləşdiyi TƏHLÜKƏ

Xanımların gündəlik üzləşdiyi TƏHLÜKƏSatışda kifayət qədər kosmetik mallar olsa da, aralarında saxtaları çoxdur. Keyfiyyətsiz kosmetik vasitələr insan orqanizmi üçün təhlükəlidir. Qısa zaman ərzində bu təsir özünü göstərməsədə, sonradan özünü büruzə verir.
Ekspertlər parfümeriya malları alarkən diqqətli olmağa çağırır. Belə ki, satış yerləri brend parfümeriya mallarının da saxta variantları ilə doludur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, ölkədə parfümeriya mallarının 60 faizi saxta, keyfiyyətsiz, mənşəyi məlum olmayan mallardır: "Parfümeriya bazarı ilə bağlı ciddi istehsalçı və sahibkar problemi var. Qanuni yolla birbaşa istehsalçıdan parfümeriya, kosmetik malları idxal edən sahibkarlar qaçaq malçıların kölgəsində qalıblar".
E.Hüseynov qeyd edir ki, parfümeriya malları məcburi sertifikatlaşdırılan mallar siyahısındandır: "Qaydalara görə parfümeriya malları əmtəə bazarına daxil olmazdan öncə mütləq sertifikatlaşdırılmalıdır. Təhlükəsizliyi təmin olunmalıdır. Parfümeriya malları əgər məcburi sertifikatlaşdırmadan keçmirsə, belə malların satışı qadağandır. Reklam haqqında qanunda qeyd edilir ki, məcburi sertifikatlaşdırılan mal əgər sertifikatlaşmayıbsa, onun reklamı qadağandır. Təəssüflər olsun ki, dövlətin qanunları pozulur. Bazarda haqsız rəqabətin yaranması ilə brabər, istehsalçıların hüquqları pozulur.
İstehsalçılara bununla bağlı müraciət edirik ki, parfümeriya malları aldıqda çox ehtiyyatlı olun. Çünki kosmetik vasitələr dəri ilə təmasda olan mallardır. Keyfiyyətsiz kosmetik vasitə dəri xərçəngini belə, əmələ gətirə bilər. Parfümeriya malı aldıqda satıcıdan onun gigiyenik sertifikatını, mənşə sertifikatını tələb edin. Bu da bizə məlumdur ki, saxta mal alanlar adətən gedir qanuni mal satanlardan iki üç dənə mal alır və onun sertifikatını götürür. Və onun sürətini çıxarıb saxlayır ki, güya özünün satdığı malların da sertifikatı var. Bu məsələyə bir əlac tapmalıyıq.
Eləcə də, alıcılar bilməlidir ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanuna görə istehlakçının satıcıdan sertifikatı tələb etməyə hüququ var. Satıcı onu göstərməyə borcludur. Amma çox vaxt alıcılar nəsə aldıqda satıcıdan sertifikatı tələb etməyə çəkinir. Satıcılar da, bunu pis qarşılayır".
Hüseynov vurğulayır ki, saxta parfümeriya malları Çindən, Hindistandan, Rusiyadan, İrandan və digər ölkələrdən gətirilir və Fransız malı adlı ilə satılır: "Normal kosmetik malların üzərində buraxılma və son yararlılıq müddəti olur, malların üzərində xüsusi sıralama ilə rəqəmlər, artikıllar, nömrələr var. Onu yoxlasınlar. Bu rəqəmləri, kodları internetdə tapa bilərlər, hər ölkəyə, şirkətə uyğun", – deyə o, əlavə edib ki, kosmetik vasitə aldıqda saxta, keyfiyyətsiz variantla rastlaşarlarsa, AİB-nə və İqtisadiyyat Nazirliyinə zəng vurub şikayətlərini bildirə bilərlər".
Onun sözlərinə görə, bazarlarda, küçələrdə də kosmetik vasitələrin satışına rast gəlinir. Lakin bu, qanunla qadağandır: "Bu, Nazirlər Kabinetinin 94 saylı qərarı ilə tənzimlənir. Maddə 9-da göstərilib ki, satıcı ətriyyat, kosmetika malları satışı zamanı istehlakçılara tez xidmət göstərmək məqsədilə satışda olan bütün mallar tam çeşiddə və lazımi miqdarda vitrinlərə düzlüməlidir".
Qeyd edək ki, keyfiyyətsiz kosmetik vasitə dəridə müxtəlif səpkilər, xəstəliklərin yaranmasına səbəb olur. Statistikaya görə, il ərzində qadınlar təxminən 2,5 kiloqrama qədər kosmetik vasitələrdən istifadə edir. Kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddədən yalnız 11 faizi təhlükəsiz hesab olunur. Kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xanımların əksəriyyəti isə bu malların tərkibi və keyfiyyətindən xəbərlərsizdir. Kosmetik vasitələrin harada gəldi satılması narahatlıq doğuran məsələlərdən biridir. Mütəxəssislər tövsiyə edir ki, açıq satılan yerlərdə boya vasitələrindən mümkün qədər uzaq durmalı, alınan malların üzərindəki istifadə müddəti və tərkibinə diqqət yetirilməlidir.
Dermatoloqlar bu vasitələrin tərkibində əks təsirə malik, əsasən sonsuzluq və digər xəstəliklər yaradacaq kimyəvi maddələrin olduğunu deyirlər. Mütəxəssislərin sözlərinə görə, pomadadan həddən artıq istifadə etmək dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur. İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına və sonda dəridə səpkilərin yaranmasına bais olur.
Aynurə Məmmədova /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2296   Tarix: 15 may 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

turlar.az

hamiləlik kosmetika mehsullari gözəllik məhsulları kokteyllər tozsoranlar hipertoniya xəstəliyi azerbaycan haqqinda kosmetika tut ağacı tutdudu rus dili 2ci ders buga burcu sağlamlıq vetene aid bayatilar