Xərçəng əleyhinə ən güclü bitki
Bu yaxınlarda Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri bildirdilər ki, nəhayət bədxassəli xərçəng hüceyrələrini məhv edə bilmişlər. Mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapmışlar. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki bildirmişdir ki, birillik yovşan sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə - episentrinə düşərək onları məhv edir. Həmin universitetin digər bir mütəxəssisi Henri Lay qeyd etmişdir ki, bu zaman bitkinin təsir effekti "Troya atı" kimi hərtərəfli işləyir. Tədqiqat nəticəsində o da aydın olmuşdur ki, birillik yovşan və dəmir birlikdə xərçəng hüceyrələrinə qarşı xüsusi toksikilik göstərir. Bu da xərçəng hüceyrələrinin dəmirə qarşı xüsusi hərislik göstərməsi ilə bağlıdır.
Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə etmişdir. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edib yüksək effektivlik əldə etdiyinə görə tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür.
Lakin bu kəşfə baxmayaraq hələ də alimlər müalicənin tam təsdiq edilməsi sahəsində araşdırmalar aparır, gələcəkdə bu maddə əsasında dərman hazırlayıb kütləvi xərçəng xəstələrinin müalicəsində tətbiq etməyi düşünürlər.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi